Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Tərtər rayonunda da aztəminatlı ailələr xüsusi dövlət qayğısı ilə əhatə olunublar. Dövlət bu sosial qrupa aid edilən insanların gəlirinin artırılması üçün müxtəlif yardımlar edir, onlara müavinət və pensiyalar verir.
Aztəminatlı dedikdə, özündən asılı olmayan səbəblərdən aşağı gəlirə sahib olan insanlar nəzərdə tutulur. Bura əmək fəaliyyəti ilə məşğul olub, lakin yoxsulluq həddindən aşağı gəlirə sahib olanlar, həmçinin əlillər, ailə başçısını itirən uşaqlar, əmək fəaliyyətini itirən şəxslər və digər təminat səviyyəsi aşağı olan insanlar aid edilir.
Aztəminatlı ailələrin və insanların müdafiəsini gücləndirmək üçün dövlət hazırda 2 vasitədən istifadə edir–sosial müavinətlər sistemindən və ünvanlı sosial yardımdan.
Sosial müavinətlər ayrı-ayrı şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vasitəsidir. Daha ətraflı »
-
30NoySosial AZTƏMİNATLI AİLƏLƏRƏ QAYĞI DİQQƏT MƏRKƏZİNDƏDİR üçün şərhlər bağlıdır
Teqlər: Sosial
-
30NoySəhiyyə 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günüdür üçün şərhlər bağlıdır
SAĞLAMLIQ HƏR ŞEY DEYİL, SAĞLAMLIĞI İTİRMƏK İSƏ HƏR ŞEYİ İTİRMƏK DEMƏKDİR
Hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. (“İİV” infeksiyası) QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Dünyada təxminən 40 milyona yaxın insan İİV daşıyıcısıdır. Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bəladır.
1988-ci ildə əhalinin immun çatışmazlığı ilə əlaqədar keçirilmiş dünya ölkələrinin Səhiyyə Nazirlərinin Sammitindən sonra BMT-in dəstəyi ilə hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü elan edildi. Bununla dünyanın hər yerində əhalinin diqqəti bu problemə yönəldilir, insanlar maarifləndirilir.
Azərbaycanda da problem ak-tual olaraq daim Səhiyyə Nazirliyinin nəzarətindədir. QİÇS-lə mübarizə istiqamətində beynəlxalq təcrübədən istifadə edən Azərbaycan İİV-lə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır və burada epidemiya əsasən infeksion narkotik istifadəçiləri arasında yayılıb. Azərbaycanda ilk dəfə 1987-ci ildə virus daşıyıcısı aşkarlanıb. Daha ətraflı »Teqlər: Səhiyyə
-
30NoyDigər İŞƏGÖTÜRƏNLƏRİN NƏZƏRİNƏ! üçün şərhlər bağlıdır
İşəgötürən ona məxsus iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxslə ilkin olaraq fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlamalı, bundan sonra əmək müqaviləsinin məlumatlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edərək onun hüquqi qüvvəyə minməsi üçün müvafiq bildiriş əldə etməlidir.
Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənin və ya onun səlahiyyət verdiyi şəxsin gücləndirilmiş elektron imzası, o cümlədən ASAN İmzası olmalıdır. ASAN İmza SİM kartını mobil operatorların (Azercell, Bakcell, Nar Mobile) nümayəndəliklərindən əldə edib, vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə ASAN İmza sertifikatı ala bilərsiniz.
İşəgötürən tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi isə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur:
Qanun pozuntuları
Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə (Vergi Məcəlləsi, maddə 58.10) Daha ətraflı »Teqlər: Digər
-
20NoyXəbərlər TƏRTƏRDƏ KEÇİRİLƏN “BAYRAQ YÜRÜŞÜ”NDƏ İKİ MİNDƏN ÇOX İNSAN İŞTİRAK EDİB üçün şərhlər bağlıdır

Təhsil Nazirliyi Müdafiə Nazirliyi, “ASAN xidmət” və Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə Tərtərdə Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib. Yürüşün keçirilməsində məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
Yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, Milli Məclisin deputatları, “ASAN xidmət”in əməkdaşları, hərbçilər, Qarabağ müharibəsi veteranları, tanınmış ziyalılar, idmançılar, gənclər, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak edib. Yürüş iştirakçıları əvvəlcə Tərtər rayonunun mərkəzi meydanında Ulu Öndərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.
İki min nəfərdən çox insanın iştirak etdiyi yürüş Heydər Əliyev prospektindən Dövlət Bayrağı Meydanına qədər davam edib. Hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha ətraflı »Teqlər: Xəbərlər
-
20NoyXəbərlər BAŞ NAZİRİN MÜAVİNİ YENİ SALINMIŞ QƏSƏBƏDƏ üçün şərhlər bağlıdır

Layihəyə əsasən yaşayış məhəlləsində hər biri 4 mərtəbəli olmaqla 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-ni dörd-otaqlıdır. Yaşayış məhəlləsində yollara asfalt örtük salınıb, elektrik, su və qaz xətlərinin çəkilişi başa çatıb. Bütün infrastruktura malik məhəllədə məcburi köçkünlərin yaşayışı üçün hər cür şərait yaradılıb.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yaşayış məhəlləsinə baş çəkib, aparılan tamamlama işləri ilə maraqlanıb.
Baş nazirin müavini Tərtər Rayon İcra Hakimiyyətinin başçısı və tikinti şirkətlərinin rəhbərləri ilə birlikdə əvvəlcə yaşayış binalarındakı mənzillərdə yaradılan şəraitlə tanış olub. Bütün mənzillər təmirlidir və mətbəx mebelləri ilə təchiz edilib. Daha ətraflı »Teqlər: Xəbərlər
-
20NoyXəbərlər MONİTORİNQ İNSİDENTSİZ BAŞA ÇATIB üçün şərhlər bağlıdır

