Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının inzibati binasında Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun lektorlar qrupunun üzvü, Rusiyanın tanınmış tarixçisi, siyasi xadim Oleq Kuznetsovun “Erməni millətçiliyi və alman nasizmi arasında ideoloji bağlantı” mövzusunda mühazirəsi dinlənilib.
Tədbirdən öncə Oleq Kuznetsov və Bilik Fondunun nümayəndələri ermənilərin Qarabağ bölgəsinə köçürülməsini sübut edən “Marağa-150” abidəsi ilə tanış olublar. Bildirilib ki, bu abidə ermənilərin İranın Marağa ərazisindən Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə onların özləri tərəfindən inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda, “Marağa-150” abidəsi qəsdən dağıdılıb. Prezident İlham Əliyevin tapşırığı ilə bu abidə yenidən bərpa olunub. Həmçinin, ermənilərin Qarabağa köçürülmələrini təsdiqləyən tarixi sənəd, məlumat və fotolar arxivlərdən toplanaraq, burada Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Elvin Umudov açıb və politoloq Oleq Kuznetsovun Qarabağ həqiqətlərinin Rusiyada tanıdılması sahəsində gördüyü işlərdən danışıb.
Oleq Kuznetsovun məruzəsi böyük maraqla dinlənilib.
Sonra qonaqlar Qarabağ Regional Bilik Evi ilə tanış olublar.
“Yeni Tərtər”