Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Sen

    Təhsil nazirliyi tərəfindən müsabiqə yolu ilə rayonumuzun müxtəlif məktəblərinə işə qəbul olunmuş müəllimlərlə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun görüşü keçirildi.
    Görüşü giriş sözü ilə rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev açdı.
    Bildirildi ki, bu il rayonun ümumtəhsil məktəblərinə müxtəlif ixtisaslar üzrə vakant yerlərə 43 nəfər müəllim qəbul edilib. Yeni işə qəbul edilmiş müəllimlərin 33-ü qadın, 10-u isə kişidir.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni işə qəbul edilmiş gənc müəllimlərin hər birini təbrik etdi, onları ayrı-ayrılıqda dinləyərək qayğıları ilə maraqlandı, dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan söhbət açdı.
    Gənc müəllimlər böyük həvəslə öz arzu və istəklərini, qayğılarını rayon rəhbəri ilə bölüşdülər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:31

    Teqlər:

İsmarıclar bağlıdır.