Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Yan

    Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi.

    Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videoformatda keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə zamanı deyib.

    Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır.

    Azərbaycanın dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi  qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır. Bu Qələbə tarixdə əbədi qalacaq. Bu Qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin sözü ilə əməli arasında heç bir fərq yoxdur.

    Biz tarixi ədaləti bərpa etdik. Biz bütün dünyaya gücümüzü göstərdik.  Azərbaycan müharibə aparılmasını tənzimləyən konvensiyalara, beynəlxalq humanitar hüquqa əməl edərək Ermənistan ərazisinə girmədi, dünyaya ədalətli,əxlaqlı orduya malik olduğunu göstərdi.

    Sülhməramlı qüvvələrin funksiyası noyabrın 10-da təsbit edildi. Biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. Sülhməramlıların humanitar işlərlə məşğul olması imzalanmış bəyanatda  təsbit edilməsə də, Azərbaycan buna göz yumur.  Çünki  orada insanlar yaşayır,   müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın.

    2020-ci ilin fevral ayında keçiirlmiş parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addımdır. Parlamentin rəhbər orqanları yeniləndi, rəhbərliyə yeni insanlar gəlib.

    Keçən il partiyaların böyük əksəriyyəti bizim təşəbbüsümüzə müsbət cavab verərək siyasi dialoqa qoşuldular. Hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir.

    Siyasi dialoqda  iştirak etməyən dəstə xain, satqın ünsürlərdən ibarətdir. Təəssüf ki, antimilli qüvvələr  öz xain, satqın missiyalarını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb. 1990-cı illərin əvvəllərində yürüdülmüş  yanlış siyasət və bu siyasətin fəsadları  orta məktəb, ali məktəb dərsliklərinə salınmalı, gənc nəsil Şuşanı, Laçını, Xocalını, Kəlbəcəri satanları, fərarilik edənləri, torpaqlarımızın itirilməsinə imkan yaradanları tanımalıdır.

    Kadr islahatları aparılıb. Nazirlər Kabinetində rəhbərlik dəyişdirildi. Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında rəhbərlik dəyişdirildi. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmağa başlanmışdır.

    Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında 28-ci yerdədir, 10 ən islahatçı ölkə sırasındadır.
    Azərbaycan yeni ilə digər ölkələrə nisbətən  daha az itkilərlə çıxıb, iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb. Şaxələndirmə sayəsində qeyri-neft sənayesi 11 faizdən çox artıb. Kənd təsərrüfatı 2 faiz artıbdır və daha da çox artacaq. Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıbdır.

    Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına evlər veriləcəkdir. Köçkünlər, yəni, keçmiş köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək.Məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilir. İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərin yaxınları bu evlərdə yerləşdirilməlidir.

    İşğaldan azad olmuş bütün ərazilərin, şəhərlərin bərpası ilə əlaqədar vahid konsepsiya olmalıdır. Hər şəhər üzrə vahid konsepsiya olmalıdır. Azad olunmuş bütün şəhərlərdə memorial komplekslər, Zəfərimizi əks etdirən abidələrlə bərabər, işğal muzeyləri də yaradılmalıdır. Azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələri kənd təsərrüfatı, kənd təsərrüfatı emalı, turizm  və dağ-mədən sahələri olacaqdır. Azad edilmiş torpaqların potensialından ərzaq təhlükəsizliyi və ixrac potensialının artırılması üçün istifadə olunacaq. Azad edilmiş torpaqlarda ilkin infrastruktur layihələrinin icrası artıq başlamışdır. Birinci layihə Şuşa şəhərinə yol layihəsidir.  Digər vacib layihə  çox çətin relyefdən keçən Toğanalı – Kəlbəcər yoludur. İki beynəlxalq aeroport Qarabağ zonasını bərpa etmək, yüklərin daşınması, turizmin inkişafı üçün bizə kömək göstərəcək.

     

    Müəllif: Redaktor, 09:26

İsmarıclar bağlıdır.