21Noy
Rafiq Məmmədov adına Evoğlu kənd tam orta məktəbində Konstitusiya Gününə həsr olunmuş “Bilik yarışması” keçirilib. Tədbiri məktəbin direktor müavini Elçin Cəfərov və coğrafiya müəllimi Səbuhi Kərimov təşkil ediblər.
Viktorinalardan, əyləncəli oyunlardan, şeir və musiqidən ibarət bu tədbir uşaqların böyük marağına səbəb olub.
Yarışmada onbirincilər qalib adını qazanıblar. Şagirdlərdən Nəzrin Məhərrəmli, Günel Cəfərova və Natiq Vəliyev xüsusi fəallıq göstəriblər.
Sonda bir qrup şagirdə məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlar təqdim olunub.
“Yeni Tərtər”
Teqlər: Təhsil
19Okt
ŞƏRƏFLİ VƏ MƏSULİYYƏTLİ PEŞƏ SAHİBİ
“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”. Heydər ƏLİYEV
Müəllimi əbəs yerə bağbana bənzətmirlər. Bağbanın yetişdirdiyi cürbəcür dadlı, ətirli meyvələri olduğu kimi, müəllimin də zəhmətinin bəhrəsi savadlı, yüksək mədəniyyətə malik olan insanlardır. Valideynlərimizdən sonra hər birimizdən ötrü ömrünü zərrə-zərrə əridib şama çevirən müəllimlərimizdir. Həyatımızı nurlandıran məhz müəllimin zəhmətidir, onun ziyasıdır.
Ölkəmizdə, həmçinin rayonumuzda zəhmətkeş, savadlı müəllimlərimiz saysız-hesabsızdır. Daha ətraflı »
Teqlər: Təhsil
20Sen
Cəbhə bölgəsi olan Tərtər rayonunda da yeni dərs ili başlandı. Bu münasibətlə rayonun bütün məktəblərində tədbirlər təşkil olundu. Rayonun məsul vəzifəli şəxsləri, mətbuat işçiləri, valideynlər və sıravi vətəndaşlar “Bilik günü” ilə bağlı keçirilən bu təntənəli mərasimlərdə iştirak edirdilər. Hamı yeni dərs ilinin başlaması münasibəti ilə müəllim və şagird kollektivlərini, həmçinin valideynləri, ələlxüsus birinci sinifə yenicə qədəm qoyan uşaqları ürəkdən təbrik edib, sevinclərini onlarla bölüşür, təhsildə uğurlar arzulayırdı.
Şənliklərdə qeyd olundu ki, 2018-2019-cu tədris ilində rayonumuzda cəmi 47 ümumtəhsil məktəbi fəaliyyət göstərəcək. Həmin məktəblərdə 10 min 300 nəfərdən çox şagirdin təlim-tərbiyəsi ilə 1300 nəfərdən çox müəllimin məşğul olacağı nəzərdə tutulub.
Yeni dərs ilində birinci siniflərdə 930 nəfər şagird oxuyacaqdır.
O da qeyd olundu ki, Tərtər rayonunda təhsilin səviyyəsi ilbəil artır, məktəblərin maddi-texniki bazası daha da möhkəmlənir. Bunun nəticəsidir ki, bu il ali təhsil ocaqlarına sənəd verən 363 nəfərdən 224 nəfəri ali, 106 nəfəri isə orta ixtisas məktəblərinə daxil olub. Onlardan 10 nəfəri 600-dən yuxarı, 19 nəfəri isə 500-dən yuxarı bal toplayıbdır. Daha ətraflı »
Teqlər: Təhsil
20Sen
Təhsil nazirliyi tərəfindən müsabiqə yolu ilə rayonumuzun müxtəlif məktəblərinə işə qəbul olunmuş müəllimlərlə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun görüşü keçirildi.
Görüşü giriş sözü ilə rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev açdı.