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər rayonu ərazisində, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.
Monitorinqdən əvvəl şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüşdə rayon rəhbəri nümayəndələrə təmas xəttindəki mövcud vəziyyət haqqında ətraflı məlumat verib.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan ərazilərimizdə isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç aparıblar.
Monitorinq insidentsiz başa çatıb.Teqlər: Xəbərlər
-
20NoyXəbərlər TƏRTƏRLİ MƏKTƏBLİLƏRİN QUBA-QUSAR-XAÇMAZ İSTİQAMƏTİ ÜZRƏ TUR-AKSİYASI üçün şərhlər bağlıdır

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici turak-siyaya Tərtər rayonunun məktəbliləri də qoşulublar. Rayonu təmsil edən 40 nəfər məktəbli noyabrın 11-14-də “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarında olublar.
Tərtər şəhərində rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə məktəblilərdən ibarət qrupun yola salınması mərasimi keçirilib.
Əvvəlcə şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, gənc nəslin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən danışıb, dövlət başçısının tapşırığına əsasən təşkil olunan aksiyanın məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını bildirib. Daha ətraflı »Teqlər: Xəbərlər
-
20NoyXəbərlər “AZƏRBAYCANIN İNTELLEKTUAL BİRİNCİSİ” LAYİHƏSİNİN SONUNCU TURNİRİ üçün şərhlər bağlıdır

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanın İntellektual Birincisi” layihəsinin sonuncu regional turniri Tərtər rayonunda keçirilib. Turnirdə Tərtər, Ağdam, Füzuli rayonlarının gənc intellektuallarından ibarət komandalar iştirak edib.
Açılış mərasimində Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov çıxış edərək iştirakçılara uğurlar arzulayıb. Sonra 4 intellektual oyuna (“Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar-tap”, “Vətəni Tanı”) start verilib. Tərtər rayonunda keçirilən regional seçim turunda “Nə? Harada? Nə zaman?”, “Vətəni tanı” intellektual oyunlarında Tərtər, “Xəmsə”, “Axtar-tap” intellektual oyunlarında Füzuli rayonunun gənc intellektualları qalib olublar.
Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.Teqlər: Xəbərlər
-
20NoyXəbərlər 2017-Cİ İLİN 9 AYINDA TƏRTƏR RAYONUNDA ÜMUMİ MƏHSUL BURAXILIŞI 99,8 FAİZ ARTIB üçün şərhlər bağlıdır
2017-ci ilin 9 ayı ərzində Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə ümumi məhsul buraxılışının həcmi 210 milyon 960,4 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışının həcmi 99,8 faiz artmışdır. Məhsul və xidmətlərin 77,6 faizi istehsal sahələrinin, 22,4 faizi xidmət sahələrinin payına düşmüşdür.
2017-ci ilin 9 ayında ümumi məhsul buraxılışının 107 milyon 718,6 min manatı və ya 51,1 faizi tikinti-quraşdırma işlərinin, 52 milyon 117,5 min manatı və ya 24,7 faizi kənd təsərrüfatının, 44 milyon 810,1 min manatı və ya 21,2 faizi ticarət sektorunun, 3 milyon 911,5 min manatı və ya 1,9 faizi sənaye sektorunun,1 milyon 974,4 min manatı və ya 0,9 faizi nəqliyyat sektorunun, 428,3 min manatı və ya 0,2 faizi informasiya və rabitə sektorunun hesabına formalaşmışdır.TƏRTƏR RAYON
STATİSTİKA İDARƏSİTeqlər: Xəbərlər
-
20NoyMilli-mənəvi dəyərlər 28 noyabr Həsən bəy Zərdabinin anım günüdür üçün şərhlər bağlıdır
MAARİFÇİ VƏTƏNPƏRVƏR
Böyük Azərbaycan ziyalısı və müəllimi, milli mətbuat və teatrımızın banisi, Vətənimizdə qadın təhsilinin ilk carçılarından biri olan Həsən bəy Zərdabi 1842-ci ildə Şamaxı quberniyası Göyçay qəzasının Zərdab kəndində ziyalı bəy ailəsində doğulmuşdu. Həsən bəy 7-8 yaşlarından mədrəsədə oxusa da ilahiyyata maraq göstərməmişdi. Atası Səlim bəy balaca Həsəni 1852-ci ildə Şamaxıdakı ibtidai rus məktəbinə qoyur. Həsən bəy burada öz bilik və bacarığı ilə hamının diqqətini cəlb edir. Buraxılış imtahanında öz istedadı ilə Qafqaz Təhsil idarəsi müdirini heyran qoyan Həsən bəy onun təqdimatı ilə dövlət vəsaiti hesabına 1-ci Tiflis gimnaziyasına qəbul edilir. 1861-ci ildə oranı müvəffəqiyyətlə bitirdikdən sonra Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət elmləri şöbəsinə daxil olur. Qısa vaxtda uğurlarına görə dövlət təqaüdçüsü statusuna yiyələnir. 1865-ci ildə oranı namizəd diplomu ilə bitirən ilk azərbaycanlı olur. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər


Yeni ismarıclar