Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,051
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Avq
    Digər, Xəbərlər “YENİ TƏRTƏR”ÇİLƏR DÜNƏN VƏ BU GÜN üçün şərhlər bağlıdır

       

  • 20Avq
    Digər Kövrək xatirələr üçün şərhlər bağlıdır

                                                                KİM YAŞAMAQ İSTƏYİR?…

    Qəbiristanlıq…
    Sinif otağı kimi sakit.
    Elə bil kimsə sual verib
    Dinc qoymayıb dilini:
    “Kim yaşamaq istəyir?”.
    Hamı əlini qaldırıb,
    Başdaşına dönmüş əlini.
    Vaqif İbrahimin “Yaşamaq eşqi” şeirini kövrələ-kövrələ deyərdi həmişə. Yumşaq təbiətli, kövrək, poeziyanı sevən bir insan idi. Ömrünün ixtiyar çağında da valideynlərindən danışanda uşaq kimi kövrələrdi.
    Uzun illər Nəsirov Əvəz Abdulla oğlu ilə bir otaqda oturub işləmişik. Yaşamaq eşqi güclü, əhval-ruhiyyəsi nikbin idi. Onun özünəməxsus xüsusiyyətləri var idi. Sovet dönəmində SSRİ Jurnalistlər İttifaqının üzvü olmuş, bu rejim dağılandan sonra da həmin döş nişanını pencəyinin yaxasından çıxarmırdı. Daha ətraflı »

  • 20Avq
    Digər FÜZULİ VƏ ÇƏBRAYIL RAYONLARININ İŞĞALI üçün şərhlər bağlıdır

                                                                      FÜZULİ RAYONU

    Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni-rus hərbi birləş-mələri tərəfindən işğal edilib. Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.
    Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə Füzulili döyüşüb, Daha ətraflı »

  • 20Avq
    Digər QUBADLI RAYONUNUN İŞĞALI üçün şərhlər bağlıdır

    Qubadlı rayonunun işğalından 27 il keçir. Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. İşğal nəticəsində rayonun 826 kv.km ərazisi, habelə 93 kəndi, 13,2 min hektar meşə zolağı düşmənin nəzarətinə keçib.
    Erməni işğalı nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini yurd-yuvalarından didərgin düşmüş, respublikanın 2 şəhərində və rayonlarında da məcburi köçkün kimi məskunlaşmışdır.
    Müharibə nəticəsində Qubadlı rayonundan 40 nəfəri qadın, 4 nəfəri uşaq, 53 nəfəri isə 60 yaşdan yuxarı Daha ətraflı »

  • 15Avq
    Digər SERBİYA VƏ RUSİYANIN ERMƏNİSTANA OLAN HƏRBİ DƏSTƏYİ AZƏRBAYCAN İCTİMAİYYƏTİ TƏRƏFİNDƏN BİRMƏNALI QARŞILANMIR üçün şərhlər bağlıdır

    Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub. 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Eyni zamanda bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir. Ermənistan bu günə qədər təhlükəsizlik sahəsində əməkdaşlığı əsasən Rusiya və KTMT-yə üzv olan Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikıstan ilə inkişaf etdirməyə çalışır. Ermənistanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi yüksək olmayıb.

    Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” (BICC) təşkilatının hazırladığı “Global Militarisation Index’” məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərbçi sayı, Ümumi Daxili Məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınıb.

    Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı əvvəlcədən hazırladığını göstərən faktlardan biri odur ki, döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib. Serbiyanın hərəkətləri Azərbaycan cəmiyyətində anlaşılmazlığa və birmənalı olmayan reaksiyalara səbəb oldu. Başqa cür ola bilməzdi. Həqiqətən də, çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərdi. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Daha ətraflı »

  • 10Avq
    Digər Rayonumuzun tarixində izi qalan insanlar üçün şərhlər bağlıdır

                                                        SELEKSİYAÇI MAHMUD DAYI

    2020-ci ilin ilk aylarından yaranmış psixoloji gərginlik–pande-miyanın yayılması sanki xeyrimi-zişərimizi urvatsız hala gətirdi. Hətta bir-birimizlə münasibətdə ehtiyatlılıq yaratdı. Hər an, hər yerdə yoluxma qorxumuzu artırdı. Nə toy etmək arzusunda olan toy edə bildi, nə də yas mərasimi düşən ölüsünə urvatlı yas verə bildi. Qəfləti yaranan bu bəla sanki bütün fikirləri qarışdırıb, insanları çaş-baş saldı. Bütün xeyirşər məclisləri dayandırıldı, əlamətdar günlər, ad günləri üçün təşkil olunan kiçik məclislər belə keçirilmədi. Günlər adiləşdi, özü də necə adiəşdi?…
    Belə adi günlərin birində telefonuma bir zəng gəldi.
    Tanıdığım, hörmətini saxladığım insanlardan biri olan Tərtər şəhər 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova hal-əhval tutduqdan sonra bu günlərdə dünyasını dəyişmiş bir həmyerlimiz haqqında xeyli yana-yana danışdı. Xahiş etdi ki, əgər rayon qəzetimizdə onun haqqında bir məqalə çap olunarsa, o insanın ruhunu sevindirmiş ola-rıq, ona hörmət əlamətimiz olar–dedi.
    Rəhmətə gedən həmyerlimiz rayonumuzun tanınmış ziyalısı haqqında yazmaq mənim üçün bir şərəf işi olduğunu söyləyərək, onu redaktor Tofiq müəllimin bilməsi və razılığı ilə yazılması daha yaxşı olar dedim. Daha ətraflı »

  • 10Avq
    Səhiyyə Tibb mütəxəssisinin fikirləri üçün şərhlər bağlıdır

                                                                  KORONAVİRUS NƏDİR?