Bildirildi ki, bu il rayonun ümumtəhsil məktəblərinə müxtəlif ixtisaslar üzrə vakant yerlərə 43 nəfər müəllim qəbul edilib. Yeni işə qəbul edilmiş müəllimlərin 33-ü qadın, 10-u isə kişidir. Daha ətraflı »
Teqlər: Təhsil
10Sen
Təhsil işçilərinin sentyabr konfransı keçirildi. Əvvəlcə təhsil işçiləri mərkəzi meydanda Ulu Öndərin xatirəsini yad edərək, abidəsinin önünə gül-çiçək dəstələri qoydular. Sonra tədbir Mədəniyyət Mərkəzinin zalında davam etdirildi.
Rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev konfransı açıq elan edərək, təhsil işçilərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi. Tədbir iştirakçıları konfransın gündəliyi ilə tanış oldular. Surxay Mirzəyev “2017-2018-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə” məruzə etdi.
Məruzəçi ötən tədris ilində görülən işləri ətraflı təhlil edərək, bildirdi ki, rayon məktəbliləri 2017-2018-ci tədris ilində müxtəlif fənn olimpiadalarında, yarış və müsabiqələrdə iştirak edərək qa-lib gəliblər. Bu il ali təhsil ocaqlarına sənəd verən 363 nəfərdən 224 nəfəri ali, 108 nəfəri isə orta ixtisas məktəblərinə daxil olub. Daha ətraflı »
Teqlər: Təhsil
10Sen
Cəbhə bölgəsində yerləşən Tərtər rayonu Qapanlı kənd tam orta məktəbinin məzunları ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər.
Məktəbin direktoru Fitat Əliyeva bildirib ki, atəşkəsin tez-tez pozulmasına baxmayaraq, məktəbdə dərslər hər zaman öz ahəngi ilə gedir. Aprel döyüşlərinin getdiyi 2016-cı ildə məktəbi bitirən 13 məzundan 7 nəfəri ali məktəbə qəbul olub. Cari ilin məzunlarından isə 8 nəfər tələbə adını qazanıb. Məktəbin məzunu Simarə Yusifova 564 balla Bakı Dövlət Universitetinə qəbul olub.
Qeyd edək ki, Qapanlı kənd tam orta məktəbi üçün 2013-cü ildə yeni bina tikilərək istifadəyə verilib. Təhsil ocağında 161 şagirdin təlim-tərbiyəsi ilə 30 müəllim məşğul olur.
Teqlər: Təhsil
10Sen
Modul tipli məktəblərdən Avropada və Amerikada da istifadə edilir. Bu cür məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şağirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.
Bir ənənəvi məktəbin inşası üçün lazım olan vəsaitlə 10-na yaxın modul tipli məktəb quraş-dırmaq olar.
Azərbaycanda 2018-ci il ərzində 137 bu cür təhsil müəssisəsinin yaradılması nəzərdə tutulub. Bunlardan 73-ün inşası başa çatıb, 27 məktəbdə isə bu sahədə işlər davam etdirilir.
Ötən tədris ilində rayonumuzun Bayandur və Poladlı kəndlərində modul tipli məktəblər tikilərək istifadəyə verilib. Daha ətraflı »
Teqlər: Təhsil
10Sen
Tərtər rayonunun ümumtəhsil məktəbləri üzrə 2017-2018-ci tədris ilində 602 nəfər XI sinfi bitirib. Onların 191 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Abituriyent adı qazananlardan 10 nəfəri 600-dən, 17 nəfəri 500-dən yuxarı bal toplayanlardır. Şəhər 1 saylı tam orta məktəbindən 31 nəfər, 2 saylı məktəb-liseydən 26 nəfər məzun ali ixtisas məktəblərinə qəbul olunub ki, bunlardan da rayon üzrə ən yüksək bal toplayanı 1 saylı tam orta məktəbin məzunu Laçın Əliyeva 687, 2 saylı məktəb-liseydən Elgiz Muxtarlı 685 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunublar. Builki məzun buraxılışında orta məktəbi 2 nəfər “Qızıl medal”la bitirib: 2 saylı məktəb-liseydən Nuranə Kərimova və Dəmirçilər kənd tam orta məktəbindən Kubra Bayramova. Abituriyentlərin yüksək nəticələr əldə etməsində təkcə təhsil aldıqları orta məktəblərin deyil, həm də təhsil hazırlıq kurslarının və fərdi müəllimlərin böyük zəhmətləri olmuşdur. Daha ətraflı »
Teqlər: Təhsil
20İyl
Birinci dəfədir ki, məqaləmi bədbin notlar altında yazıram. Yazdıqca da qəlbim kövrəlir, göz yaşlarım sözümə baxmır. Çünki elə bir insan, elə bir müəllim haqqında yazıram ki, tarix bir kənd, bir el üçün belə şəxsləri çox nadir hallarda yetişdirir.
