Qədim tarixə malik olan və amma el arasında çox da geniş yayılmayan bayramlardan biri də “Xıdır İlyas” və ya “Xıdır Nəbi” adlandırılan mərasimdir. Bu bayram bir-birindən cuzi fərqlərlə demək olar ki, Azərbaycanın bir sıra bölgələrində keçirilir. Xıdır Nəbi adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və sairə təbii proseslərlə müşayiət edilir. Ta qədimdən xalq təqvimində qış fəsli iki əsas mərhələyə-40 gün sürən böyük çilləyə (22 dekabr – 31 yanvar) və kiçik çilləyə (1 fevral-20 fevral) bölünüb, sonrakı 30 gün isə boz ay adlanıb. Qədim xalq mərasimlərindən biri olan “Xıdır Nəbi” (“Xızır İlyas”) bayramı da çillə günlərinə təsadüf edir. Bu bayramın təsadüf etdiyi günlərlə bağlı tədqiqatçılar arasında müxtəlif fikirlər mövcuddur. Bəziləri bayramın böyük çillədən dörd, kiçik çilədən isə üç gün olmaqla yeddi gün davam etdiyini bildirir. Qarabağın əksər bölgələrində (Cəbrayıl, Laçın, Zəngilan, Kəlbəcər və Füzuli rayonlarında) “Xıdır İlyas” bayramı özünəməxsus mərasimlərlə qeyd olunub. Qışın ortalarında keçirilən bu bayramda azərbaycanlı qadınlar ailəsinin salamatlığı üçün sacda qovurğa qovurar, çay və bulaq kənarında müxtəlif rəngli bir neçə yumurta qoyar və niyyət edərdilər. Ertəsi gün yumurtalara baxardılar. Əgər yumurta qırmızı rəngə boyanmışdırsa yaxşı, qara rəngə boyanırdısa pis əlamətə yozulardı. Yığılmış bayram payını götürüb uşaqlardan birinin evinə toplaşıb bayram edərdilər.
“Xıdır İlyas” mərasimini bölgədə qışın yarısının yola salınması münasibətilə keçirirlər. Bu mərasimdə hamı evdən bayıra çıxar, çoxlu tonqallar yandırardılar. Belə bir inam da var ki, guya mərasimdə Ona mütləq pay verilməlidir. Əgər pay verilməsə, Xıdır İlyas küsər, atını çapıb gedər və ruzi-bərəkəti də özü ilə aparar. Pay verildikdə isə Xıdır İlyas-Xıdır peyğəmbər atını çapıb həmin evlərin hamısına ruzi paylaya-paylaya gedər. ”Xıdır Nəbi” bayramından sonra artıq yalançı çərşənbə gəlir. Daha sonra isə “Xəbərçi çərşənbə” və “Boz ay” gəlir. “Boz ay”dan sonra isə o biri çərşənbələr başlayır. Yəni, bu bayram Novruza giriş bayramıdır. Qədimlərdə kəndlərdə bu bayram keçirilirdi”-Həmin çərşənbələrin ilk üçünə “Oğru üsgü”, ikinci Daha ətraflı »
-
07MarDigər NOVRUZU QABAQLAYAN BAYRAMLAR üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
07MarDigər NOVRUZ SÜFRƏSİ NECƏ OLMALIDIR?-7 YEMƏK, 7 ŞİRNİYYAT, 7 ÇƏRƏZ… üçün şərhlər bağlıdır
Novruzun əsas atributlarından biri Novruz süfrəsidir. İnanclarımıza görə, süfrəyə düzülən nemətlər nə qədər bol, çeşidli olarsa, il bir o qədər bərəkətli olar.
Qədim zamanlarda belə bir inanc da vardı: Əgər ailə bütün lazımi nemətləri süfrəyə qoyurdusa, bu, həmin ailənin özünütəsdiqindən xəbər verirdi. Novruz bayramında süfrənin əsas özəlliyindən biri də budur ki, süfrəyə şirin yeməklər qoyulmalıdır. Şirniyyatlardan paxlava, şəkərbura, şirin qoğal, badambura və s. saymaq olar. Bundan başqa, qovurğa qovrulur, müxtəlif şərbətlər, milli içkilərə yer verilir. Adətə görə, süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulur.
