İCRA BAŞCISI ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRLƏ GÖRÜŞDÜ
44 günlük Vətən müharibəsində Tərtər rayonuna 16277 mərmi, 21 raket düşüb. Rayon 40 hərbi, 17 mülki şəhid verib. 200-ə yaxın həmyerlimiz qazi olub, 3 nəfər isə itkin düşüb.
Tərtərə düşən mərmilər nəticəsində minlərlə fərdi yaşayış evləri dağılıb, ictimai binalara, sosial obyektlərə ziyan dəyib. Bunlara baxmayaraq, tərtərlilər böyük vətənpərvərlik və təəssüb göstərərək öz yurd-yuvalarından ayrılmamışlar
Yeni il ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov rayon polis şöbəsinin rəisi Elçin Qasımov ilə birlikdə 128 şəhid və qazi ailəsində olub, onların qayğıları ilə maraqlanıb, problemlərinin yerində həll olunmasına köməklik göstərib, şəhid və qazi ailələrinə bayram sovqatları veriblər.