Tərtər Rayon Uşaq-Gənclər Şahmat Məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş məktəblilər arasında intellektual yarış keçirilib.
Rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin qatıldığı yarışda 8 komanda iştirak edib.
Yarışda Köçərli kənd tam orta məktəbinin komandası I yerə, Qapanlı kənd tam orta məktəbinin komandası II yerə çıxıblar.
Qalib komandalara rayon təhsil şöbəsi və Qarabağ Regional Bilik Evi tərəfindən diplom və qiymətli hədiyyələr verilib.
“Yeni Tərtər”