Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Fev
    Kənd təsərrüfatı Kənd təsərrüfatı prioritet sahədir üçün şərhlər bağlıdır

     DAİM DƏSTƏKLƏYİRİK

    img1485508AAAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, başda özüm olmaqla hər bir dövlət məmuru xalqın xidmətçisidir. Ona görə də bir sıra dövlət məmurlarının sadə vətəndaşlara yuxarıdan aşağıya baxması yolverilməz bir haldır.
    Prezidentimizin biz sadə əmək adamlarının qayğısına qalmasını ölkədə hamı ürəkdən alqışlayır, onu sevir, daim onunla birgə olmağımızdan qürur duyuruq. Çünki hər bir sahədə çalışan insan, istər əkinçi olsun, istər maldar, istərsə də başqa peşə sahibi, düşünür ki, onun əməyinə qiymət verən, arxasında duran ölkə başçısı var. İndi insanları var qüvvə ilə işləməyə, torpağı sevməyə, ondan bol məhsul götürməyə ruhlandıran da budur.
    Mən özüm çoxdan təsərrüfatla məşğul olan adamam. Uzun müddət pambıqçılıq briqadiri işləmişəm. Həmişə də briqa-damızın adı qabaqcıllar sırasında çəkilib. Daha ətraflı »

    Teqlər: ,

  • 29Fev
    Kənd təsərrüfatı ƏRZAQ BOLLUĞUNUN ƏSASI QIŞ AYLARINDA QOYULUR üçün şərhlər bağlıdır

    hqdefaultSeydimli kəndinin sakinləri hələ sovet dönəmindən təsərrüfata fərqli münasibətləri ilə seçiliblər. O illərdə ənənəvi pambıqçılıqla yanaşı əhali həm də fərdi qaydada həyətyanı sahələrdə meyvə, tərəvəz, çiyələk becərilməsinə maraq göstərirdi. Bu fərqlilik indi də seydimlilərin həyatında müşahidə olunur.
    Hazırda burada bağçılığın inkişafına daha çox diqqət yetirilir. Bu iş elə qurulub ki, yetişdirilən meyvənin bazarı olsun. Ən iri bağ sahibkarları Nəsib Vəliyev (15 hektar), Ələkbər Abdullayev (4,8 hektar ) və Vahid Musayevdir ( 3 hektar).
    Onlar yetişdirdikləri xurma, ərik və digər meyvələri əsasən Rusiyaya ixrac edirlər. Seydimli kənd İƏD üzrə icra nü-mayəndəsi Güloğlan Kərimovun dediyinə görə, bu il xurma bağlarında məhsul bol olub və onun satışı yaxşı təşkil edilib. Daha ətraflı »

    Teqlər: ,

  • 29Fev
    Kənd təsərrüfatı TƏSƏRRÜFATIMIZI İNKİŞAF ETDİRƏCƏYİK üçün şərhlər bağlıdır

    c9b13914-fc65-4372-b340-ebf71b2dc91fÖlkə Prezidenti möhtərəm İlham Əliyevin sahibkarlara, fermerlərə, eləcə də ailə fermer təsərrüfatlarının üzvlərinə köməklik göstərməsi bizləri daha yaxşı işləməyə, Prezidentimizin ətrafında sıx birləşməyə şövq edir.
    Mən özüm Ağdam köçkünüyəm. Xeyli vaxdır ki, Hüsənli kəndində dövlət torpağını icarəyə götürüb taxıl əkib becərirəm. Otən il 8 hektara taxıl səpmişdik. Becərmə, suvarma işlərini vaxtında aqrotexniki qaydalar əsasında apardığımız üçün hektarın məhsuldarlığı nəzərdə tutulandan çox oldu. Hər hektardan 35 sentner taxıl götürdük. Cari ilin bol məhsulu üçün taxıl sahələrini 2 hektar da artıraraq 10 hektara çatdırmışıq. Daha ətraflı »

    Teqlər:

  • 29Fev
    Kənd təsərrüfatı KƏNDLƏRİMİZDƏ QAZLAŞDIRMA İŞLƏRİ DAVAM EDİR üçün şərhlər bağlıdır

