14Yan
Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli Bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub.
10 noyabr üçtərəfli Bəyanatının videoformat şəklində imzalandığını və bununla bağlı təmasların telefon danışıqları ilə baş tutduğunu nəzərə alsaq, bu, Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi.
Azərbaycan Rusiyanın tərəfdaşlıq və mehriban qonşuluq jestlərini qiymətləndirərək görüşdə iştiraka razılıq verib. Daha ətraflı »
11Yan
Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videoformatda keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə zamanı deyib.
Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır.
Azərbaycanın dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır. Bu Qələbə tarixdə əbədi qalacaq. Bu Qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin sözü ilə əməli arasında heç bir fərq yoxdur. Daha ətraflı »
08Yan
Özünəməxsusluğun və milli dəyərlərin qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji prioritetlərdəndir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub.
Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir.
Azərbaycan muğamı xalqın milli sərvətidir. Mövcud istiqamətdə UNESCO ilə əməkdaşlıq qarşılıqlı maraqlar əsasında davam etdirməlidir.
Mədəniyyət sahəsində strateji fəaliyyət istiqamətləri bunlardır: mə-dəni irsin qorunması, Azərbaycan mədəniyyətinin dünyada təbliği, gənc nəslin milli ruhda tərbiyə olunması, istedadlı mədəniyyət xadimlərinin mükafatlandırılması zamanı obyektivliyin gözlənməsi, tarixi abi-dələrin qorunması, yararsız vəziyyətdə olan mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişinin aparı-lıb yenidən siyahıya alınması, azad edilmiş Daha ətraflı »
08Yan
Pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağın və digər neft məhsullarının qiymətinə də təsir edir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14% artım deməkdir: Daha ətraflı »
08Yan
İCRA BAŞCISI ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRLƏ GÖRÜŞDÜ
44 günlük Vətən müharibəsində Tərtər rayonuna 16277 mərmi, 21 raket düşüb. Rayon 40 hərbi, 17 mülki şəhid verib. 200-ə yaxın həmyerlimiz qazi olub, 3 nəfər isə itkin düşüb.
Tərtərə düşən mərmilər nəticəsində minlərlə fərdi yaşayış evləri dağılıb, ictimai binalara, sosial obyektlərə ziyan dəyib. Bunlara baxmayaraq, tərtərlilər böyük vətənpərvərlik və təəssüb göstərərək öz yurd-yuvalarından ayrılmamışlar
Yeni il ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov rayon polis şöbəsinin rəisi Elçin Qasımov ilə birlikdə 128 şəhid və qazi ailəsində olub, onların qayğıları ilə maraqlanıb, problemlərinin yerində həll olunmasına köməklik göstərib, şəhid və qazi ailələrinə bayram sovqatları veriblər.
08Yan
Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı rayon ərazisində yerləşən çoxmənzilli yaşayış binalarında və küçələrdə dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir. Bu tədbirlərin tərkib hissəsinin əsasını epidemiyaya qarşı mubarizə təşkil edir. Rayonda vaxtaşırı olaraq vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, bu təhlukəli xəstəliyin fəsadları izah olunur, onun qarşısının alınması üçün göruləsi vacib profilaktik tədbirlər, gigiyenik qaydalar haqqında məlumatlar verilir. Vaxtaşırı reydlər keçirilir, əhalinin qoruyucu vasitələrdən istifadə etmələri, ara məsafəsi saxlamaları və tez-tez dezinfeksiyaedici maddələrdən istifadə etmələri ön plana çəkilir
08Yan
08Yan
Müharibə ilə əlaqədar əlillik təyinatı aparılanlar:
1.ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar (ARƏBM)
2.hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar (HXVYY)
Müharibə ilə əlaqədar əlillik təyinatı üçün tələb olunan sənəd:
Xəstəlik haqqında Şəhadətnamə- hərbi-həkim komissiyaları tərəfindən rəsmiləşdirilir və xəstəliyin, yaralanmanın və zədənin yuxarıdakı səbəblərdən biri ilə əlaqəsini təsbit edir.
Göndəriş (forma 88) – öncəki sənəd əsasında müharibə səbəbilə göndəriş rəsmiləşdirilir (elektron) və şəxsin orqanizminin sağlamlıq vəziyyəti, müalicələr, müayinələr və digər tibbi məlumatlar qeyd edilir.
Müraciət edilən dövlət qurumu:
Xəstəlik haqqında Şəhadətnamə üçün- Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası və ya digər hərbi həkim komissiyaları (xidmət keçdiyi orqandan asılı olaraq).
Göndəriş (forma 88) üçün – şəxsin qeydiyyatda olduğu və yaxud xidmət keçdiyi qurumun tibb müəssisəsi tərəfindən rəsmiləşdirilir. Daha ətraflı »
08Yan
QIŞ FƏSLİNİN XƏSTƏLİKLƏRİ
Havaların kəskin soyuması özü ilə bərabər bəzi mövsümi xəstəlikləri də gətirir. Bu zaman xroniki xəstəliklər daha da kəskinləşməyə başlayır. Soyuq hava şəraiti angina, bronxial-astma və digər xəstəliklərin yayılmasına münbit şərait yaradır. Bəzən bir çoxumuz yaranan xəstəliklərə etinasız yanaşırıq. Amma unutmayaq ki, bu xəstəliklər insanların normal əmək fəaliyyətinə mane olan əsas amillər sırasında birinci yerdə dayanır.
Payızın son günlərində havaların soyuması immuniteti zəif olan orqanizmlər üçün daha təhlükəli hesab edilir. Ümumiyyətlə, fəsi l dəyişkənliyinə hər orqanizm fərqli reaksiya verir.
Əgər insan tam sağlamdırsa, bunun ona hər hansı təsiri olmur. Amma sağlamlığında problem yaşanan, immun sistemi zəif olanlar tez bir zamanda bu dəyişkənliyə reaksiya verirlər. Bəs soyuq qış aylarında xəstəliklərdən necə qorunmaq olar? Daha ətraflı »
08Yan
Payız-qış mövsümü COVID-19 pandemiyası dövründə bir qədər problem yarada bilər.
Hazırda Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır. Buna baxmayaraq, qarşıda bizi soyuq fəsil gözləyir. Payız-qış mövsümü gəlir. Bu mövsümdə respirator, tənəffüs yolu ilə yoluxan xəstəliklər, hava-damcı xəstəlikləri çoxalır. Ona görə də payız-qış mövsümü COVID-19 pandemiyası dövründə bir qədər problem yarada bilər. Belə ki, COVID-19 xəstəliyinə hər hansı bir respirator xəstəliyin qoşulması gözlənilə bilər. Bu, ilk növbədə qrip xəstəliyidir. Bu səbəbdən hazırda qrip əleyhinə vaksinasiya daha çox aktuallaşır.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib. Daha ətraflı »
Yeni ismarıclar