Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29İyn
    Təhsil ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ “SON ZƏNG” ÇALINDI üçün şərhlər bağlıdır

    DSC_8233 (Копировать)(2)DSC_8676 (Копировать)İyun ayının 14-də rayonun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. Bu il rayon üzrə 673 nəfər şagird XI sinifi, 795 nəfər şagird isə IX sinifi bitirir.
    Məktəblərdə təşkil olunan “Son zəng” tədbirlərinə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri də qatıldılar. Bütün ümumtəhsil məktəblərində tədbir dövlət bayrağının gətirilməsi, Dövlət himninin səsləndirilməsi ilə başlandı.
    Sonra məktəblilərin hazırladıqları rəngarəng musiqi nömrələri, müəllimlərin, məzunların çıxışları bir-birini əvəz etdi.
    Şəhər 1, 2, 5, 6 saylı və Seydimli kənd tam orta məktəblərinin məzunlarının “Son zəng”ində iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov onları təbrik edərək, gənclərə tövsiyələr verdi. Müstəqil Azərbaycanımızın gələcəyinin sabahımız olan gənclərimizdən asılı olduğunu bildirdi. Məzunlara dövlətimizə və dövlətçiliyimizə sədaqətli olmağı, həyat yollarında inamla addımlamağı tövsiyə etdi. Millətin gələcəyi olan təhsilin tərəqqisinin cənab Prezidentin xüsusi diqqət göstərdiyi sahə olduğunu söylədi. Daha ətraflı »

    Teqlər:

  • 29İyn
    Səhiyyə Tibb işçilərinin peşə bayramı üçün şərhlər bağlıdır

    İNSANLARIN SAĞLAMLIĞI KEŞİYİNDƏ DAYANANLAR

    DSC_0002DSC_0004Tibb İşçiləri Günü münasibətilə tədbir keçirilmişdir.
    Əvvəlcə rayonun səhiyyə işçiləri Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etmişlər. Sonra tədbir Gənclər Mərkəzində davam etdirilmişdir.
    Tədbiri rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini Elvin Umudov açaraq tibb işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, onlara insanların sağlamlığı keşiyində ayıq-sayıq dayanmağı, Hippokrat andlarına sadiq olmağı arzulamışdır. O, qeyd etmişdir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur.
    Çıxışının sonunda Elvin Umudov 1-5 aprel müharibəsində göstərdikləri fədakarlığa görə tibb işçilərinə rayon icra hakimiyyəti başçısının təşəkkürünü çatdırmışdır.
    Sonra Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Yaşar Hüseynov tibb işçilərini bayramları münasibəti ilə təbrik etmiş, səhiyyənin keçmişi və bu günü ilə bağlı məlumat vermişdir. Daha ətraflı »

    Teqlər:

  • 28İyn
    Digər HEYDƏR ƏLİYEV: “ORDU ÖLKƏMİZİN, MİLLƏTİMİZİN, DÖVLƏTİMİZİN MÜSTƏQİLLİYİNİN DAYAĞIDIR” üçün şərhlər bağlıdır

    CƏSUR KƏŞFİYYATÇI

    13435997_802605333207805_1276151181_nHƏRBİYƏ APARAN YOL
    Bu gün oxucularımıza Azərbaycan Ordusunun igid, qorxmaz döyüşçüsü, kəşfiyyatçı Elnur Fərzəliyev haqqında danışacağıq. Elnur hərbi xidmətə 1995-ci ildə çağırılmışdır. Amma onun və ailədəki qalan 4 qardaşın (onlar da kəşfiyyatçı olublar) ordu həyatı, düşmənlə mübarizəsi bu tarixdən deyil, Xocalı hadisəsindən başlayır. O zaman Elnurgilin atası Qəzənfər müəllim Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun batalyonunda döyüşürdü. Ailə Ağdamda yaşayırdı.
    Xocalı hadisəsi baş verəndə Qəzənfər müəllim evlərinə iki körpə qızcığazı ilə birlikdə soyuqdan donmuş Məlahət adlı bir qadını gətirmişdi. Bu ailənin başçısı ermənilər tərəfindən əsir götürülmüş, qadını və onun övladlarını isə xilas etmək mümkün olmuşdur. Həmin günlərdə o ailənin müsibətlərini görən Qəzənfər müəllimin 5 oğlu hərbçi olmağa, günahsız insanların intiqamını almağa söz vermişlər.
    O zaman bütün Ağdam camaatı kimi, Elnurgilin ailəsi də təkcə Məlahət xanımgilə deyil (sonradan ailənin başçısını da əsirlikdən geri almaq mümkün oldu), yüzlərlə Xocalı sakininə dayaq olmuşdur. Ancaq bu günə kimi də 5 oğul əllərində əzizlərinin şəklini gəzdirən və “bunları görmüsünüzmü” deyə atalarına müraciət edən insanların gözlərindəki kədəri unutmurlar. Daha ətraflı »

