Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Fev

    hqdefaultSeydimli kəndinin sakinləri hələ sovet dönəmindən təsərrüfata fərqli münasibətləri ilə seçiliblər. O illərdə ənənəvi pambıqçılıqla yanaşı əhali həm də fərdi qaydada həyətyanı sahələrdə meyvə, tərəvəz, çiyələk becərilməsinə maraq göstərirdi. Bu fərqlilik indi də seydimlilərin həyatında müşahidə olunur.
    Hazırda burada bağçılığın inkişafına daha çox diqqət yetirilir. Bu iş elə qurulub ki, yetişdirilən meyvənin bazarı olsun. Ən iri bağ sahibkarları Nəsib Vəliyev (15 hektar), Ələkbər Abdullayev (4,8 hektar ) və Vahid Musayevdir ( 3 hektar).
    Onlar yetişdirdikləri xurma, ərik və digər meyvələri əsasən Rusiyaya ixrac edirlər. Seydimli kənd İƏD üzrə icra nü-mayəndəsi Güloğlan Kərimovun dediyinə görə, bu il xurma bağlarında məhsul bol olub və onun satışı yaxşı təşkil edilib.
    Hər bir əkin sahəsi kimi, bağlar da qulluq göstərilməsini sevir, xüsusən də qış aylarında. Odur ki, hazırda bağ sahiblərini və onların ailə üzvlərini hər gün iş üstündə görmək olar. Bağçılıqla yanaşı kənddə taxılçılıq da ilbəil inkişaf edən sahələrdən biridir. Burada taxıl əkinlərini geniş-ləndirməklə yanaşı, həm də hektarın məhsuldarlığının artırılmasına diqqət yetirilir. Bu məqsədlə yüksək məhsuldar toxum sortları alınır, zəmilərin suvarılması, digər aqrotexniki tədbirlər lazımi səviyyədə aparılır. Cari ildə kənddə 92,45 hektar sahədə taxıl, 84 hektarda isə arpa əkilib. Yanvar ayının əvvəlində yağan qar əkinçiləri sevindirdi. Ancaq məhsul biçini zamanı sevinmək üçün təkcə təbiətin mər-həmətinə etibar etmək olmaz. Qış aylarında çalışmalısan ki, yayda əlin boşda qalmasın.
    Öyrəndik ki, kənddə suvarma məqsədilə 3 subartezian quyusunun gücündən istifadə edilir. Qışda sahələr həmçinin arxların vasitəsilə suvarılır, amma təsərrüfat işlərinin qızğın çağında bu su düşmənlərimiz tərəfindən kəsilir.
    Seydimli kəndində hansı evə getsən, həyətdə çiyələk, tərəvəz sahələri görərsən. Bu sahələr də qışda xüsusi qulluq sevir. Əksər evlərdə indi isti şitilxanalarda yazda torpağa köçürmək üçün şitillər becərilir.
    İqtisadi böhran kənd sakinlərini daha çox ərzaq məhsulları istehsal etməyə sövq edir. Məqsəd budur ki, hər bir ailə özünü lazımi kənd təsərrüfatı məhsulları ilə təmin etməklə yanaşı, həm də bazarda bu məhsulların bolluğunun yaranmasına kömək etsin.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 12:06

    Teqlər: ,

İsmarıclar bağlıdır.