2018-ci İLDƏ SAHİBKARLAR TƏRƏFİNDƏN TƏRTƏR RAYONUNUN İQTİSADİYYATINA 2795 MİN MANAT HƏCMİNDƏ İNVESTİSİYA QOYULMUŞDUR
İlkin məlumata əsasən 2018-ci ildə Tərtər rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 38234.6 min manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 72,7 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 36326,8 min manatı və ya 95 faizi tikinti quraşdırma işlərinə yönəldilmişdir.
Əsas kapitala yönəldilmiş investisiyanın 33 milyon 839,6 min manatı və ya 88,5 faizi dövlət mülkiyyətinə məxsus müəssisələr 4 milyon 395 min manatı və ya 11,5 faiz qeyri-dövlət sektoru müəssisə və təşkilatlar tərəfindən yönəldilmişdir. 2018-ci ildə sahibkarları tərəfindən Tərtər rayonunun iqtisadiyyatına 2795 min manat həcmində investisiya qoyulmuşdur. Daha ətraflı »


QAYĞIKEŞLİYİN ƏYANİ TƏZAHÜRLƏRİ
Yaranma tarixi-27.01.1934-ci il. Ərazisi-960 kv.km. Əhalinin sayı-103,6 min nəfər (1 yanvar 2018-ci il.) Əhalinin sıxlığ 1 kvadratkilometrə 108 nəfər (1 yanvar 2018-ci il) Şəhərlərin sayı–2. Qəsəbələrin sayı-1. Kəndlərin sayı-74. Bələdiyyələrin sayı–25. İqtisadi rayon-Yuxarı Qarabağ. Tərtər rayonu ilə Bakı arasında olan məsafə -332 km.
Tərtər rayonunda 2018-ci il 36 milyon 326,8 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 8 milyon 128,6 min manatlıq əsas fondlar istifadəyə verilib.
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Səhlabad kəndində oldu.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tillerə Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına imkan vermir. 
Tərtər rayonunda “Gənclər Günü”nə həsr olunmuş ümümrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq, onun əziz xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilərin əl işlərindən ibarət sərgiyə baxılıb.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi rayon icra hakimiyyəti ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının yeddinci ildönümü münasibəti ilə tədbir keçirdi. Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Bərdə nümayəndəliyinin rəhbəri Gerardo Moloeznik Tərtər rayonunda səfərdə olub. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşən Gerardo Moloeznik təşkilat tərəfindən 2018-ci il ərzində Tərtər rayonu ərazisində görülən işlər barədə məlumat verib, 2019-cu ildə nəzərdə tutulan tədbirləri rayon rəhbəri ilə müzakirə edib.
Yeni ismarıclar