Niyə belədir? Daha ətraflı »Teqlər: Digər
-
07MarDigər KOSA VƏ KEÇƏL üçün şərhlər bağlıdır
Kosa və keçəl –Azərbaycanda, xüsusilə Novruz bayramında məşhur personajlardır. Onların oyunbazlığı bayrama xüsusi ovqat gətirir Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə Keçəlin məzhəkəsinin rəmzi bundan ibarətdir. Çox qədim mənbələrdə Novruz mərasimi ilə bağlı bu obrazlardan istifadə olunub. Onlar ta qədim zamanlardan açıq havada keçirilən meydan tamaşasını gözəlləşdiriblər. Bu personajlar barədə Hüseynqulu Sarabskinin ”Köhnə Bakı” əsərində yazılanlar Novruz ənənələrinin orijinal variantına yaxındır, onların oyunbazlığının geniş mətni həmin əsərdə əks olunub. Daha ətraflı »
Teqlər: Digər
-
07MarMilli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır
SAZ ÇALDIRIB, ÇILPAQ QIZ OYNATMAZLAR!
AYIBDIR, VALLAH!!!
Saz Azərbaycan xalqının müqəddəs bildiyi bir milli-mənəvi dəyər rəmzidir. “Dədə Qorqud” boylarından Qopuz kimi çağlayan bu ovsunlu, sehrli çeşmə Koroğlunun qılıncla qoşalaşdırdığı bir güvənc və məftunluq mənbəyidir. Düşmənlə döyüşə sazla atılarmışlar, qalibiyyət də sazın təntənəsiylə bayram edilərmiş. Deyirlər ki, Qıratın dəliliyi tutanda Koroğlu Aşıq Cünunu çağırtdırıb onun yanında saz çaldırarmış. Sazın səsini eşidən Qırat layla səsindən xumarlanan uşaq kimi sakitləşərmiş. Bir də deyirlər ki, saz çalınanda birinin nəbzini tut, ürək döyüntüsündə dəyişiklik olmasa, o, xalis azərbaycanlı deyil. Həqiqətən də, saz havası, məsələn “Ruhani”, “Baş sarıtel”, “İncəgülü”, “Dubeyti”, “Dilqəmi”, “Kərəm gözəlləməsi” və s. ifa olunanda adamın bütün varlığı sazın pərdələrinə dönür, bu dünyanı unudursan, ovqatında bir dəyişmə, bir təzələşmə baş verir, qoşulub bu ahəngə axırsan, durulaşırsan, dünya gözündə musiqiyə bələnir, dərdin-sərin, ağrınacın yumşalır, ürəyin silkələnib yuxalır, bütün pisliklər yoxa çəkilir, yerində rahatlıq və dinclik qalır. Sazbənd Fərman Xuduoğlu özünün düzəltdiyi sədəfli sazında bir “Orta Sarıtel” çalsın, qulağına ana laylası, bir dağ şəlaləsinin “Cəngi”si, “Heyratı” ifa edən bir xor, Xəzərin qayalara çırpınan dalğalarının hikkəli səsi gəlməsə, sən adam deyilsən ki! Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
-
07MarDigər TƏBİƏTİ QORUYAQ VƏ SEVƏK üçün şərhlər bağlıdır
Yer üzündə bütün canlıların sağlam yaşaması və böyüməsi üçün torpaq, su və hava lazımdır. Bunlar təbiət adlanır. Təbiət təbib, təbabət sözlərindən götürülüb.
Ulu Tanrı Vətənimin torpağına bütün nemətlərdən bəxş etmişdir. Azərbaycanın təbiəti müalicəvi sularla, min cür gül-çiçəklə, qiymətli metallarla, bir sözlə, yeraltı və yerüstü sərvətlərlə zəngindir. Bu təbiəti seyr etdikcə insanın qəlbi fərəhlə dolur. Əlverişli iqlim şəraitimiz ölkəmizə bitib-tükənməyən bol nemətlər bəxş edib.
