Kənd yerlərində həyətyanı sahələr böyük olduğundan, ilin fəsillərinin dəyişməsi burada xüsusilə hiss olunur. Bu il isə bahar yağmurlu keçdiyinə görə, bağ-bağçalarda məhsul boldur. Elə yaşıl ot da, necə deyərlər, dizə çıxır. Deməli, kəndlinin ruzisi çox olacaq.
Tərtər Rayon Məşğulluq Mərkəzinin aktiv məşğulluq tədbirləri sektorunun baş məsləhətçisi Sənan Səmədzadə və mərkəzin işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sektorunda böyük məsləhətçi Rüstəm Quliyevlə yolumuz Tərtərin Seydimli kəndinədir. Kənd düşmənlə təmas xətti boyunca yerləşir. Burada təsərrüfat işləri çətin bir şəraitdə görülür. Buna baxmayaraq, insanlar çox işgüzardırlar və əsl qəhrəmandırlar.
Maşın Səbunə Məmmədovanın həyət qapısının qarşısında dayanır. Həyətə daxil oluruq. Köhnə, Sovetlər dönəmində tikilmiş kürsüsüz seyvanlı ev, səliqəli həyət-baca, çox da iri olmayan tövlə və meyvəli bağ bu ailənin durumu haqqında sözsüz məlumat verir. Daha ətraflı »
-
21İynSosial ÖZÜNÜMƏŞĞULLUQ – ÖZ MƏŞĞULLUĞUNU QUR VƏ AİLƏ BİZNESİNƏ YİYƏLƏN üçün şərhlər bağlıdır
Teqlər: Sosial
-
19MaySosial RAYONUMUZDA SOSİAL SAHƏDƏ VƏZİYYƏT NECƏDİR? üçün şərhlər bağlıdır
Ölkəmizdə bütün prioritet sahələr, həmçinin sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Sosial-iqtisadi islahatların düzgün istiqamətdə aparılması üçün bütün imkanlardan lazımınca istifadə olunur. Belə ki, inflyasiya azalmış, əhalinin gəlirləri artmış, aztəminatlı əhalinin problemləri daim həll olunmaqdadır. Makroiqtisadi sabitlik qorunub saxlanılır, regionların inkişafı sürətləndirilir. Xalqımızın həyat şəraiti gündən-günə yaxşılaşır.
Rayonumuzda da sosial-iqtisadi sahədə uğurlu işlər aparılır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq tikinti-quraşdırma işləri layiqincə davam etdirilir. Əhalinin içməli su, elektrik enerjisi, təbii qaz təminatı yaxşılaşdırılıb, müasir tələblər səviyyəsində fasiləsiz təminatı təşkil olunub, sosial müdafiə sahəsində və işsizlərin məşğulluğunun təmin edilməsində məqsədyönlü işlər görülüb. Daha ətraflı »Teqlər: Sosial
-
10MaySosial Durna qatarı kimi… üçün şərhlər bağlıdır
Respublika mətbuatının səhifələrində
Tərtər rayonunda yaztarla işləri ilə bağlı yaradılmış operativ qərargahın növbəti iclasında biz də iştirak edirdik. Çıxışlar bir-birini əvəz edirdi. Ən son məlumatları əks etdirən arayışlar iştirakçıların nəzərinə çatdırılır, rəqəmlər, fakt və göstəricilər tutuşdurulurdu. Müqayisəli təhlil isə ötən günün mənzərəsini çox aydın əks etdirirdi – hansı sahədə irəliləyiş var, hara əlavə kömək lazımdır, harda iş ləngiyir və s. Bir məlumat isə hamıda sevinc və məmnunluq yaratdı: rayonda çiyid səpini başa çatıb. Özü də ən qısa müddətdə–cəmi 15 gündə.
