Talıb Məmmədli
ÖMRÜN FƏSİLLƏRİ
Yaz kimi gəldik cahana,
Tər çiçəklər ətri saçdıq.
Pərvazlana-pərvazlana
Şirin-şirin dillər açdıq,
Noğullandıq, noğullandıq.
Duyum verdi ömrün yayı,
Duyduq əsil-soyumuzu.
İgidlərin olduq tayı,
Vətən sevdi boyumuzu,
Oğullandıq, oğullandıq.
Qayğılardan halı olduq,
Payıza yetdi yaşımız.
Övladlarla bara dolduq,
Bardan əyildi başımız,
Ağıllandıq, ağıllandıq. Daha ətraflı »


Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən güclü vasitədir. Ana dili! Nə qədər möhtəşəm, nə qədər müqəddəs, əzəmətli bir qüvvə!
EVDƏ
MƏZAHİR DAŞQIN
TOFİQ BAYRAM
AĞA LAÇINLI
OSMAN SARIVƏLLİ
Yeni ismarıclar