Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 16Dek

    saxarsveklaBu qiymətli bitki rayonumuzda 2004-cü ildən əkilir. Əvvəlcə 200 hektar ərazidə becərilərək, məhsul İmişli Şəkər Zavoduna təhvil verilib. Nəticələr yaxşı olduğuna görə, ildənilə fermerlərin bu sahəyə marağı artıb.
    Zavodun bölgə müdiri loğman Müseyibov şəkər çuğunduru becərilməsinin üstünlüklərini belə izah edir:
    – Əkinindən tutmuş məhsulun təhvil verilməsinədək bütün aqrotexniki tədbirlər zavodun mütəxəssislərinin nəzarəti altında aparılır. Təkcə Tərtər rayonu üzrə bizim 6 sahə aqronomumuz işləyir. Zavod torpaq mülkiyyətçilərinə tövsiyələrlə yanaşı maddi dəstək də verir ki, bu da dövlətimizin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir. Torpağın şumlanması, malalanması, toxum və gübrələrin alınması, alaq otlarına qarşı mübarizə, məhsulun daşın-ması və sair işlər zavodun hesa-bına görülür.
    Sonradan fermerlərin əldə etdiyi qazancdan həmin xərclər çıxılır. Totpaq mülkiyyətçisinin isə əsas öhdəliyi məhsulu keyfiyyətli becərib, yüksək məhsuldarlığa nail olmaqdır.
    Loğman müəllim bildirdi ki, ötən mövsümdə rayonda 724 hektar sahədə şəkər çuğunduru becərilmişdi. Rayon statistika idarəsinin məlumatına görə, həmin sahələrdən 25 min 586, 1 ton məhsul götürülüb. Hər hektarın məhsuldarlığı 353,4 sentner olub. 2014-cü illə müqayisədə cari ildə ümumi məhsulun həcmi 7 min 273,8 ton, məhsuldarlıq isə 26, 3 sentner çoxdur. Bəyimsarov kəndindən Fazil Əliyev, Habil İbrahimov, Hüsənlidən Miri Rzayev xüsusilə yaxşı nəticələr əldə etmişlər. Hətta fermer Miri Rzayevə mükafat olaraq zavod tərəfindən bir ton şəkər tozu verilmişdir.
    Şəkər çuğundurunun becəril-məsinə maraq çox olsa da, hər kəs bu sahədə istənilən nəticələri əldə edə bilmir. Ona görə ki, bu bitki xüsusi qayğı və diqqət tələb edir. Suya qarşı tələbkardır.
    Hal-hazırda rayonda şəkər çuğunduru sahələri 800 hektar sahəni əhatə edir.
    Loğman müəllim ölkə başçısı tərəfindən sahibkarlığın inkişafi istiqamətində göstərilən diqqət və qayğıya cavab olaraq sahib-karların daha həvəslə işləyəcəklərini, ərzaq təhlükəsizliyinin təmin edilməsinə samballı tövhələr verəcəklərlərini də qeyd etdi.

    Müəllif: Redaktor, 11:34

    Teqlər:

İsmarıclar bağlıdır.