8 NOYABR-ZƏFƏR GÜNÜ
Noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı kimi qalacaqdır. İşğal altında olan torpaqlarımızın düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlanan İkinci Qarabağ – Vətən Müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı. 44 günlük müharibə nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi azad edildi. Noyabrın 8-də Prezidentimiz, Ali Baş Ko-mandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini xalqımıza verdi. Bundan sonra imzalanan üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əldə olunan razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz Azərbaycana qaytarıldı. Bununla da xalqımızın 30 illik həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü, süverenliyi bərpa edildi, ədalət yerini tapdı. İnsanlar öz doğma yurd-yuvalarına qayıdacaqlar.
8 noyabr. Bu tarix bizim üçün əzizdir, bizim üçün bayramdır, bizim Zəfər Günümüzdür! Çünki, Azərbaycan Respublikası 44 günlük Vətən müharibəsi-nin sonunda zəfər çalan tərəf oldu. Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” ifadəsi gerçəkləşdirildi. Bu yolda neçə-neçə qəhrəman igid oğullarmız şəhid oldu, yaralandı, Vətən uğrunda qanından-canından keçdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin! Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. Daha ətraflı »


44 günlük Vətən müharibəsi xalqımızın böyük sevinclə xatırlayacağı, qürurlu bir gündür. Həmin günlər insanlar müharibənin tələblərinə uyğunlaşmış və hərə müsəlləh bir əsgər olmuşdur. Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi çoxəsrlik tarixə malik Azərbaycan dövləti bugünkü kimi heçvaxt güclü olmamışdır. Məhz bu günlərin ən bariz nümunəsi ordu və xalqın birliyi, vəhdəti olmuşdur. Ön cəbhə ilə arxa cəbhə inanılmaz birlik göstərərək babalarımızdan bizə əmanət olan torpaqlarımızı “qara donlu kafirlər”dən təmizləmişdilər. Ölümün gözünə dik baxan mərd oğullar 30 illik işğala son qoyub, Azərbaycan xalqının gücünü və qüdrətini bütün dünyaya bəyan etdilər. Sübuta yetirdilər ki, qəsbkar düşmənin arxasında nə qədər güclər, qüvvələr olursa-olsun, yenə də polad iradəli xalqın qarşısında duruş gətirə bilməzlər. Xalqımıza bu gücü verən torpağa bağlılıq, vətənə sevgi və düşmənə isə nifrət hissi oldu. Vətən sevgisinin qarşısında beton sədlər duruş gətirə bilmədi. 
Azər Qasımov 1979-cu ildə Tərtər rayonunun Ələsgərli kəndində doğulub. Ailədə 2 qardaş bir bacı olublar. Azər ailənin böyük övladı idi. Orta təhsilini həmin kəndin məktəbində bitirdikdən sonra hərbi xidmətə yollanmışdı. Əsgəri borcunu Gədəbəy rayonunda çəkib. Hərbi xidmətdən sonra bir müddət Rusiyada yaşamalı olub. Sonra doğma kəndə qayıdaraq orada yaşayır. 2013-cü ildə müddətdən artıq hərbi xidmətə yazılır. Ağdam ra-yonunda “N” saylı hərbi hissədə sürücü kimi fəaliyyət göstərir. Hərbi hissədə müxtəlif markalı avtomobillər idarə edib.
Övladı anadan yaxşı ayrı kimsə tanıya bilməz. Ailədə uşaqların sayına baxmayaraq, bütün analar övladın hər birinin ağıllı, tərbiyəli, xalq üçün yararlı olmasını arzulayır.Və hər bir uşağın xasiy-yətini anadan yaxşı bilən yoxdur. Pərvanə ana da belə analardandır. Onun ailəsində 3 övlad böyüyüb – 2 oğlan, 1 qız. Ruslan ailənin kiçik övladıydı. O, üzüyola, qayğıkeş övlad idi. Böyüklə böyük, kiçiklə kiçik kimi davranırdı. Boya-başa çatdığı Tərtər rayonunun Ələsgərli kəndində tay-tuşları arasında xətir-hörməti vardı. Kənddə kimsənin ondan narazılığı yoxuydu. Hər dəfə aylıq əmək haqqını alanda imkansızlara əl tutardı. Ehtiyacı olanın ehtiyacını təmin etməyə çalışardı.
Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz.
Oğurluğun maddi və mənəvi zərərləri, bu hadisəyə görə insanların duyduğu iztirablar, keçirdiyi qorxu və təşvişlər yəqin ki, hər bir insan üçün eynidir. Oğurluq hadisəsi sadəcə hər hansı bir malın oğurlanması deyil, həm də insanların zəhmətinin, əməyinin, alın tərinin, illərinin oğurlanması kimi də başa düşmək olar.
Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsr-də də qlobal problemler sırasında qalmaqdadır. Narkomanlığın tarixi çox qədimdir. Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarının qənimi kimi qavranılmış, xaşxaş qozasından alınan şirə (tiryək) isə həmişə tibbi məqsədlər üçün istifadə edilmişdir. Ümumiyyətlə, BMT-nin hesablamalarına görə, bu gün dünyada təqribən 250 milyona yaxın insan narkotiklərdən bu və ya digər formada əziyyət çəkir. Bu 15-64 yaş üzrə dünya əhalisinin təqribən 5 faizini təşkil edir. Narkomanlıq narkotik zəhərlərdən psixi asılılıq yaradan xəstəlikdir. Bu, xəstəliyə tutulmuş şəxslər özlərini cəmiyyətdən təcrid edirlər. Bu da onların ətrafdakı insanlara münasibətini dəyişir. Belə insanlara cəmiyyətin hər bir təbəqəsində rast gəlmək olur.
Oktyabrın 26-da Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Vətən müharibəsi Azərbaycan tarixi üçün bir oyanış oldu. Bu oyanış tariximizin şanlı səhifələrindən birinə çevrildi. Bir il bundan əvvəl Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətlə apardığı mübarizə Qarabağda yenidən həyatın başlanmasının əsasını qoydu.
Azərbaycan tarixinin ən şərəfli, ən sevincli günlərini yaşayır. Artıq “Qarabağ münaqişəsi” deyilən bir termin tarixə qovuşub və işğaldan azad olunan ərazilərimizin ildönümləri qeyd olunur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz təmin olunub.
Yeni ismarıclar