Bu il 5 qutu ipəkqurdu toxumu götürüb becərdik. Bu işdə yaxşı təcrübəsi olan kümçülərdən Kəmallədin Heydərov və Nazilə Mustafayeva daha yaxşı nəticələr göstərdilər. İpəkqurdlarına lazımi qaydada qulluq etdiyimiz üçün çəkdiyimiz zəhmət bəhrəsini verdi. Şəki İpək Kombinatına nəzərdə tutulan 200 kiloqram əvəzinə 241 kiloqram keyfiyyətli barama təhvil verdik.
Kəndimizin digər sakinləri də gələcəkdə ipəkqurdu toxumu götürüb bəsləmək marağında olduqlarını bildirirlər. Bunun üçün çəkil bağlarının əkilib çoxaldılması işi diqqət mərkəzində saxlanılır.
Vəli ƏLİYEV,
Hacıqərvənd kəndi