Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirildi.
“Tərtər-Goranboy” avtomobil yolunun ətrafında, Heydər Əliyev prospektində və “Heydər Park”ında keçirilən aksiyada rayon icra hakimiyyətinin, bütün idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak etdilər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun da iştirak etdiyi tədbirdə 4000-dən çox “Eldar Şamı”, 6000 gül kolu, 5000-dən çox müxtəlif növ dekarativ çiçəklər və yerli iqlimə uyğun digər ağac tingləri əkildi.
Aksiya zamanı ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparıldı.
“Yeni Tərtər”