DÖVLƏTİN PAMBIQÇILARIN ƏMƏYİNİ STİMULLAŞDIRMASI
FERMERLƏRDƏ BÖYÜK RAZILIQ YARADIB

Tərtərlilər Qarabağ savaşında olduğu kimi əmək meydanında da qəhrəmanlıq nümunəsi göstərir, qanları, canları bahasına qoruduqları torpağı min bir həvəslə əkib-becərir, halal zəhmətləri ilə öz güzəranlarını qururlar. Bu gün Tərtərdə pambıq istehsalına böyük diqqət verilir. Məhz bu diqqət Tərtəri ölkənin pambıqçılıq rayonları arasında ön mövqeyə çıxarmış, pambıqçılıqda qabaqcıl təcrübənin ünvanına çevirmişdir. Keçən il 3127 hektarda pambıq əkib-becərən tərtərlilər hər hektardan 28 sentner pambıq toplamışlar ki, bu da ölkə üzrə yüksək göstərici idi. Daha ətraflı »


Əskipara rayonumuzun cəbhəyanı kəndlərindən biridir. 4 km məsafədə düşmənlə təmas xətti var. Kənd əhalisi mənfur düşmənlə qonşuluğun çətinliklərinə baxmayaraq, əlini işdən soyutmur. Əskiparalılar əkinçiliklə, heyvandarlıqla məşğul olur, rayonumuzun iqtisadiyyatının möhkəmləndirilməsində yaxından iştirak edirlər.
Ötən il rayonumuzun pambıqçıları hər hektarın məhsuldarlığına görə respublika üzrə birinci oldular. Dövlətimizin başçısı İlham Əliyev Tərtərə səfəri zamanı zəhmətimizə yüksək qiymət verərək, təcrübəmizin geniş yayılmasını tövsiyə etdi.
Hüləbətli kəndində torpağı sevən, ondan bol ruzi qaza-nan insanlar çoxdur.
Ölkə Prezidentinin tövsiyələrinə əsasən son zamanlar respublikamızda şəkər çuğunduru sahələrinin genişləndirilməsi və şəkər istehsalı aktual məsələyə çevrilib.
Bu il 5 qutu ipəkqurdu toxumu götürüb becərdik. Bu işdə yaxşı təcrübəsi olan kümçülərdən Kəmallədin Heydərov və Nazilə Mustafayeva daha yaxşı nəticələr göstərdilər. İpəkqurdlarına lazımi qaydada qulluq etdiyimiz üçün çəkdiyimiz zəhmət bəhrəsini verdi. Şəki İpək Kombinatına nəzərdə tutulan 200 kiloqram əvəzinə 241 kiloqram keyfiyyətli barama təhvil verdik. 
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu Tərtər Bölgə Təcrübə Stansiyasında təsərrüfat işlərinin qızğın çağıdır. Bu ünvan ölkənin qabaqcıl fermerlərinə yaxşı tanışdır. Taxıl toxumçuluğu ilə məşğul olanların stansiya ilə sıx və işgüzar əlaqələri var. Burada yetişdirilən yüksək reproduksiyalı toxumlara tələbat çoxdur.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına darir 2017-2022-ci illər üçün Dövlət Proqramı” pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsinə və bu sahədə problemlərin həllinə yönəldilmişdir.
Yeni ismarıclar