Son zamanlar rayonumuzda şəkər çuğundurunun əkin sahələri ilbəil artırılır. Bunu rəqəmlərdən daha aydın görmək olar. Əgər ötən il rayonumuzun fermer və ailə fermer təsərrüfatlarının üzvləri 724 hektar sahədə şəkər çuğunduru əkmişdilərsə, bu il həmin sahələr genişləndirilərək 1539 hektara çatdırılmışdır.
Çuğundur tədarükü ilə bağlı Azərbaycan Şəkər İstehsalat Birliyinin Tərtər Bölgəsi üzrə nümayəndəsi Loğman Müseyibovla əlaqə saxladıq. O bildirdi ki, rayonun təsərrüfatlarından İmişlidəki şəkər zavoduna 63 min 500 ton keyfiyyətli məhsul təhvil verilib. Çuğundur yığımı başa çatıb. Təhvil verilən məhsul tapşırıqda nəzərdə tutulandan 3 min ton çoxdur. Əksər fermerlər nəzərdə tutulandan çox məhsul istehsal ediblər. Bunlara misal olaraq Qazyan kəndindən fermerlər Namət Ələkbərovun, Rizvan İsmayılovun, Köçərlidən Ramiz Yusibovun, Qaraqoyunludan Nabil Əliyevin, Vidadi Nəcəfovun, İsmayılbəylidən Ədalət Novruzovun, Qapanlıdan Fərahim Əvəzovun və başqalarının adlarını çəkmək olar.
Əvəz NƏSİROV