Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Fev

    Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Bərdə nümayəndəliyinin rəhbəri Gerardo Moloeznik Tərtər rayonunda səfərdə olub. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşən Gerardo Moloeznik təşkilat tərəfindən 2018-ci il ərzində Tərtər rayonu ərazisində görülən işlər barədə məlumat verib, 2019-cu ildə nəzərdə tutulan tədbirləri rayon rəhbəri ilə müzakirə edib.
    Görüşdə rayon rəhbəri Tərtər rayonunun düşmənlə 48 kilometr təmas xətti olduğunu, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin tez-tez pozulması nəticəsində rayonun dinc sakinlərinin xəsarət aldığını, mülki əhalinin şəhid olduğunu, inzibati və yaşayış binalarına, əkin sahələrinə ciddi ziyan vurulduğunu bildirib.
    Qeyd olunub ki, ermənilər tərəfindən işğal altında saxlanılan Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı suvarma dövründə kəsilir ki, bu da kənd təsərrüfatına ciddi ziyan vurur. Qış fəslində isə üzdəniraq qonşularımız suyu açaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olurlar. Çaylar vasitəsi ilə rayon ərazisinə partladıcı maddələr də axıdılır. Sahələrdə əkin işləri ilə məşğul olan insanların atəşə tutulmasına görə sakinlərin məcburiyyət qarşısında təsərrüfat işləri ilə gecə saatlarında məşğul olmasını da diqqətə çatdırıb.
    Qonaq səmimi qəbula və ətraflı məlumata görə rayon rəhbərinə öz minnətdarlığını bildirib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:29

    Teqlər:

İsmarıclar bağlıdır.