Taxıl istehsalı üçün istifadə olunan yanacağın, motor yağlarının və mineral kübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də buğda istehsalçılarının maddi marağının artırılması və bugda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına əkilən hər hektar üçün 40 manat yardımın verilməsi, toxum satışına görə hər kiloqrama 30-40 faiz əlavə maliyyə vəsaitinin ayrılması, məhsulun inkişafına müsbət təsir göstərmişdir. Belə ki, 2018-ci ildə 11 min 556,3 hektar taxıl sahəsindən 44 min 175,2 ton məhsul istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq 38,2 sentner olmuşdur. 2017-ci illə müqayisədə məhsuldarlıq 1,8 sentner artmışdır. Ondan 7545,6 hektar buğda sahəsindən 30 min 984,4 ton buğda və 4010,7 hektar arpa sahəsindən 13 min 190,8 ton arpa məhsulu istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 41.1 sentner, arpa üzrə 32,9 sentner olmuşdur. Buğda üzrə məhsuldarlıq 2017-ci ilə nisbətən 2,8 sentner , arpa üzrə məhsuldarlıq isə 2017-ci ilə nisbətən 1,5 sentner artmışdır.
Tərtər Rayon Statistika İdarəsi