    Teqlər:

  • 28İyn
    Xəbərlər AZƏRBAYCANDA MİLLİ İNSAN HÜQUQLARI GÜNÜ üçün şərhlər bağlıdır

    DSC_9478Изображение 14018 iyun Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”-nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları Günü təsis edilib.
    Müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb.
    2002-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb. Azərbaycanın ilk ombudsmanı 2002-ci il iyulun 2-də Milli Məclisdə Prezident Heydər Əliyevin təqdim etdiyi üç namizəd arasından 111 səslə seçilib. Daha ətraflı »

    Teqlər:

  • 28İyn
    Digər “ANCAQ VƏTƏN SEVGİSİ” üçün şərhlər bağlıdır

    Изображение 135Aprel ayının əvvəlində baş vermiş hadisələr bir daha sübut etdi ki, ordumuz qüdrətlidir və düşmənə qalib gəlməyi bacaran oğullarımız var.
    Nağıyev Zaur Nizami oğlu da Milli Ordumuzun tərkibində xidmət edən belə oğullarımızdan biridir. Zaurun uşaqlığı I Qarabağ savaşının aparıldığı bir vaxta təsadüf etmişdir. O zaman hələ erməni fitnəkarlığını yaxşı anlamasa da, müharibənin dəhşətlərini öz gözləri ilə görürdü. “Qrad” qurğularından, “Alazan” tipli raketlərdən şəhərin atəşə tutulması, insanların həlak olması, yaşayış məntəqələrinin dağıdılması onun uşaq təfəkküründə düşmənə qarşı nifrət yaradırdı. Əsgərlik yaşı çatanda vətənə borcunu ləyaqətlə yerinə yetirmişdir.
    Zaur hərbi xidmətdən sonra doğma şəhərimizdə sürücülüklə məşğul olsa da, fikrindən ordu sıralarında çalışmaq keçirdi. Artıq qəti qənaətə gəlib qərarını vermişdi. 2014-cü ilin fevralından müddətdən artıq xidmətdədir.
    Necə oldu ki, yenidən hərbi xidmətdə qulluq etməyə qərar verdin?–sualına düşünmədən cavab verdi:
    –Buna səbəb ancaq Vətən sevgisidir. 20 faizdən artıq torpaqlarımızın işğal altında olması, doğma yerlərimizə gedə bilməməyimiz həmişə məni narahat edirdi. Ona görə də yenidən orduya qayıtdım. Daha ətraflı »

    Teqlər:

  • 28İyn
    Digər HƏRBÇİ 4 QARDAŞ üçün şərhlər bağlıdır

    IMG-20160617-WA0032Vətən hər kəsin doğulduğu eldən və evdən başlayır! – deyib babalarımız. Bu gün vətənə oğullar böyüdən belə eldən və evdən danışacağıq.
    Bu el cəbhə bölgəsində uşaqdan böyüyə hər kəsin tanıdığı, təmas xəttindən 200 metr məsafədə yerləşən Qapanlıdır. O ev vətənə əsl vətənpərvər oğullar böyüdən Allahverdiyev Şahinin ata ocağıdır.
    Dörd oğul anası olan Tünzalə xanımın ən böyük arzusu övladlarını sağlam, təhsilli, layiqli vətəndaş kimi böyütmək idi. Bu gün ana öz arzusuna çatmışdır. Milli Ordumuzun dörd hərbcisi olan Nicat, Rusif, Anar, Nəriman qardaşlarını təkcə kənd sakinləri deyil, oxuduqları Qapanlı kənd orta məktəbinin müəllim kollektivi və hal-hazırda xidmət göstərdikləri hərbi hissələrin zabit və komandirləri də çox sevirlər. Milli Ordumuzun erməni təxribatına cavab olaraq apardıqları Aprel döyüşlərində onlar vətənə olan sevgilərini silaha sarılaraq, Nicat – xüsusi təyinatlılarda, Rusif ağır artilleriyada – top komandiri kimi. Anar TŞK -da – manqa komandiri kimi, Nəriman isə havadan müdafiə hərbi hissəsində bir daha sübut etdilər.
    Bax, budur vətəndaşlıq borcu və vətənpərvərlik hissi! Daha ətraflı »

    Teqlər:

  • 28İyn
    Xəbərlər ÜMUMDÜNYA QAÇQINLAR GÜNÜ üçün şərhlər bağlıdır

    2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Təəssüf ki, indi bu mövzu biz azərbaycanlılar üçün də ən ağrılı mövzulardan biridir. Ermənistanın ölkəmizə təcavüzü Azərbaycanı dünyanın ən çox qaçqın və köçkün yaşayan ölkəsinə çevirib. Dövlətimizin qayğısı ilə bu gün məcburi köçkünlərin sosial problemləri uğurla həll olunur.
    Bu problemlərin həlli istiqamətində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlər xüsusi önəm kəsb edir. Böyük öndərin 1998-ci ildə qəbul etdiyi “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” uzunmüddətli Dövlət Proqramına əsasən qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı geniş tədbirlərə start verilib, soydaşlarımız üçün yeni qəsəbələr salınmağa başlayıb.
    2003-cü ildən başlayaraq Prezident İlham Əliyev də bu istiqamətdə işləri ardıcıl və məqsədyönlü şəkildə davam etdirir. Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və sonradan həmin Dövlət Proqramına 31 oktyabr 2007-ci il, 21 fevral 2011-ci il tarixli sərəncamlarla təsdiq olunmuş əlavələrin icrasında uğurlu işlər görülüb. Daha ətraflı »

    Teqlər:

  • 28İyn
    Səhiyyə Təbrik edirik! üçün şərhlər bağlıdır

    ZƏHMƏTƏ VERİLƏN YÜKSƏK QİYMƏT

    Изображение 065Həyatda peşələr çoxdu. Kim hansı peşəni seçib, ona ürəkdən bağlanırsa, insanların sevimlisinə çevrilir. Bax, elə rayon mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinin tibb bacısı Fazilə Əliyeva kimi.
    Fazilə xanım haqqında qısa arayış: O, 1959-ci ildə rayonumuzun Qaradağlı kəndində anadan olub. Orta təhsilini də yaşadığı kənd məktəbində alıb. 1978-ci ildə Mingəçevir şəhərindəki tibb texnikumunu bitirib. Tərtər rayon mərkəzi xəstəxanasının vərəm xəstəlikləri şöbəsində işə başlayıb. Gənc tibb bacısı həmişə çalışıb ki, həm işlədiyi kollektivin, həm də xəstəxanaya gələn xəstələrin hörmət, izzətini qazansın. Buna nail olub da.
    Artıq 16 ildir ki, cərrahiyyə şöbəsində tibb bacısı işləyir. Əvvəlki iş yeri kimi, burada da kollektiv arasında böyük hörməti var. Hamı onu həm yaxşı tibb bacısı, həm də yaxşı yoldaş kimi tanıyır.
    Bu günlərdə rayona yayılan şad xəbər Fazilə xanımla yanaşı xəstəxana kollektivinin də böyük sevincinə səbəb olub.
    Ölkə Prezidentinin Sərəncamı ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin tibb bacısı Əliyeva Fazilə Məhəmməd qızı “Əməkdar tibb işçisi” adına layiq görülüb, döş nişanı ilə təltif edilib.
    Fazilə xanım ailəlidir, 3 övladı, 7 nəvəsi var. Belə bir xoş, fərəhli, gündə biz də Fazilə xanımı təbrik edir, ona şərəfli və məsuliyyətli peşəsində müvəffəqiyyətlər arzulayırıq.

