Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Mar

    Qədim tarixə malik olan və amma el arasında çox da geniş yayılmayan bayramlardan biri də “Xıdır İlyas” və ya “Xıdır Nəbi” adlandırılan mərasimdir. Bu bayram bir-birindən cuzi fərqlərlə demək olar ki, Azərbaycanın bir sıra bölgələrində keçirilir. Xıdır Nəbi adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və sairə təbii proseslərlə müşayiət edilir. Ta qədimdən xalq təqvimində qış fəsli iki əsas mərhələyə-40 gün sürən böyük çilləyə (22 dekabr – 31 yanvar) və kiçik çilləyə (1 fevral-20 fevral) bölünüb, sonrakı 30 gün isə boz ay adlanıb. Qədim xalq mərasimlərindən biri olan “Xıdır Nəbi” (“Xızır İlyas”) bayramı da çillə günlərinə təsadüf edir. Bu bayramın təsadüf etdiyi günlərlə bağlı tədqiqatçılar arasında müxtəlif fikirlər mövcuddur. Bəziləri bayramın böyük çillədən dörd, kiçik çilədən isə üç gün olmaqla yeddi gün davam etdiyini bildirir. Qarabağın əksər bölgələrində (Cəbrayıl, Laçın, Zəngilan, Kəlbəcər və Füzuli rayonlarında) “Xıdır İlyas” bayramı özünəməxsus mərasimlərlə qeyd olunub. Qışın ortalarında keçirilən bu bayramda azərbaycanlı qadınlar ailəsinin salamatlığı üçün sacda qovurğa qovurar, çay və bulaq kənarında müxtəlif rəngli bir neçə yumurta qoyar və niyyət edərdilər. Ertəsi gün yumurtalara baxardılar. Əgər yumurta qırmızı rəngə boyanmışdırsa yaxşı, qara rəngə boyanırdısa pis əlamətə yozulardı. Yığılmış bayram payını götürüb uşaqlardan birinin evinə toplaşıb bayram edərdilər.
    “Xıdır İlyas” mərasimini bölgədə qışın yarısının yola salınması münasibətilə keçirirlər. Bu mərasimdə hamı evdən bayıra çıxar, çoxlu tonqallar yandırardılar. Belə bir inam da var ki, guya mərasimdə Ona mütləq pay verilməlidir. Əgər pay verilməsə, Xıdır İlyas küsər, atını çapıb gedər və ruzi-bərəkəti də özü ilə aparar. Pay verildikdə isə Xıdır İlyas-Xıdır peyğəmbər atını çapıb həmin evlərin hamısına ruzi paylaya-paylaya gedər. ”Xıdır Nəbi” bayramından sonra artıq yalançı çərşənbə gəlir. Daha sonra isə “Xəbərçi çərşənbə” və “Boz ay” gəlir. “Boz ay”dan sonra isə o biri çərşənbələr başlayır. Yəni, bu bayram Novruza giriş bayramıdır. Qədimlərdə kəndlərdə bu bayram keçirilirdi”-Həmin çərşənbələrin ilk üçünə “Oğru üsgü”, ikinci üçünə “Doğru üsgü”, sonuncusuna isə “İlaxır çərşənbə” deyilib. Çərşənbələrin hərəsinin özünə görə adət-ənənələri, mərasimləri olub. Tədqiqatlardan da görünür ki, xalq tərəfindən həyata keçirilən bütün ayin və mərasimlər qışın mümkün qədər tez çıxması üçün icra edilib. İnsanlar həmin ayinlər vasitəsilə altı çərşənbə hazırlıq görüb, nəhayət, son çərşənbə günü bir yerə toplaşaraq qışı yola salıb, yeni ili, yəni yazın ilk gününü elliklə bayram ediblər. Odur ki, “Doğruçu çərşənbə” hesab olunan dörd çərşənbədən əvvəl ölkəmizin bir sıra regionlarında “Yalançı çərşənbə”lər də qeyd olunub. Lap qədim zamanlarda isə “Oğru üsgü” adı ilə üç yalançı çərşənbə vardı. “Yalançı çərşənbə” “Doğruçu çərşənbə”nin gəlişinə zəmin hazırlayır. Beləliklə, bu il fevralın 19-u sonuncu yalançı çərşənbə sayılır.
    Çünki bu, həm də elə bir zaman aralığıdır ki, artıq sərt qış fəslinin təbiətə qədəm basmasından təxminən qırx günlük müddət ötmüş olur. İnsanlar “Yalançı çərşənbə” ayinlərini icra edirlər. Təbiətin nizamını bərpa edən doğruçu hesab olunan çərşənbələrin şənlik və təm-tərağından fərqli olaraq, yalançı çərşənbənin gəlişi nisbətən sakit qeyd edilir. “Belə ki, yalançı çərşənbə qeyd olunan evlərdə günəşin qürub vaxtı ayrı-ayrı həyətlərdə küləş və samandan alovu gur olmayan tonqallar yandırılır. “Yalançı çərşənbə”də digər çərşənbələrdə olduğu kimi, çoxsaylı ayinlər icra edilmir, evlərdə xüsusi süfrə açılmır. Bütün bunlar “Yalançı çərşənbə”nin aldadıcı olduğunu, insanların hələ də onun istisini təbiətdə, evlərində, həyətlərində hiss etmədiyini göstərir.

    Müəllif: Redaktor, 09:26

    Teqlər:

İsmarıclar bağlıdır.