    Koronavirus nədir və ona qarşı necə mübarizə aparmaq lazımdır?
    Hazırda dünyada yayılan koronavirus yeni bir infeksiya deyil. Bu xəstəlik ilk dəfə 2012-ci ildə aşkarlanıb. Alimlər mikroskop altında baxarkən nüvənin ətrafında zülal və lipidlərin tac əmələ gətirdiyini görüblər. “Korona” latın sözü olub, tac deməkdir. Koronavirus kəskin infeksion virus infeksiyasıdır, əsasən antroponozdur, yəni insanlar xəstələnirlər. Lakin buna baxmayaraq, infeksiyanın mənbəyi heyvanlar, quşlar da ola bilirlər. Xəstəlik əsasən yuxarı tənəffüs yollarını zədələyib kəskin ağır formalı pnevmoniya əmələ gətirir.
    Virusların ölçüləri 120-160 nanometrdir, onlar ətraf mühitə qarşı dözümsüzdürlər, asanlıqla məhv olurlar, açıq sahələrdə iki saat yaşamaq qabiliyyətləri var. Daha ətraflı »

  • 10Avq
    Səhiyyə KORONAVİRUSLA BAĞLI TÖVSİYYƏLƏR üçün şərhlər bağlıdır

    1. Özünüzü və başqalarını xəstəlikdən qo-ruyun
    Əllərinizi yuyun:
    -öskürdükdən və asqırdıqdan sonra
    -xəstələrə qulluq edərkən
    -yemək hazırlayarkən, əvvəl və sonra
    -yeməkdən əvvəl
    -tualet istifadəsindən sonra
    -əllər vizual olaraq çirkli göründükdə
    -heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra Daha ətraflı »

  • 10Avq
    Digər Milli mənəvi dəyərlərimizi qoruyaq! üçün şərhlər bağlıdır

                                                                          QONŞULUQ

    Ta qədimdən bizim milli-adət-ənənələrimizdə qonşuluq mühüm yer tutur. Qonşuluqla bağlı çoxlu sayda xalq arasından çıxma atalar sözləri də vardır. “Ən yaxın qohumun kimdir?”, soruşulanda cavab: “Ən yaxın qonşum” deyilib. “Qonşunu 2 inəkli istə ki, özün 1 inəkli olasan”. “Uzaq qohumdansa yaxın qonşu yaxşıdır”. “Qonşu qonşu olsa, bağ çəpəri neyləyir?” və s. bu qəbildən olan çoxlu atalar sözləri bu günümüzədək gəlib çıxmışdır.
    Yaxşı yadımdadır, böyüklərimiz söyləyərdilər ki, qonşu-qonşunun malına xor baxmaz. Bir qonşunun bağının meyvəsi digərinə tökülsə də əl vurmazdılar. Deyərdilər ki, nə olsun bizim bağda bitib, əgər o qonşuya keçibsə artıq onun sayılır. Qonşuya tərəf əyilən budağın meyvəsini yığmağı ayıb bilərdilər.
    Yadıma bir qədər əvvəlin qonşuları düşdü. O zamanların böyüklərinin də, kiçiklərinin də qonşular haqqında düşüncə tərzi sanki fərqli idi. İnsanların bir-birinə qarşı hörməti, mərhəməti çox idi. Qonşular arasında bu günkü reallıq-ların nümunəsi olan hündür hasarlar yoxuydu. Sanki indiki bu hündür hasarlar yaxşı nə varıydısa hamısına son qoydu, inamı, etibarı azaltdı. Elə bil qonşular arasındakı əvvəlki mehribançılığı şübhələr, bir az da paxıllıq və qısqanclıq əvəz etdi. Daha ətraflı »

  • 10Avq
    Səhiyyə Həkim məsləhəti üçün şərhlər bağlıdır

                                                                        ALLERGİYA NƏDİR?

    Allergiya-immun sisteminin adətən zərərsiz maddələrə belə göstərdiyi kəskin reaksiyadır. O, ciddili-yindən asılı olaraq bədənin müxtəlif yerlərində yarana, bir neçə gündən bir neçə saata qədər davam edərək müşahidə oluna bilər.
    Allergiya bəzi heyvan növlərinin tüklərinə, müxtəlif ərzaqlara, toza, dərman preparatlarına, kimyəvi məhsullara, həşərat sancmalarına və çiçək tozlarına qarşı yarana bilər. Allergiyaya səbəb allergen adlı maddələrdir. Bəzən allergiya hətta o qədər zəif ola bilər ki, siz hətta allergiyadan əziyyət çəkdiyinizi hiss edə bilməzsiniz. Lakin bəzi hallarda isə allergiya dediyimiz həyat üçün çox təhlükəli hal yarada bilər. Daha ətraflı »