Belə xoş əhval və fərəhli düşüncələrlə operativ qərargahın iclasından çıxıb adı çəkilən ünvanlara–yaz-tarla işlərini, xüsusilə çiyid səpinini nümunəvi qaydada təşkil edən fermerlərin, sahibkarların sahələrinə baş çəkdik. Daha ətraflı »
Teqlər: Sosial
-
27AprSosial TƏRTƏRDƏ 995 YENİ İŞ YERLƏRİ AÇILIB üçün şərhlər bağlıdır
2017-ci ilin birinci rübü ərzində Tərtər rayonunda 828-i daimi olmaqla 995 yeni iş yerləri açılıb. Daimi iş yerlərinin 10-u yeni yaradılmış müəssisə və təşkilatlarda, 105-i mövcud müəssisə və təşkilatlarda, 264-ü fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 449-u isə fiziki şəxslərdə açılıb. Bundan başqa 167 mövsümi iş yerləri açılıb.
Son üç ildə Tərtər rayonunda 6903 yeni iş yerləri açılıb ki, ondan 3672-si daimi iş yerləridir.Tərtər Rayon Statistika İdarəsi
Teqlər: Sosial
-
27AprSosial Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır
“ERMƏNİLƏRİN DAĞITDIĞI EVİMİZİ İLHAM ƏLİYEV
ƏVVƏLKİNDƏN DƏ YÜKSƏK SƏVİYYƏDƏ YENİDƏN TİKDİRDİ”Tərtərlilər ölkə rəhbərinin və Birinci vitse-prezidentin qayğısından razıdırlar
Ötən ilin aprelində qüdrətli ordumuz şanlı tarix yazdı. O zaman Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına layiqli cavab verən Azərbaycan əsgəri əks-həmlə ilə düşmənin başında ildırım kimi çaxdı. Ordumuzun uğurlu döyüş əməliyyatları düşmənin xeyli canlı qüvvə, döyüş texnikası itirməsi ilə nəticələndi. Cəmi bir neçə gün davam edən döyüşlərdə qəhrəman əsgərlərimiz xeyli ərazini, strateji yüksəklikləri işğaldan azad etdilər. Cocuq Mərcanlıdan başlayan, xalqda və orduda böyük ruh yüksəkliyi yaradan, qələbəyə inamı sarsılmaz edən doğma yurd yerlərinə böyük qayıdış məhz uğurlu aprel döyüşlərinin məntiqi davamıdır. Daha ətraflı »
Teqlər: Sosial
-
07MarSosial COCUQ MƏRCANLIDAN BAŞLANAN “BÖYÜK QAYIDIŞ”IN BİR YOLU TƏRTƏRDƏN KEÇ İR üçün şərhlər bağlıdır
Azərbaycanın əbədi-əzəli torpağı olan Şıxarx qəsəbəsinin ərazisi Tərtər şəhərinə bitişikdir. 1992-cü ildə bura erməni yaraqlılarından təmizləndikdən sonra Azərbaycanın müxtəlif bölgələrindən qaçqın və köçkün düşən soydaşlarımız burada məskunlaşıblar.
Bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Tərtər rayon şöbəsinin baş məsləhətçisi Nazim Səfərov və Şıxarx İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsi Mübariz Cabbarovla birlikdə həmin qəsəbədə olduq. Bu qəsəbə müharibə zamanı yerləyeksan olmuş və darmadağın edilmişdir. Hazırda burada qaçqın və məcburi köçkünlər üçün yeni şəhərcik salınır. Şəhərcikdə hər biri 4 mərtəbəli olmaqla 34 müasir tipli yaşayış binası inşa olunacaqdır. Hesablamalara əsasən, yeni şəhərcikdə məskunlaşacaq qaçqın və məcburi köçkünlərin ailə üzvlərinin sayı 1170 nəfərdən çox olacaq.
Nazim Səfərov bildirdi ki, yeni salınan şəhərcikdə Tərtər rayonunun məktəb, klub, kitabxana, uşaq bağçaları və digər sosial obyektlərində məskunlaşan soydaşlarımız yerləşdiriləcəklər. Daha ətraflı »Teqlər: Sosial
-
27FevSosial 2016-cı İLDƏ TƏRTƏR RAYONUNDA 3478 YENİ İŞ YERİ AÇILIB üçün şərhlər bağlıdır
2016-cı ildə Tərtər rayonunda 3478 yeni iş yeri açılmışdır ki, onun 1972-i daimi iş yerləridir. Daimi iş yerlərinin 226-ı yeni yaradılmış müəssisə və təşkilatlarda, 402-i mövcud müəssisə və təşkilatlarda, 100-ü fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 1244-ü isə fərdi sahibkarlıq subyektlərində açılmışdır. Bundan başqa digər tədbirlər üzrə (müxtəlif beynəlxalq və yerli layihələr, mövsümi, abadlıq və s.) 1506 iş yeri açılmışdır. Ümumiyyətlə son üç ildə Tərtər rayonunda 5908 yeni iş yer açılmışdır ki, onun 2844-ü daimi iş yerləridir.