    Mirzə Nəsir

    Teqlər:

  • 28İyn
    Milli-mənəvi dəyərlər GƏNCLƏRİ PİS VƏRDİŞLƏRDƏN ÇƏKİNDİRƏK üçün şərhlər bağlıdır

    Изображение 330Изображение 302Bu günlərdə rayon Gənclər Mərkəzində “Narkomanlıq bəşəriyyət üçün böyük təhlükədir” mövzusunda tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil şöbəsinin işçiləri, məktəb direktorları və yuxarı sinif şagirdləri iştirak edirdilər.
    Tədbiri rayon polis şöbəsinin rəisi polkovnik Rauf Məcidov açdı. Mövzu ilə bağlı geniş və ətraflı məruzə ilə çıxış etdi. Bildirdi ki, bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir.
    Təəssüflər olsun ki, bu meyl günü-gündən artmaqdadır. Hazırda bəşəriyyət qarşısında duran ən mühüm məsələlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli cinayətkarlıqla qətiyyətli mübarizə aparmaqdır.
    Rayon prokuroru Azər Hətəmov, narkoloq həkim Rima Axundova, Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov, təhsil şöbəsinin psixoloqu Gülxar Abbasova rayonda narkomaniyaya qarşı mübarizə, görülən profilaktiki işlər barədə məlumat verdilər. Daha ətraflı »

    Teqlər:

  • 28İyn
    Milli-mənəvi dəyərlər ALLAH ORUCLUQ AYINDA BÜTÜN DUALARIMIZI QƏBUL ETSİN! üçün şərhlər bağlıdır

    93AAEDED-EF87-438D-8CF9-E12AD1CFB4AB_mw800_sBismillahir Rəhmanir Rəhim!
    Mehriban və Bağışlayan Allahın Adı ilə!
    “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, siz pis əməllərdən çəkinəsiniz!” (Bəqərə surəsi, ayə 238.) Hz. Peyğəmbərimiz (s) buyurur: “Ümmətim Ramazanın xeyrini və yüksək şərəfini bilmiş ol-saydı bütün ilin Ramazan olmasını arzu edərdi”.
    Ramazan hicri qəməri təqvimin 9-cu ayıdır, mənası “yandırmaq” anlamı verən bu ay, sair aylardan öz zəhməti, bərəkəti və insanlara bir insaf aşılaması ilə kəskin seçilir. Çünki oruc ayini məcburi ayindir və ona əməl etmək hər bir müsəlmana vacibdir (xəstələr və səfərdə olanlar istisnadır). Heç bir zaman aclıq, susuzluq və məhrumiyyət görməyən in-san (müsəlman) oruc tutub bu dilin anlada bilməyəcəyi acı hisslərdən xəbardar olmuş olur. Və beləliklə də onda bir rəhmət və insaf hissi əmələ gəlir, o da imkansızlara yardım etməyə başlayır. Elə məhz buna görə də Ramazan ayına Rəhmət ayı deyilir. Mərhəmətli Allahımız özü bəndələrinə qarşı şəfqətli olduğu kimi, hər fürsətdə çalışıb ki, bəndələri də bir-birinə ehtiram göstərə. Bəqərə s. ayə 184-də buyurulur ki, xəstə olub oruc tuta bilməyən müsəlman, bunun kəffarəsini imkansızlara ödəsin. Günə bir yoxsulu doyuracaq qədər fidyə verməklə bir yaxşılıq etsin Allah bəndəsinə. Daha ətraflı »

    Teqlər: