BMT Uşaq Fondu (UNICEF) və Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında bağlanmış müqaviləyə əsasən UNICEF-in maliyyə dəstəyi ilə BAMF tərəfindən “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin icrasına başlanılmışdır. Bu məqsədlə UNICEF-in nümayəndələri Tərtərdə olmuş, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşmüşlər. Görüşdə məqsəd rayon icra hakimiyyəti nəzdində Gənclərin Məşvərət Şurasının yaradılması və icra hakimiyyəti ilə onların əməkdaşlığının möhkəmləndirilməsidir.
UNICEF-in nümayəndələri ilə rayon icra hakimiyyəti başçısının görüşündə rayon rəhbərinin fikir və təklifləri dinlənilmişdir. Sonra nümayəndələr 20 nəfər yeniyetmə və gənclərdən ibarət Məşvərət Şurasının üzvləri ilə görüşmüş, onların arzu və təklifləri ilə maraqlanmışlar.
Sonda xatirə şəkli çəkilmişdir.
-
28Noy
Müəllif: Redaktor, 15:15
Teqlər: Tərtər RİH-də