Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,660
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Noy
    Tərtər RİH-də “QARABAĞ” MEDİA MÜKAFATI İLK DƏFƏ TƏRTƏRDƏ TƏQDİM OLUNDU üçün şərhlər bağlıdır

    dsc_0216Azərbaycan Mətbuat Şurası Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə vətənpərvərlik mövzusunda dərc olunan yazıların mükafatlandırılması üçün “Qarabağ” media mükafatı təsis etmiş, ilk olaraq bu mükafatın təqdimetmə mərasimi Tərtər rayonunda keçirilmişdir. Tədbirdə media nümayəndələri ilə birgə rayon ziyalıları da iştirak etmişlər.dsc_0239
    Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Sonra tədbir rayon icra hakimiyyətində davam etdirilmişdir.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov müharibə dövründə Tərtərin düşmən üçün alınmaz bir qala olduğunu, ordu və xalqın sarsılmaz monolit birlik nümayiş et-dirdiyini bildirmiş, tərtərlilərin döyüş gedə-gedə tikinti-abadlıq, quruculuq işləri ilə də məşğul olduğunu, düşmənə bununla mənəvi zərbə vurduğunu qeyd etmişdir. Daha ətraflı »

    Teqlər:

  • 28Noy
    Tərtər RİH-də GƏNCLƏRDƏN İBARƏT MƏŞVƏRƏT ŞURASI YARADILIB üçün şərhlər bağlıdır

    dsc_0584BMT Uşaq Fondu (UNICEF) və Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında bağlanmış müqaviləyə əsasən UNICEF-in maliyyə dəstəyi ilə BAMF tərəfindən “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin icrasına başlanılmışdır. Bu məqsədlə UNICEF-in nümayəndələri Tərtərdə olmuş, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşmüşlər. Görüşdə məqsəd%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-059 rayon icra hakimiyyəti nəzdində Gənclərin Məşvərət Şurasının yaradılması və icra hakimiyyəti ilə onların əməkdaşlığının möhkəmləndirilməsidir.
    UNICEF-in nümayəndələri ilə rayon icra hakimiyyəti başçısının görüşündə rayon rəhbərinin fikir və təklifləri dinlənilmişdir. Sonra nümayəndələr 20 nəfər yeniyetmə və gənclərdən ibarət Məşvərət Şurasının üzvləri ilə görüşmüş, onların arzu və təklifləri ilə maraqlanmışlar.
    Sonda xatirə şəkli çəkilmişdir.

    Teqlər:

  • 29Okt
    Tərtər RİH-də TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇ ISININ 9 AYLIQ HESABAT YIĞINCAĞI KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-2011%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-199Rayon Gənclər Mərkəzində keçirilən tədbirdə hesabat məruzəsi ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirdi ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf edib, şəhər və kəndlərdə tikinti-quruculuq və abadlıq işləri sürətlənib.Hesabat dövründə rayon üzrə ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 108,5 milyon manat təşkil edib. Sənaye məhsulunun həcmi 10,2 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 12,5 faiz, nəqliyyat sektorunda yükdaşımaların həcmi 4,3 faiz, sərnişin daşımalarının həcmi 5,2 faiz, pərakəndə ticarət dövriyyəsinin həcmi 0,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 1,8 faiz, kənd təsərrüfatının məhsulunun ümumi həcmi 3,2 faiz artıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2016-cı ildə rayonda 1035 hektar sahədə pambıq əkilib becərilmişdir. Əvvəlki ilə nisbətən pambıq əkini 88,2 faiz artmışdır. Hazırda pambıq yığımı uğurla davam etdirilir. Qəbul məntəqələrinə əvvəlki ilə nisbətən 2 dəfə çox pambıq təhvil verilib. 2017-ci ildə rayonda 3000 hektar sahədə pambıq, 2000 hektar sahədə şəkər çuğunduru əkilməsi, 20 ton barama istehsalı nəzərdə tutulmuşdur. Gələcəkdə baramaçılığın inkişaf etdirilməsi üçün rayonda 120 min ədəd çəkil tingi əkiləcəkdir. Bu məqsədlə sahələr müəyyənləşdirilmiş, qüvvələr səfərbər edilmiş və digər tədbirlər görülmüşdür. 2017-ci ildə illərdən bəri istifadə olumayan 300 hektar sahədə bağçılığı inkişaf etdirmək üçün xurma, fındıq, zeytun, badam və nar bağlarının salınması planlaşdırılmışdır. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Tərtər RİH-də Azərbaycan Respublikası, Tərtər Rayon İcra Hakimiyyəti, Tərtər şəhəri, H. Əliyev prospekti, Cənab Müstəqim Məmmədova üçün şərhlər bağlıdır

    Hörmətli cənab Məmmədov!
    17 iyun tarixində Tərtərə səfərim ərzində mənimlə görüşdüyünüzə və göstərdiyiniz hərtərəfli dəstəyə görə Sizə təşəkkür edirəm. Sizin sayənizdə rayon barədə dəyərli məlumatlar aldım. Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə yaradılan Tərtər Regional Peşə Təlim Mərkəzinin məcburi köçkünlərin və onların ailələrinin həyatının yaxşılaşdırılmasına kömək etməsini görməkdən şad oldum və qürur duydum. Şagirdlərlə görüşmək, onların suallarını cavablandırmaq, fikirlərini və narahatlıqlarını dinləmək imkanını xüsusi qiymətləndirirəm. Sizin vətəndaşların, xüsusilə məcburi köçkünlərin sosial-iqtisadi inkişaf səviyyəsini yüksəltmək üçün göstərdiyiniz səylər ruhlandırıcıdır. Mən rayonda daha çox qala bilmədiyimə görə təəssüf edirəm və mən Tərtərə tezliklə yenidən daha uzun müddətə və əhatəli səfər etməyi səbirsizliklə gözləyirəm.
    Qonaqpərvərliyinizə və hədiyyələrə görə Sizə bir daha təşəkkür edirəm. Sizə yeni-yeni uğurlar diləyir və Sizinlə yenidən görüşməyi səbirsizliklə gözləyirəm.

    Səmimiyyətlə, Robert F. Sekuta
    27 iyun 2016-cı il

    Teqlər:

  • 18İyl
    Tərtər RİH-də 22 İYUL–MİLLİ MƏTBUAT VƏ JURNALİSTİKA GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MÜSTƏQİM MƏMMƏDOVUN TƏBRİKİ üçün şərhlər bağlıdır

    Zəngin tarixi və mütərəqqi ənənələrə malik Azərbaycan mətbuatı bu gün hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiyanın mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında mətbuatın xüsusi rolu vardır. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı “Azərbaycanda söz, fikir və məlumat azadlığının təmin edilməsi sa-həsində əlavə tədbirlər haqqında” Fərmanı xüsusilə qiymətlidir. Həmin fərmanla Azərbaycanda milli mətbuatın demokratik inkişafına dövlət qayğısının əsası qoyulmuşdur.
    Sonrakı dövrdə bir çox demokratik ölkələrdə olduğu kimi, ölkəmizdə də Mətbuat Şurası yaradılmış və “Mətbuat haqqında” qanun qəbul edilmişdir.
    2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin, 2005, 2010 və 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamları ilə milli mətbuatımızın 125, 130, 135 və 140 illik yubileyləri ölkə miqyasında geniş qeyd edilmişdir. Milli Mətbuatımızın 140 illik yubileyi münasibətilə təltif olunanlar arasında “Yeni Tərtər” qəzetinin redaktoru Tofiq Yusif də olmuşdur.
    Bu gün “Yeni Tərtər” qəzetinin rayonumuzun həyatında özünəməxsus yeri vardır. Ictimai-siyasi, mədəni həyatımızda baş verən bütün yeniliklər haqqında sakinlər yerli qəzet vasitəsilə tanış olurlar. Həmçinin gənc nəslin milli vətənpərvərlik şüurunun yüksəldilməsində, xalqımızın gözəl adət və ənənələrinin təbliğində “Yeni Tərtər”in xüsusi xidmətləri var.
    Milli mətbuat günü hər birimizin bayramıdır. Odur ki, “Yeni Tərtər” qəzetinin kollektivi ilə yanaşı bütün tərtərliləri bu əlamətdar gün münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm. Mətbuat işçilərinə cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Qələminiz iti, sözünüz kəsərli olsun!

    Teqlər:

  • 29İyn
    Tərtər RİH-də DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

    DSC_9615DSC_9578Dövlət Qulluqçularının peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir. Əvvəlcə rayonun dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, onun xatirəsini ehtiramla yad etmişlər.
    Sonra tədbir Gənclər Mərkəzində davam etdirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılmışdır.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını bayram münasibəti ilə təbrik etmiş, onlara dövlətə və dövlətçiliyimizə sadiq olmağı tövsiyə etmişdir.
    Göstərmişdir ki, rayonumuzun ayrı-ayrı müəssisələrində 262 dövlət qulluqçusu işləyir. Onlardan 34 nəfəri qadındır. 230 nəfərin dövlət qulluqçusu ixtisas dərəcəsi vardır. 220 nəfər inzibati, 28 nəfər isə yardımçı dövlət qulluğu vəzifələrində çalışır.
    Rayon rəhbəri Dövlət Qulluqçularının peşə bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə rayon icra hakimiyyəti başçısı aparatında sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Xatirə Məmmədovanın “Tərəqqi”, statistika idarəsinin rəisi Ədalət Məmmədovun “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunduğunu bildirmiş və onları bu münasibətlə təbrik etmişdir. Daha ətraflı »

    Teqlər:

  • 13İyn
    Tərtər RİH-də Xarici qonaqların Tərtər rayonuna səfəri üçün şərhlər bağlıdır

    İSRAİL-AZƏRBAYCAN DOSTLUQ CƏMİYYƏTİNİN  ÜZVÜ AVİNOAM İDAM

    DSC_6183DSC_6299İsrail-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, Hayfa Universitetinin professoru və Vaşinqtondakı Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun tədqiqatçısı Avinoam İdam Tərtər rayonunda səfərdə olub. Səfər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə reallaşıb.
    Səfər çərçivəsində qonaq Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovla görüşüb. Rayon rəhbəri cəbhədə baş verən son atışmalar nəticəsində dinc əhalinin üzləşdiyi çətinliklər, yaranan problemlər barədə məlumat verib.
    Sonra Avinoam İdam və rayon rəhbəri ermənilərin güclü artilleriya atəşi nəticəsində Tərtər şəhərində və rayonun Qapanlı kəndində dağılmış evlərdə, şəhər 6 saylı tam orta məktəbdə olublar. Qeyd edilib ki, əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün ölkə Prezidentinin sərəncamı əsasında bütün lazımi tədbirlər görülür.

    Teqlər:

  • 13İyn
    Tərtər RİH-də FRANSIZ TƏDQİQATÇI DİDYE ŞODE üçün şərhlər bağlıdır

    DSC_7533 (Копировать)(1)Xarici Siyasətin Analitik Təhlili Mərkəzinin təsisçisi, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə olduğu kimi çatdıqmaq məqsədi ilə Qarabağ münaqişəsi haqqında kitab yazan fransalı müstəqil tədqiqatçı Didye Şode Tərtər rayonuna səfər edib.
    Qonaq əvvəlcə rayon icra hakimiyyətinə gələrək, Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovla görüşüb. Rayon rəhbəri Tərtərin düşmənlə 48 km məsafədə təmas xəttinin olduğunu bildirib. Qeyd edib ki, düşmən heç vaxt öz təxribatçı əməllərindən əl çəkmir, rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur. Aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən yaşayış məntəqələri ağır artilleriya atəşinə məruz qalıb. Hətta ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrimizə qadağan olunmuş ağ fosforlu bombalar da atıblar. Nəticədə evlər dağılıb, mülki əhali həlak olub, elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və kənd təsərrüfatına ciddi ziyan dəyib.
    Sonra qonaq Tərtər şəhərində, Qapanlı kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olub, sakinlərlə söhbət edib, dəymiş ziyanın aradan qaldırılması üçün görülən işlərlə tanış olub.

     

    Teqlər:

  • 01İyn
    Tərtər RİH-də Təbrik edirik! üçün şərhlər bağlıdır

    “QIZIL QƏLƏM”İN MÜBARƏK!

    ST830174 (1)Svetlana Əzizova Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında ictimai-siyasi və hümanitar şöbə üzrə baş məsləhətçi vəzifəsində çalışır.
    Rayonumuzun fəal qadınlarından biridir. Ancaq Tərtərdə onu, ən əvvəl, gözəl qələm sahibi kimi də tanıyırlar. Onun bu yolu isə bizim rayon qəzetindən başlayıb. Hələ məktəbli ikən “Qızıl bayraq”da ilk məqaləsi dərc olunan Svetlana Əzizova ömürlük sözün, şeirin vurğunu oldu. Bu həvəslə də C.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirdi. Uzun müddət qəzetimizdə çalışdı. Maraqlı məqalələri ilə oxucuların məhəbbətini qazandı. Onun yaradıcılığının bir istiqaməti xüsusilə qeyd olunmalıdır: Svetlana xanım öz yazıları ilə daim daha çox qayğı və diqqətə ehtiyacı olanlara kömək etməyə çalışır, mənəvi məsələləri ön plana çəkir.
    O, həm də üç kitab müəllifidir.
    “Qızıl qələm” mükafatına layiq görülməsi və ad günü münasibəti ilə həmkarımızı ürəkdən təbrik edir, işində uğurlar, yeni yaradıcılıq sevincləri arzulayırıq!

    “Yeni Tərtər”

    Teqlər:

  • 18May
    Tərtər RİH-də DÜNYA İCTİMAİYYƏTİ ERMƏNİLƏRİN ÇİRKİN NİYYƏTLƏRİNİ PİSLƏYİR üçün şərhlər bağlıdır

    Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının qiymətləndirmə missiyasının nümayəndələri Tərtər rayonunda

    Изображение 100DSC_3602Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin hüquq şöbəsinin qiymətləndirmə missiyasının əməkdaşları–hüquq şöbəsinin müdiri Aleksandr Novikau, onun müavini Oliver Tuholske və sahə məsələləri üzrə baş məsləhətçi Elsevər Ağayev yerli hakimiyyət orqanları ilə görüşmək və təmas xəttində baş vermiş son atışmalar səbəbindən müvəqqəti yerdəyişmə etmiş insanların humanitar ehtiyacları barədə birbaşa məlumat əldə etmək məqsədi ilə Tərtər rayonuna səfər etmişlər.
    Qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyəinin başçısı Müstəqim Məmmədovla görüşmüşlər. Görüşdə rayon rəhbəri bildirmişdir ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tərtər rayonunun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 km məsafədə yerləşən yaşayış məntəqələri ağır artilleriya atəşinə məruz qalmışdır. Nəticədə Tərtərin yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəymiş, 32 ev tamamilə dağılmışdır. Daha ətraflı »

    Teqlər: