Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Okt

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Sarov kəndində oldu.
    Qəbulda Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının təmsilçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, həmçinin kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Sarov kənd İƏD üzrə nümayəndə İnqilab Hətəmov görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verdi.
    Sonra vətəndaşların müraciətləri dinlənildi. Sakinlərdən Mayıl Aslanov, Nadir Şirinov, Rüfət İsmayılov, Tofiq Quliyev və Günay İmanova müxtəlif məsələlər barədə müraciətlər etdilər.
    Bunlarla bağlı icra başçısı tərəfindən əlaqədar qurumlara tapşırıqlar verildi.
    Qəbul-görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışdı.
    Tədbirdə iştirak edən Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinlədi, onların həlli istiqamətində təklif-lər hazırlanaraq aidiyyəti qurumların qarşısında məsələ qaldırılacağını və lazımi köməklik göstəriləcəyini bildirdi.
    Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını dilə gətirdilər.
    * * *
    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul–görüşü Yuxarı Qapanlı kəndində oldu.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:25

    Teqlər:

İsmarıclar bağlıdır.