Azərbaycanın təbiəti o qədər gözəl və sirlidir ki, yayın qızmar günlərində dağlarımızın başında qar olur. Vətənimin gözəlliklərindən, möcüzələrindən yazmaqla qurtarmaq olmaz. Çünki Azərbaycanın təbiəti rəngarəngdir, bölgələrimizin torpaqları əkinə yararlıdır, zəngin flora və fauna aləminə malik tükənməyən bir xəzinədir.
Torpağımın üstündən əlavə altı da sərvətlərlə zəngindir. Xəzər dənizindən çıxan “Qara qızıl” vətənimi bütün dünyada tanıdır və xalqımıza milyonlarla gəlir gətirir. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində, Xəzər hövzəsində yerləşir.
Respublikada təbiətin qorunmasına böyük qayğı göstərilir. Ən qiymətli və nəsli azalan heyvanlar, bitkilər üçün dövlət təbiət qoruqları yaradılmışdır. Daha ətraflı »Teqlər: Digər
-
07MarDigər “BALA KİRPİ”nin ATMACALARI üçün şərhlər bağlıdır
–Son dəblər haqqında nə deyə bilərsiniz?
–Elə geyinirlər ki, arxadan arvadla kişi seçilmir. Cavan qızlar bir yana, bəzən yaşlı qadınların dar şalvarlardan və hər yeri açıq köynəklərdən görünən əzaları az qalır adamın gözünə girsin. Onların əvəzinə adamın özü utanır.
* * *
–Rayonumuzun bu mərkəzi bazarı var ha, bilmirsən orda vəziyyət nə vaxt düzələcək?
–Oranın müdiri insafa gələndə. Bir də ağzında “bazar” deyirsən, orada vəziyyət düzəlsə, onda bazar olmaz ki!.. Daha ətraflı »Teqlər: Digər
-
27FevDigər üçün şərhlər bağlıdır
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır”.
“…Bizim yolumuz inkişaf yoludur… Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək”.
“…Biz islahat naminə islahat aparmırıq. Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək”.İlham ƏLİYEV,
Azərbaycan Respublikasının PrezidentiTeqlər: Digər
-
27FevTərtər RİH-də VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ DİNLƏNİLDİ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşüləri Hüsənli kəndində oldu.
Qəbullarda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kəndin sakinləri iştirak ediblər.
Əvvəlcə kənd İƏD üzrə nümayəndə Gülüstan Əhmədova kəndin sosial-iqtisadi inkişafı, əhalinin məşğuliyyəti, görülən işlər barədə məlumat verdi. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
27FevSəhiyyə ƏHALİNİN KÜTLƏVİ TİBBİ MÜAYİNƏSİ APARILIR üçün şərhlər bağlıdır
Prezident İlham Əliyevin tapşırığına əsasən, 2014-cü il-dən başlayaraq ölkə vətəndaşlarının kütləvi pulsuz tibbi müayinəyə cəlb edilməsi vətəndaşların sağlamlığına göstərilən qayğının təzahürüdür.
Respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da əhalinin kütləvi tibbi müayinəsi uğurla həyata keçirilir. Əhalinin sağlamlığının qorunmasına yönələn bu tədbirin yüksək mütəşəkkilliklə keçirilməsini təmin etmək üçün rayonda xüsusi komissiya yaradılıb, tibb ocaqlarında, iş qrafiki tərtib edilib. Tibbi müayinələr rayon mərkəzi xətəxanası ilə yanaşı Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında, kəndlərdəki tibb məntəqələrində də aparılır. Daha ətraflı »Teqlər: Səhiyyə
-
27FevXəbərlər “ANA DİLİ MİLLİ VARLIĞIMDIR üçün şərhlər bağlıdır
Şəhər 6 saylı tam orta məktəbdə “Ana dili milli varlığımdır” mövzusuna həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktor müavini Zülfiyyə Abdullayeva açıb.
Dövlət himni səsləndirilib.
Məktəbin dil-ədəbiyyat müəllimi Xalidə Quliyeva mövzu ilə bağlı geniş məruzə edib. Daha ətraflı »Teqlər: Xəbərlər
Yeni ismarıclar