Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Sarov kəndində oldu.
Qəbulda Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının təmsilçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, həmçinin kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Sarov kənd İƏD üzrə nümayəndə İnqilab Hətəmov görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verdi.
Sonra vətəndaşların müraciətləri dinlənildi. Sakinlərdən Mayıl Aslanov, Nadir Şirinov, Rüfət İsmayılov, Tofiq Quliyev və Günay İmanova müxtəlif məsələlər barədə müraciətlər etdilər.
Bunlarla bağlı icra başçısı tərəfindən əlaqədar qurumlara tapşırıqlar verildi. Daha ətraflı »
-
29OktTərtər RİH-də KƏNDLƏRDƏ SƏYYAR QƏBUL–GÖRÜŞLƏR üçün şərhlər bağlıdır
Teqlər: Tərtər RİH-də
-
29OktXəbərlər TƏRTƏR RAYONUNUN BÜTÜN YAŞAYIŞ MƏNTƏ-QƏLƏRİNİN QAZLAŞDIRILMASI BAŞA ÇATDI üçün şərhlər bağlıdır
Tərtər rayonunun Rəcəbli, Kovdadıq, Bildirçinli və Umudlu kəndlərinə təbii qaz verilib. Bununla da rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılıb.
Təbii qazın verilməsi münasibətilə Kovdadıq kəndində keçirilən tədbirdə Tərtər Ra-yon İcra Hakimiyyətinin baş-çısı Müstəqim Məmmədov, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, “Azəriqaz” İstehsalat Birliyi-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yaşayış məntəqələrinə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik edib. Dövlət başçısının ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqətdə saxladığını bildirib. Daha ətraflı »Teqlər: Xəbərlər
-
29OktTərtər RİH-də MƏŞHUR RUS POLİTOLOQUNUN MÜHAZİRƏSİ DİNLƏNİLİB üçün şərhlər bağlıdır
Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının inzibati binasında Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun lektorlar qrupunun üzvü, Rusiyanın tanınmış tarixçisi, siyasi xadim Oleq Kuznetsovun “Erməni millətçiliyi və alman nasizmi arasında ideoloji bağlantı” mövzusunda mühazirəsi dinlənilib.
Tədbirdən öncə Oleq Kuznetsov və Bilik Fondunun nümayəndələri ermənilərin Qarabağ bölgəsinə köçürülməsini sübut edən “Marağa-150” abidəsi ilə tanış olublar. Bildirilib ki, bu abidə ermənilərin İranın Marağa ərazisindən Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə onların özləri tərəfindən inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda, “Marağa-150” abidəsi qəsdən dağıdılıb. Prezident İlham Əliyevin tapşırığı ilə bu abidə yenidən bərpa olunub. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
29OktXəbərlər ZONA TOPLANTISI üçün şərhlər bağlıdır
Tərtər rayonunda keçirilən zona toplantısında gənclər və idman nazirinin müavini İntiqam Babayev, müxtəlif dövlət qurumlarının nümayəndələri, rayon rəhbərliyi, bu zonaya daxil olan Naftalan, Goranboy, Ağcabədi, Ağdam, Bərdə, Xocalı və Laçın rayonlarından 300 nəfər fəal gənc iştirak ediblər.
Toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Sonra tədbir iştirakçıları rayon məktəblilərinin hazırladığı əl işlərindən ibarət sərgi ilə tanış olublar və “N” saylı hərbi hissənin əsgərlərinin hazırladığı nümunəvi çıxışlara baxıblar.
Tədbir rayon mədəniyyət mərkəzinin zalında davam etdirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, Azərbaycan gənclərinin VIII Forumu çərçivəsində reallaşan zona toplantısının əlamətdar bir zamanda–Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin böyük təntənə ilə qeyd edildiyi bir dövrdə keçirilməsini əlamətdar hadisə adlandırıb. Daha ətraflı »Teqlər: Xəbərlər
-
29OktXəbərlər TƏRTƏR RAYONUNA SƏFƏR üçün şərhlər bağlıdır
Ölkəmizdə səfərdə olan Almaniyanın “Nitro” jurnalının muxbirləri Bernd Lammel, Bettina Lammel və Alman-Azərbaycan Gənclər Assosiasiya-sının sədri Raksana Civişova Tərtər rayonuna səfər ediblər.
Səfər çərçivəsində qonaqlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. İcra başçısı qonaqlara rayon haqqında ətraflı məlumat verib.
Qonaqlar səmimi qəbula və ətraflı məlumata görə rayon rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
Sonra nümayəndələr Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar. Sonra ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa–150” abidəsinin qalıqlarına baxıblar.
Daha sonra ərazidə məskunlaşmış məcburi köçkünlərlə görüşüblər.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
29OktMədəniyyət QÜRURVERİCİ GÜN üçün şərhlər bağlıdır
Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər Rayon Nümayəndəliyinin Tarix-Diyarşünaslıq Muzeyində Dövlət Müstəqilliiyi Günü munasibəti ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə muzeyin direktor əvəzi Aybəniz Şahbazi açıb. Bildirib ki, müstəqillik baxımından Azərbaycan gənc olsa da, görülən işlər bu günü və gələcəyi əhatə edir. Bu isə o deməkdir ki, müstəqilliyimiz dönməz və əbədidir.
Muzeyin elmi işçisi Xuraman Məmmədova mövzu ilə bağlı məruzə söyləyib və Müstəqillik Günü haqqında geniş məlumat verib.
Məruzə ətrafında çıxışlar olub.
Sonra Umudlu kənd tam orta məktəbinin şagirdləri bədii kompozisya göstəriblər.
Sonda xatirə şəkli çəkdirilib.“Yeni Tərtər”
Teqlər: Mədəniyyət
-
29OktSosial 2018-ci İLİN 9 AYINDA TƏRTƏR RAYONUNDA 3240 YENİ İŞ YERİ AÇILIB üçün şərhlər bağlıdır
Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanyar 2014-cu ildən 1 oktyabr 2018-cü il tarixinə qədər olan dövr ərzində rayonda ümumilikdə 27 min 898 olmaqla 10 min 150 daimi iş yerləri yaradılmışdır. 2018-cı ilin 9 ayı ərzində isə rayonda 3240 yeni, o cümlədən 363 daimi iş yerləri açılmışdır. Bu dövr ərzində açılmış iş yerlərinin 88,8 faizi qeyri-dövlət sektorunda olmuşdur. 2018-cı ilin 9 ayı ərzində açılmış daimi iş yerlərinin 12,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 24,3 faizi mövcud müəssisə və təşkilatlarda, 63,6 faizi isə fiziki şəxslər tərəfindən yaradılmışdır. Daha ətraflı »
Teqlər: Sosial
-
29OktKənd təsərrüfatı 1 NOYABR KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİ GÜNÜDÜR üçün şərhlər bağlıdır
Azərbaycan iqtisadiyyatının inkişafında kənd təsərrüfatının əhəmiyyətini və kənd təsərrüfatı işçilərinin əməyini nəzərə alaraq, Prezident İlham Əliyevin sərəncamına əsasən, 2008-ci ildən hər il noyabırın 1-i ölkədə “Kənd Təsərrüfatı İşciləri Günü” kimi qeyd olunur.
Rayonumuzun kənd təsərrüfatı işçiləri builki peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qarşılayırlar. Təsərrüfatın bütün sahələri üzrə ilin doqquz ayının göstəriçiləri ürəkacandır. Kənd təsərrüfatı məhsulları istehsalcılarını stimullaşdırmaq məqsədi ilə dövlət büdcəsindən aqrar sahəyə bir neçə istiqamətdə subsidiyalar verilməkdədir.ƏHALİNİN HƏYATI YAXŞILAŞIB
Əskipa kəndində 1184 nəfər yaşayır. 267 təsərrüfat, 184 evdir. Sakinlərin arasında ziyalısı da var, sadə peşə sahibi də. Amma onların hamısını birləşdirən ümumi cəhət vətənə, torpağa bağlılıq hissi və zəhmətsevərlikdir. Kənd sakinlərindən yeddi nəfəri–Nuru Abbasov, Vüqar Cəfərov, Yavər Məmmədov, Dağıstan Əzizov, Vüqar Qasımov, Eldəniz Sadıqov və Tofiq Quliyev bu torpaq uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalıb. Kənddə onların xatirəsi uca tutulur. Şəhidlərin şərəfinə abidə ucaldılıb, ətrafına gül-çiçək əkilib. Kənd sakinləri bu müqəddəs məkanı tez-tez ziyarət edir, qəhrəmanların ömür yolunu öyrənirlər. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
-
29OktKənd təsərrüfatı HALALLIQ ONLARIN PEŞƏ XÜSUSİYYƏTİDİR üçün şərhlər bağlıdır
Tərtər Bölgə Təcrübə Stansiyasında yetişdirilən ən yeni “Qırmızı gül-1,” “Fatimə”, “Murov-2”, “Şəfəq-2” taxıl, “Qarabağ-33” arpa növləri nəinki bizim rayonda, respublikada çox məşhurdur və fermerlər tərəfindən həvəslə alınır.
Bunun arxasında isə BTS-in kollektivinin uzun elmi axtarışları və gərgin zəhmətləri dayanır.
Kənd Təsərrüfatı İşçiləri Günü munasibəti ilə biz onlardan biri–toxumçuluq şöbəsinin müdiri Ayaz Abdullayev haqqında söhbət acmaq istəyirik.
BTS-in direktor əvəzi Həqiqət Həşimova onu bizə belə təqdim etdi:
– Olduqca halal və zəhmətkeş insandır, peşəsinin vurğunudur. Kollektivdə böyük nüfuzu var, həm də ailəcanlıdır.
Xalqımızın mentalitetində çörək müqəddəs kitabımız olan “Qurani-Kərim”dən irəli gəlib” inancı var. Çörəyə and içmək, “Quran”a and içmək kimidir. Yeni taxıl növlərinin yetişdirilməsi üzərində işləyənlər də bütün gün müqəddəs nemətlə çalışdıqları üçün halallıq onların peşə xüsusiyyətidir. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
29OktDigər ZƏNGİLAN RAYONUNUN İŞĞALINDAN 25 İL KEÇİR üçün şərhlər bağlıdır
O YERLƏR UNUDULMUR
Zəngilan rayonu 1993-cü il 29 oktyabr tarixində ermənilər tərəfindən işğal edilmişdir.
1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayonumuz oldu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.
Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır.
”Bakı-Culfa-Naxçıvan” dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat km, əhalisi isə 35 mindən çox olub. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və bir musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub və 22 kinoqurğu var idi. Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar