Buruc kəndində işgüzar, işini yaxşı bilən əmək adamlarından biri də fermer Rövşən Kərimovdur. O, kənddə həm heyvandarlıqla məşğul olur, həm də bağçılıqla. Hər iki sahədən də daim yüksək məhsuldarlığa nail olur. Rövşən təsərrüfataında 150 baş ana qoyun bəsləyir. Həmişə də deyir ki, bu, bizim ata-baba məşğuliyyətimizdir. Ailəmizin bütün xərclərini bu hesaba təmin edirik.
Qoyunların normal bəslənməsi üçün həyətində hər çür şəraiti olan müasir tipli tövlə tikdirib.
Buruc Bələdiyyəsinin sədri Sərdar Aslanov bildirdi ki, Rövşən qoyunçuluqla yanaşı həm də 4 hektar sahədə xurma bağı əkib becərir. Bağda ağaclara vaxtlı-vaxtında aqrotexniki qaydalar əsasında qayğı ilə qulluq edildiyinə görə, 4 hektar xurma bağından 20 ton keyfiyyətli məhsul yığılıb.
Mirzə NƏSİR