19May
İSLAM DÜNYASININ TƏƏSSÜBKEŞİ
Azərbaycanın son onillikdə bir çox sahələrdə qazandığı uğurlar dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. Ulu Öndər ölkədə bir çox sahələrdə olduğu kimi dini sahədə də problemləri ortadan qaldırdı.
Dövlətdin münasibətləri yeni mərhələyə qədəm qoydu. 70 illik bir zaman ərzində öz dinindən, adət-ənənəsindən ayrı düşmüş xalq bir boşluq içərisində idi. Belə şəraitdə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev yüksək dövlətçilik təcrübəsi nəticəsində bu sahədə dönüş yaratmağa nail oldu.
Ulu Öndər məscidlərə gedir, müəyyən dini mərasimlərdə iştirak edir, dindarlarla görüşür, dövlətin bu sahədə strateji xəttini izah edirdi. Uzaqgörən siyasətin nəticəsində dövlətdin münasibətlərində yaranmış uçurum aradan qaldırıldı, dinin birləşdirici gücündən maksimum istifadə edildi.
Ulu Öndər göstərdi ki, İslam həqiqətən də sülh, mehribanlıq və bərabərlik dinidir. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
19May
Hər bir cəmiyyətin sağlamlığı, onun qələcəyi böyüməkdə olan gənc nəslin milli tərbiyəsi ilə bağlıdır. Bu baxımdan gənclərin mənəviyyatca təmiz, vətənpərvər və fiziki cəhətdən sağlam böyümələri ölkəmizdə yeridilən gənclər siyasətinin əsasını təşkil edir.
Azərbaycanda bu siyasətin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər gənclərin tərbiyəsini ölkə üçün çox vacib olan məsələlərdən hesab edirdi. Heydər Əliyev deyirdi: “Gənclərimiz milli ruhda tərbiyə olunmalı, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq–budur, vətənpərvərlik”. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
19May

IV İSLAM HƏMRƏYLİYİ OYUNLARINDA AZƏRBAYCAN İDMANÇILARI ŞƏRƏFLİ QƏLƏBƏLƏR QAZANARAQ İDMAN TARİXİNƏ ŞANLI SƏHİFƏLƏR YAZIRLAR
Daha ətraflı »
Teqlər: İdman
19May
ŞƏRQDƏ İLK DEMOKRATİK DÖVLƏT
Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb.
Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalıb. Bu hökumət cəmi 23 ay yaşasa da, xalqın xeyrinə olan çox şeyi miras qoydu. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Daha ətraflı »
Teqlər: Digər
19May
ULU ÖNDƏRİN XATİRƏSİNƏ BÖYÜK HÖRMƏT

Tərtər rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirildi. Minlərlə tərtərli rayonun mərkəzi meydanına gələrək Ulu Öndərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, öz hörmət və ehtıramını, ümümxalq məhəbbətini nümayiş etdirdilər. Meydana toplaşan insan izdihamının önündə gedən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil qoydu. Anım mərasimində Ulu Öndər Heydər Əliyevin abidəsini rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının və digər müəssisələrin rəhbərləri, ziyalılar və sadə tərtərlilər hörmətlə anaraq, önünə tər gül-çiçək dəstələri düzdülər. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
19May
Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin layihə rəhbəri Albəndov Vəli Nəbi oğlu ölkəmizdə tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Əməkdar Mühəndis” fəxri adına layiq görülüb. Bu, Vəli Albəndovun ikinci dövlət təltifidir. 2012-ci ildə bacarıqlı mühəndis inşaat sahəsində çoxillik səmərəli fəaliyyətinə görə ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə də təltif olunub.
Hər iki mükafat onun Vətən qarşısında xidmətlərinə Prezident İlham Əliyev tərəfindən verilən yüksək qiymətdir. Daha ətraflı »
Teqlər: Digər
19May
Tərtər Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev aqrar sektorun inkişafının memarıdır” mövzusunda tədbir keçirib. Rayonun aidiyyəti idarə və təşkilat rəhbərlərinin, fermerlərin, sahibkarların iştirakı ilə keçirilən tədbirdə YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə və hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda kənd təsərrüfatının inkişafında yeni mərhələyə qədəm qoyması üçün hazırlanıb həyata keçirilən milli ideologiyadan, inkişaf strategiyasından danışıb. Kənd Təsərrüfatı idarəsinin rəisi Mehman Babayev, həmin idarənin sektor müdiri Bayram Əliyev, baytarlıq idarəsinin müdir əvəzi Elmar Xəlilov, Bölgə Təcrübə Sahəsinin baş aqronomu Firdovsi Hüseynov, bitki mühafizə stansiyanın rəisi Fizuli Əzimov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi, bu sahədə çalışan insanların əməyinə düzgün və dəyərli qiymətin verilməsi, ölkədə bitkiçiliyin, heyvandarlığın, kənd təsərrüfatı məhsullarının tədarükü və emalı sahələrinin gəlirli sahəyə çevrilməsi üçün həyata keçirdiyi işlərdən danışdılar.
“Yeni Tərtər”
Teqlər: Kənd təsərrüfatı
19May

Tərtər Rayon Uşaq-Gənclər Şahmat Məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş məktəblilər arasında intellektual yarış keçirilib.
Rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin qatıldığı yarışda 8 komanda iştirak edib.
Yarışda Köçərli kənd tam orta məktəbinin komandası I yerə, Qapanlı kənd tam orta məktəbinin komandası II yerə çıxıblar.
Qalib komandalara rayon təhsil şöbəsi və Qarabağ Regional Bilik Evi tərəfindən diplom və qiymətli hədiyyələr verilib.
“Yeni Tərtər”
Teqlər: Təhsil
19May

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirildi.
“Tərtər-Goranboy” avtomobil yolunun ətrafında, Heydər Əliyev prospektində və “Heydər Park”ında keçirilən aksiyada rayon icra hakimiyyətinin, bütün idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak etdilər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun da iştirak etdiyi tədbirdə 4000-dən çox “Eldar Şamı”, 6000 gül kolu, 5000-dən çox müxtəlif növ dekarativ çiçəklər və yerli iqlimə uyğun digər ağac tingləri əkildi.
Aksiya zamanı ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparıldı.
“Yeni Tərtər”
19May

Alman faşizmi üzərində qələbənin 72-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri Böyük Vətən müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidənin önündə qeyd olundu. Əvvəlcə tədbir iştirakçıları abidənin önünə gül-çiçək dəstələri qoyaraq Böyük Vətən müharibəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsini yad etdilər. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etdi, onlara ən xoş arzularını çatdırdı.
Rayon rəhbəri qeyd etdi ki, Böyük Vətən müharibəsi illərində doğma Tərtərimizin də 2417 nəfər oğlu və qızı alman faşizminə qarşı igidliklə döyüşmüşlər. Onlardan 1079 nəfəri müharibədə həlak olaraq əbədiyyətə qovuşmuşdur. Hazırda rayonumuzda 5 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır. Daha ətraflı »
Yeni ismarıclar