1954-cü ildə Tərtər rayonunun Evoğlu kəndində, sayılıb-seçilən, təhsilə önəm verən bir ailədə –Çərkəz kişinin ocağında dünyaya göz açmışdı Fiqurə müəllimə. Öz doğma kəndində orta məktəbə getmiş, oranı bitirmiş və ali məktəbə qəbul olmuşdur. Ali təhsilini əvvəlki APİ-nin kimya-biologiya fakültəsində almışdır. 1978-ci ildə oranı bitirib, kimya-biologiya müəllimi kimi fəaliyyətə başlamışdır.
40 illik müəllimlik fəaliyyətində kollektivdə elə bir müəllim olmamışdır ki, ondan doğmalıq, nəvaziş və səmimiyyət görməsin. Müəllimlərlə bərabər, şagirdlərin də doğması idi. Ona görə doğması deyirəm ki, o, müəllimliklə bərabər, həm də uşaqlara ana qədər yaxın idi. Mülayim xasiyyətli, gülərüzlü, hər kəsi başa düşən insan idi Fiqurə müəllimə. Daha ətraflı »
Teqlər: Təhsil
11İyl
Bir cəmiyyətin formalaşmasında müəllimin rolu əvəzsizdir.
Mən bütün müəllimlərimi çox istəyirəm. Ən çox sevdiyim fənn isə tarixdir.
Tarix dərsini bizə Elçin müəllim öyrədir. Tarixi bilmək bizim borcumuzdur. Hər ölkənin keçmişi onun tarixidir.
Mən fəxr eləyirəm ki, Elçin müəllim kimi bir müəllim mənə tarix dərsi deyir.
Onun üçün hər zaman öndə olan vətəndir. Elçin müəllim dərsi o qədər gözəl izah edir ki, sanki o hadisələrin içindəsən. Mənim və sinif yoldaşlarımın hər birinin ona böyük hörmətimiz var.
Hər bir insan vətəni sevməli, tarixini bilməlidir. Çünki tarix keçmişlə gələcək arasında bir bağdır.
Mirzə BAXŞALIYEV,
Tərtər şəhər 1 saylı tam orta məktəbin 8-ci sinif şagirdi
DƏRS ƏLAÇISI VƏ FƏAL İCTİMAİYYƏTÇİ
Amin Qasımov 3 saylı şəhər orta məktəbin beşinci sinif şagirdir. Yaşının az olmasına baxmayaraq, artıq rayonda çoxları bu istdadlı oğlanı yaxşı tanıyır. Ona görə ki, fəaldır, ictimai işlərdə yaxından iştirak edir, həm də dərslərini yaxşı oxuyur.
Amin həm məktəbdə, həm də rayon miqyasında keçirilən müxtəlif tədbirlərdə maraqlı çıxışları ilə diqqəti cəlb edir. Belə ki, Heydər Əliyev Mərkəzində Xocalı faciəsinə və 31 mart–Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş mərasimlərdə iştirakına görə Mərkəzin Fəxri Fərmanına layiq görülmüşdür. Bundan əvvəl isə oxuduğu məktəbin di-rektoru tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. Daha ətraflı »
Teqlər: Təhsil
Yeni ismarıclar