Tərtər Rayon Statistika İdarəsi
Teqlər: Sosial
-
10FevSosial AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN 2017-Cİ İL 24 YANVAR TARİXLİ 11 NÖMRƏLİ QƏRARI İLƏ TƏSDİQ EDİLMİŞDİR üçün şərhlər bağlıdır
MƏCBURİ KÖÇKÜNLƏR VƏ ONLARA BƏRABƏR TUTULAN ŞƏXSLƏR ÜÇÜN YEMƏK XƏRCİ MÜAVİNƏTİ, HABELƏ KOMMUNAL VƏ DİGƏR XİDMƏTLƏR ÜZRƏ DÖVLƏT BÜDCƏSİNDƏN ÖDƏNİŞLƏR ƏVƏZİNƏ VAHİD AYLIQ MÜAVİNƏTİN ÖDƏNİLMƏSİ
QAYDASI
Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.
1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir:
1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla);
1.2. hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara;
1.3. “məcburi köçkün” statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər); Daha ətraflı »Teqlər: Sosial
-
25YanSosial Əlillərimizə necə qayğı göstərirlər? üçün şərhlər bağlıdır
YARADILAN ŞƏRAİTDƏN RAZILIQ
Cəmiyyətimizin ən çox qayğıya ehtiyacı olan təbəqələrindən biri əlillərdir. Ölkəmizdə onların sosial müdafiəsi üçün çoxlu məqsədyönlü proqramlar həyata keçirilir. Dövlətimizin rəhbəri Prezident İlham Əliyev bu təbəqənin sosial müdafiəsinin gücləndirilməsini belə tövsiyə edir. “Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki bunu edək.”
Bu gün Azərbaycanda minlərlə Qarabağ əlili, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş yüzlərlə şəhid ailələri yaşayır. Təkcə bizim Tərtər rayonunda 300-dən çox şəhid ailəsi, 160 nəfərdən çox Qarabağ müharibəsi əlili vardır. Onlara göstərilən qayğı ilə əlaqədar Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər Rayon Şöbəsinin sədr müavini İlham Paşayevlə söhbət etdik. O dedi:
–Ailədən 3 şəhid vermiş bir insan kimi deyə bilərəm ki, təkcə bizim rayonumuzda deyil, bütövlükdə ölkəmizdə Qa-rabağ əlillərinə və şəhid ailələrinə qayğı yüksək səviyyədə təşkil olunub. Belə ki, bu insanların sağlamlığı, cəmiyyətə adaptasiyası, maddi və mənəvi təminatları hökumətimiz və rayon rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılır. Daha ətraflı »Teqlər: Sosial
-
08NoySosial 2016-cı İLDƏ TƏRTƏR RAYONUNUN ƏSAS SOSİAL-İQTİSADİ GÖSTƏRİCİLƏRİ üçün şərhlər bağlıdır
Kənd təsərrüfatı. 2016-cı ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 43 milyon 252,9 min manat təşkil etmişdir ki, onun 16 milyon 27,5 min manatı heyvandarlıq, 27 milyon 225,4 min manatı bitkiçilik məhsulları olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsal indeksi 3,2 faiz artmışdır.
Sənaye. 2016-cı ilin yanvar-sentyabr aylarında sənaye sahəsinin təsərrüfat subyektləri tərə-findən istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz artaraq 3 milyon 511,6 min manat təşkil etmişdir. Özəl bölmədə istehsalın həcmi sənaye məhsullarının ümumi həcminin 8,4 faizini təşkil etmişdir. Sənaye sahəsində ümumi istehsalın 25 faizi sənaye mallarının (əmtəələrin), 75 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Daha ətraflı »Teqlər: Sosial
Yeni ismarıclar