
Qardaş, bu Tərtərin elə sürücüləri var ki, onlara “zırrama” deməkdən özümü saxlaya bilmirəm. “Zırrama” sözü də ki, çox ağır sözdür və bu sözə dözmək zor işdir. “Zırrama”, yəni “hır”nan “zır”ı qanmayan, “haho”, “hiş” bilməyən bir zaddır. Məsələn, bir komediyada deyildiyi kimi: “Özünə baxma, bu donuz ki, var, çox qanmaz heyvandır” və yaxud farslar belə ifadə işlədirlər: “Necəsən qanmayım, dədən yansın?!”. Bax, zırrama da bu qəbildəndir. Elə bil anadan olandan üzü bəri nə evdə, nə uşaq bağçasında, nə də məktəbdə tərbiyə verməyiblər. Abır bilmirlər, həya bilmirlər, ayıb bilmirlər, mədəniyyətləri də ki, yekə bir “SIFIR”dır. Adam gərək böyük-kiçik yeri bilə, ağsaqqal-ağbirçək tanıya. Yaxın keçmişinizə nəzər salın, görün onda nə təhər idi? Yol böyüyün olardı, su kiçiyin. Ağsaqqal-ağbirçək gələndə cavanlar ayağa durar, ehtiram göstərərdilər. Onların bir sözü iki olmazdı. Kiminsə ağzı nəydi özündən yaşca böyük adamın sözünün qabağına söz desin!
Bəs indi necədir? Uzaq olsun! Elə uşaq-muşaq peyda olub ki, böyüklərə “nəsihət”, “öyüd” verir, onlara “ədəb-ərkan qaydaları” “öyrədir”, “ağıllı ol!”–deyir. Amma özünün adi tərbiyəsi yoxdur. Di gəl döz!
Tərtər sürücülərinin əksəriyyəti də bu səviyyədədir, yəni zırramadır. Onların nəinki sürücülük mədəniyyəti, ümumiyyətlə, heç mədəniyyətləri yoxdur. Ağzında “zırrama” deyirsən, heç zırramanın da mədəniyyəti olar?! Xüsusilə də bir dana satıb, “yamağından cin ürkən” cındır bir maşın alan və onunla xaltura edən sürücülər!… Yoxlasan, bəlkə heç çoxunun sürücülük vəsiqəsi də yoxdur. Daha ətraflı »
Yeni ismarıclar