Tarixə qovuşan 2017-ci il ərazimizdəki fermer və ailə fermer təsərrüfatları üçün də yaddaqalan oldu. Belə ki, fermerlərimiz həm pambıq, həm də şəkər çuğunduru sahələrindən yüksək məhsul götürüb, ailə büdcələrini xeyli möhkəmləndirdilər.
Miri Rzayev becərdiyi 20 hektar çuğundur sahəsinin hər hektarından 70 ton, Anar Şirinov 4 hektarın hər hektarından 50 ton məhsul götürüblər.
Şəkər çuğunduru kimi pambıq sahələri də aqrotexniki qaydalar əsasında becərildiyindən Mütalib Rzayev hektardan 36 sentner, Firuz Rzayev 10 hektarın hər hektarından 35 sentner, İlham Ağayev, Anar Şirinov, Allahverdi Qənbərov və başqaları nəzərdə tutulandan xeyli çox məhsul götürdülər.
Hal-hazırda cari ilin yaztarla işlərinə hazırlıq məqsədilə 135 hektar çuğundur sahəsində qış şumu başa çatıb. Fermerlər şumdan əvvəl torpaq altına yemləmə kübrəsi verib, qış aratı aparırlar.
Gülustan ƏHMƏDOVA,
Hüsənli kənd İƏD üzrə nümayəndə


Rayon üzrə 2017-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 26 min 36,4 hektar olmuşdur. Əkin sahəsinin 9843,2 hektarını və yaxud 37,8 faizini dənli və dənli paxlalı bitkilər, 6316,4 hektarını və yaxud 24,3 faizini texniki bitkilər, 1583,3 hektarını və yaxud 6,1 faizini kartof, bostan və tərəvəz bitkiləri, 8293,5 hektarını və yaxud 31,8 faizini yem bitkiləri təşkil etmişdir.
Bu yazı çapa hazırlanan dövrdə rayonumuzun təsərrüfatlarında 27 min 139 baş iri mal saxlanılır. Onların 11 min 929 başı ana inəklərdir. Bundan başqa təsərrüfatlarda 70 min 558 baş qoyun, keçi bəslənilir.
Təsərrüfatın yaxşı gəlir gətirən sahələrindən biri də tingçilikdir. Bizim Ələsgərli, Bayandur və Yenikənd kəndlərində əksər insanlar əsasən ting əkib becərir, onları calayır, sonra ilin payız, qış fəsillərində tingləri bazara çıxarıb satırlar. Tingçilikdən, calaqçılıqdan yaxşı qazanc götürür, ailə büdcələrini bu hesaba möhkəmləndirirlər.
Kəndimizdə əkinçiliklə məşğul olub öz işini yaxşı bilən əmək adamlarından biri də fermer Firuz Rzayevdir. O, bu il 21 hektar sahədə taxıl, 18 hektarda şəkər çuğunduru, 10 hektarda isə pambıq əkib becərmişdi.
Tərtərdə baramaçılığın inkişafı ilə əlaqədar yeni tut bağları salınır. Bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqlarda tut tinglərinin əkilməsi üçün lazım olan şərait yaradılıb. Ümumilikdə, cari ildə rayon ərazisində 139 min tut tinginin əkini planlaşdırılıb ki, bunun da artıq 30 mini əkilib. Hazırda tut tinglərinin əkilməsi prosesi davam edir. Təşkil olunan növbəti əkin zamanı torpağa 10 minə qədər Çin Xalq Respublikasından gətirilmiş ting basdırılıb.
Pambıq qiymətli texniki bitki olmaqla lif verən bitkilər içərisində ən faydalısıdır.
Son zamanlar rayonumuzda şəkər çuğundurunun əkin sahələri ilbəil artırılır. Bunu rəqəmlərdən daha aydın görmək olar. Əgər ötən il rayonumuzun fermer və ailə fermer təsərrüfatlarının üzvləri 724 hektar sahədə şəkər çuğunduru əkmişdilərsə, bu il həmin sahələr genişləndirilərək 1539 hektara çatdırılmışdır.
Yeni ismarıclar