Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Fev

    taxil_bicini_Niva_1Biz fermer və sahibkarlar ölkə Prezidenti möhtərəm İlham Əliyevin kömək və dəstəyini hər zaman öz üzərimizdə hiss edir və dövlətimizin başçısına arxalanırıq. Artıq xeyli müddətdir ki, Azərbaycanda sahibkarlığa dəstək proqramları qəbul olunub. Bu işlər çərçivəsində isə çoxsaylı müəssisələr, yeni iş yerləri açılıb. Bunların içərisində isə ən böyük diqqət kənd təsərrüfatının inkişafına yönəldilib. Ölkə Prezidenti İlham Əliyevin ötən 2015-ci ili “Kənd təsərrüfatı” ili elan etməsi, qeyri-neft sektorunun inkişafına göstərdiyi dəstək biz fermer və sahibkarların işə olan həvəs və məsuliyyətini daha da artırır.
    Bizim ailəmiz ötən il 55 hektar sahədə şəkər çuğunduru, 19,6 hektarda taxıl, 10 hektarda arpa, 5 hektarda yonca becərmişdir. Dövlətdən gü-zəştli şərtlərlə aldığımız mineral gübrələr, taxılın hər hektarına 50 manat məbləğində verilən subsidiya məhsuldarlığın artımında xüsusi əhəmiyyət kəsb edir.
    Ötən il İmişlidəki Şəkər çuğunduru zavoduna 1600 ton məhsul təhvil verdik. Zavo-dun rəhbərliyi bildirdi ki, bu rəqəm respublikada ən yüksək göstəricilərdən biridir. Elə buna görə də ailəmizə mükafat olaraq 1 ton şəkər tozu hə-diyyə verdilər. Bundan başqa, taxıl sahələrinin hər hektarından 40 sentner, arpa sahələrinin hər hektarından 31 sentner məhsul götürdük.
    Əkin-biçin işləri ilə yanaşı həyətimizdə xeyli mal-qara da bəsləyirik. Bütün sahələrdə göstəricilərimiz qaneedicidir.

    Miri Paşayev

     

     

    Müəllif: Redaktor, 15:04

    Teqlər:

İsmarıclar bağlıdır.