Bu gün – oktyabrın 20-si Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.
Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.
Еrməni silаhlı birləşmələri Zəngilаnın, еləcə də Azərbaycanın digər rayonlarının işğаlı zаmаnı bеynəlхаlq коnvеnsiyаlаrа, hüquq nоrmаlаrınа еtinаsızlıq göstərərəк misli görünməmiş cinаyətlərə yоl vеrmiş, əhаlini, hətta uşаqlаrı, qоcаlаrı, qаdınlаrı кütləvi surətdə məhv еtmişlər.
Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Daha ətraflı »


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 80 şagird yerlik Azad Qaraqoyunlu kənd ibtidai məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Azad Qaraqoyunlu kənd İƏD üzrə nümayəndəliyinin İlxıçılar kəndində keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevin köməkçisi Ədalət Həsənov, Vətən Müharibəsi qaziləri və veteranları ilə birlikdə rayonun Hüsənli kənd sakini, 3-cü qrup Vətən Müharibəsi əlili Əhmədov Nəciməddin Natiq oğlunun toy mərasimində iştirak edib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun şəhidlərin ikinci ildönümü ilə əlaqədar onların ailələrini ziyarət etməyi davam edir. Rayon rəhbəri növbəti dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Kəlbəcər rayonundan məcburi köçkün, rayonun Şıxarx qəsəbəsində məskunlaşmış şəhid Məmmədov Elşən Dağıstan oğlunun ailəsində olub, onlara baş sağlığı verib, ailənin qayğıları ilə maraqlanıb.
Tərtər İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının sədirləri ilə birlikdə rayonun Dəmirçilər kəndində şəhid İsmayıllı Şamil Kamil oğlunun ailəsində olub, şəhidin ikinci ildönümü ilə əlaqədar ailə üzvlərinə baş sağlığı verib, ailənin qayğıları ilə maraqlanıb.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Qaradağlı kəndində şəhid Məmmədli Sənan Səlim oğlunun şəhadətə qovuşmasının ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib, başsağlığı verərək, qayğıları ilə maraqlanıb.
Şəhid Məhərəmli Fuad Habil oğlu 1994-cu il noyabrın 28-də rayonun Evoğlu kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda torpaqlarımızın ərazi bütövlüyü uğrunda Ağdərə istiqamətində vuruşub və sentyabrın 19-da şəhid olub.
Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında YAP Tərtər Rayon Təşkilatı rayon icra hakimiyyəti ilə birgə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş konfrans keçirib.
18.10.2022-ci il tarixidə Sabaha İnam Sosial İnkişaf İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Tərtər rayonunun Hüsənli kəndində “Minaların təhlükəsi üzrə maarifçilik tədbirləri” adlı layihə çərçivəsində tədbir keçirib.
Yeni ismarıclar