    213600Ermənilərlə 48 kilometr təmas xəttində yerləşən rayonumuzun kəndlərində qazlaşdırma işləri sürətlə davam etdirilir. Qeyd edək ki, rayonumuzun 51 yaşayış məntəqəsi var. Rayon mərkəzi də daxil olmaqla 32 yaşayış məntəqəsində abunəçilər mavi qaz yanacağından istifadə edirlər. Təkcə 2015-ci ildə rayonumuzun 14 iri yaşayış məntəqəsinə mavi yanacaq verilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov özü kəndlərdə aparılan qazlaşdırma işlərini xüsusi nəzarətdə saxlayır.
    Ötən il Mamırlı, Poladlı, Kəngərli, BalaKəngərli, Borsunlu, Təzəkənd, Hacıqərvənd, Cəmilli kəndlərinin sakinləri mavi qaz yanacağından istifadə etməyə başlayıblar. Daha ətraflı »

    Teqlər: ,

  • 09Fev
    Kənd təsərrüfatı İL-İLDƏN UĞURLU GƏLİR üçün şərhlər bağlıdır

    14471509253221465195_1000x669Hər fəslin öz gözəlliyi var, qışın da. Qışın gözəlliyi ondadır ki, havalar yağışlı, qarlı keçə. Elə ötən ilin son günlərində yağan qar kimi. Qışda havalar yağmurlu keçəndə payızlq bitkilər yaxşı inkişaf edir.
    Taxıl, arpa, yonca sahələrində ziyanvericilər məhv olur. Torpaq cana gəlir, belə olan tərzdə bol məhsula yaxşı zəmin yaranır. Tarixə qovuşan 2015-ci ildə də işlərimiz pis olmadı.
    Möhtərəm Prezidentimiz İlham Əliyevin ötən ili “Kənd təsərrüfatı ili” elan etməsi ailə-fermer təsərrüfatının üzvlərini daha yaxşı işləməyə ruhlandırdı. Daha ətraflı »

    Teqlər:

  • 09Fev
    Kənd təsərrüfatı DÖVLƏTİN QAYĞISINA ARXALANIRIQ üçün şərhlər bağlıdır

    taxil_bicini_Niva_1Biz fermer və sahibkarlar ölkə Prezidenti möhtərəm İlham Əliyevin kömək və dəstəyini hər zaman öz üzərimizdə hiss edir və dövlətimizin başçısına arxalanırıq. Artıq xeyli müddətdir ki, Azərbaycanda sahibkarlığa dəstək proqramları qəbul olunub. Daha ətraflı »

    Teqlər:

  • 09Fev
    Kənd təsərrüfatı 2016-cı İL YANVARIN 1-i VƏZİYYƏTİNƏ TƏRTƏR RAYONUNDA MAL-QARA VƏ QUŞLARIN TAM UÇOTA ALINMASININ YEKUNLARI HAQQINDA üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın 5.3.10-cu maddəsinə və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik işlər haqqında proqramına uyğun olaraq, rayon statistika idarəsinin rəhbərliyi altında və ərazi icra nümayəndəliklərinin iştirakı ilə 2015-ci il yanvarın 1-i vəziyyətinə rayon ərazisində mal-qara və quşların tam uçotu aparılmışdır. Daha ətraflı »

    Teqlər: ,

  • 06Yan
    Kənd təsərrüfatı 2015-ci İLDƏ TƏRTƏR RAYONUNDA BİTKİÇİLİK MƏHSULLARI İSTEHSALININ YEKUNLARI üçün şərhlər bağlıdır

    Son illərdə ölkədə həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılmışdır. Kənd təsərrüfatı mülkiyyətçilərinə verilən güzəştli yardımların miqyasının artması kənd təsərrüfatının əsas istehsal sahələrindən biri olan bitkiçiliyin inkişaf tempinə mühüm stimul verməkdədir. Belə ki, 2014-cü ildə rayonda kənd təsərrüfatının ümumi məhsulunun 62 faizinin bitkiçiliyin hesabına formalaşması buna əyani sübutdur. Daha ətraflı »

    Teqlər:

  • 16Dek
    Kənd təsərrüfatı Şəkər çuğunduru becərilməsinə maraq artır üçün şərhlər bağlıdır

    saxarsveklaBu qiymətli bitki rayonumuzda 2004-cü ildən əkilir. Əvvəlcə 200 hektar ərazidə becərilərək, məhsul İmişli Şəkər Zavoduna təhvil verilib. Nəticələr yaxşı olduğuna görə, ildənilə fermerlərin bu sahəyə marağı artıb. Daha ətraflı »

    Teqlər: