Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18İyl

    Zəngin tarixi və mütərəqqi ənənələrə malik Azərbaycan mətbuatı bu gün hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiyanın mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında mətbuatın xüsusi rolu vardır. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı “Azərbaycanda söz, fikir və məlumat azadlığının təmin edilməsi sa-həsində əlavə tədbirlər haqqında” Fərmanı xüsusilə qiymətlidir. Həmin fərmanla Azərbaycanda milli mətbuatın demokratik inkişafına dövlət qayğısının əsası qoyulmuşdur.
    Sonrakı dövrdə bir çox demokratik ölkələrdə olduğu kimi, ölkəmizdə də Mətbuat Şurası yaradılmış və “Mətbuat haqqında” qanun qəbul edilmişdir.
    2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin, 2005, 2010 və 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamları ilə milli mətbuatımızın 125, 130, 135 və 140 illik yubileyləri ölkə miqyasında geniş qeyd edilmişdir. Milli Mətbuatımızın 140 illik yubileyi münasibətilə təltif olunanlar arasında “Yeni Tərtər” qəzetinin redaktoru Tofiq Yusif də olmuşdur.
    Bu gün “Yeni Tərtər” qəzetinin rayonumuzun həyatında özünəməxsus yeri vardır. Ictimai-siyasi, mədəni həyatımızda baş verən bütün yeniliklər haqqında sakinlər yerli qəzet vasitəsilə tanış olurlar. Həmçinin gənc nəslin milli vətənpərvərlik şüurunun yüksəldilməsində, xalqımızın gözəl adət və ənənələrinin təbliğində “Yeni Tərtər”in xüsusi xidmətləri var.
    Milli mətbuat günü hər birimizin bayramıdır. Odur ki, “Yeni Tərtər” qəzetinin kollektivi ilə yanaşı bütün tərtərliləri bu əlamətdar gün münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm. Mətbuat işçilərinə cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Qələminiz iti, sözünüz kəsərli olsun!

    Müəllif: Redaktor, 16:35

    Teqlər:

İsmarıclar bağlıdır.