Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,015
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Apr

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də keçirilən görüşü iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bir daha təsdiqləyib. Görüş zamanı əməkdaşlığın mövcud vəziyyəti, gələcək perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətraflı müzakirə olunub.

    Dövlət başçıları səviyyəsindəki təmasların intensiv xarakter daşıdığını vurğulayan Prezident İlham Əliyev, son dörd il ərzində keçirilən yeddi görüşün ikitərəfli əlaqələrin dinamik inkişafının göstəricisi olduğunu bildirib. Dövlət başçıları arasında formalaşmış şəxsi dostluq və yüksək etimad münasibətləri strateji tərəfdaşlığın əsas təməllərindən biridir.

    Azərbaycan-Ukrayna əməkdaşlığı möhkəm siyasi-hüquqi bazaya malikdir. 2008 və 2011-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair sənədlər iki ölkənin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına verdiyi dəstəyi təsbit edir. Tərəflər beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü prinsipial şəkildə dəstəkləyirlər və bu xətt gələcəkdə də davam etdiriləcək.

    Energetika sahəsi əməkdaşlığın prioritet istiqamətlərindən biridir. SOCAR-ın Ukraynada uzun illərdir uğurla fəaliyyət göstərməsi, bu sahədə əldə olunan nailiyyətlər və yeni birgə perspektivlər müzakirə edilib. Eyni zamanda, ticarət dövriyyəsinin yarım milyard dolları ötdüyünü vurğulayan dövlət başçısı, bu rəqəmin daha da artırılması üçün böyük potensialın olduğunu bildirib.

    Həmçinin, hər iki ölkənin inkişaf etmiş hərbi sənaye kompleksi mövcuddur ki, bu da birgə istehsal və sənaye sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaradır. Sonda Azərbaycan Prezidenti vurğulayıb ki, bu səfər qarşılıqlı hörmət və maraqların təmin edilməsi əsasında qurulan Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaq.

     

    Müəllif: Redaktor, 08:50

İsmarıclar bağlıdır.