Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,051
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Apr
    Hərbi vətənpərvərlik Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, dö-yüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş tərtərli igidlərin ailələrinə və Vətən müharibəsi iştirakçılarına medalların təqdimetmə mərasimi keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, şəhidlərin ailə üzvləri, qazilər, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Rayon rəhbəri Vətənə layiqli oğullar verdiklərinə görə şəhid ailələrinə, vətən üçün öz sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib.
    Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif olunmuş 3 nəfər tərtərli şəhidin medalları ailə üzvlərinə, 33 nəfər müharibə iştirakçısının medalları isə özlərinə təqdim olundu.
    Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

  • 29Apr
    Hərbi vətənpərvərlik Şəhidlər bu xalqın övladlarıdır üçün şərhlər bağlıdır

    Məktəbimizdə Vətən Müharibəsi şəhidlərinin xatirəsi həmişə əziz tutulur, ehtiramla yad edilir. Onların həyat yolunun və döyüş fəaliyyətinin daha yaxından öyrənilməsi məqsədi ilə artıq bir neçə sinfə şəhidlərimizin adları verilib. Belə ki, siniflərdən biri məktəbimizin məzunu Qubad Hacıyevin, biri isə əslən Qubadlı rayonundan olan Fərrux Həşimovun adını daşıyır. Bu yaxınlarda isə 4 “v” sinfinə Aprel şəhidi Nicat İskəndərovun adı verilib.
    Bu münasibətlə keçirilən tədbirdə şəhidlərin valideynləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Nicat İskəndərovun anası Maya xanım məktəbin müəllim və şagird kollektivinə minnətdarlığını bildirib. O deyib ki, ölkəmizdə şəhid ailələrinə, qazilərimizə daim böyük diqqət və qayğı göstərilir. Rayonumuzda da şəhidlərimizin hər birinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ardıcıl işlər görülür. Bu səbəbdən də şəhid ailələri heç zaman özlərini tək hiss etmirlər. Əgər əvvəllər bizim övladlarımız yalnız bir ailənin oğlu idisə, indi xalqın övladlarıdır. Biz bunu hər addımda görür və övladlarımızla qürur duyuruq. Arzu edirik ki, bu sinfin və ümumiyyətlə Yer üzünün bütün uşaqları sülh və əmin-amanlıq şəraitində böyüsünlər, yaxşı oxusunlar, həyatda qazandıqları uğurları ilə valideynlərini sevindirsinlər.
    Məktəbin direktoru İntiqam Nuriyev, 4 “v” sinfinin müəllimi Aliyə Balakişiyeva və başqaları çıxış edərək şəhidin qısa, lakin mənalı həyat yolu barədə danışıblar.
    Şagirdlərin ifasında şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

    Ziyafət Rüstəmova,
    şəhər 1 saylı tam orta məktəbin direktor
    müavini

  • 29Apr
    Hərbi vətənpərvərlik Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

                                                    VƏTƏN MÜHARİBƏSİNİN TƏRTƏR ŞƏHİDLƏRİ

    3 gündə 3 düşmən tankını məhv etdi

    Baş çavuş Aslan Hüseynov 1988-ci ilin oktyabr ayının 6-da Rusiyanın Orenburq vilayətində dünyaya göz açıb. Sonradan ailə yenidən Azərbaycana qayıdıb. O zaman artıq ermənilərin azərbaycanlılara qarşı torpaq iddiaları başlamışdı. Onun bütün uşaqlığı bu dövrə təsadüf etmişdi.
    2006-cı ildə Qaradağlı kənd orta məktəbini bitirən Aslan həmin il hərbi xidmətə yollanır və əsgərliyini Bakı şəhərində keçir. Komandirləri onun hərbiyə olan marağını yüksək qiymətləndirir və bu sahədə hazırlığını artırmağı tövsiyə edirlər. 2008-ci ildə həqiqi hərbi xidmətini başa vuran gənc 2014-cü ildə yenidən orduya qayıdır və öz qərarını valideynlərinə belə izah edir:
    – Torpaqlarımız işğal altındadır. Bu işğala son qoymaq üçün hər birimiz çalışmalıyıq. Mən bilirəm ki, hərbi sahədə Vətənimə daha çox xeyir verəcəyəm.
    O, yalnız xidmət etmirdi, həm də öz üzərində ciddi çalışır, müxtəlif kurslarda hərbi biliklərini artırırdı. Bununla bağlı evlərində sertifikatlar, təşəkkürnamələr qorunub saxlanılır. Deyirlər ki, Aslan xüsusilə Spayk raket kompleksi üzrə kursu bitirməsi ilə fəxr edirdi. İsraildə istehsal olunan bu qurğunu mükəmməl idarə etməyi bacaran hərbçilər çox az idi. Onlardan biri həm kursda bir yerdə oxuduğu, həm də Aprel döyüşlərində birgə iştirak etdiyi Ələsgərli kəndindən olan Ruslan idi. Aslan hərbi biliklərini artırdıqca, onları yalnız təlimlər zamanı deyil, həm də canlı döyüşlərdə düşmənə qarşı tətbiq etmək, torpaqlarımızın işğaldan azad olunmasında vuruşmaq istəyi ona rahatlıq vermirdi.
    Aprel döyüşləri bu arzusunun reallaşması üçün fürsət oldu. Həmin vaxt Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş Mirdaməd Bağıyev onun komandiri idi. Daha ətraflı »

  • 29Apr
    Hərbi vətənpərvərlik Təbəssümü üzündə dondu üçün şərhlər bağlıdır

    Elmin Quluzadə 1998-ci il noyabrın 1-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Ailədə üç qardaş idilər.
    Qarabağ müharibəsi iştirakçısı olan Şəmsi kişi oğlanları ilə fəxr edirdi. Əmin idi ki, vaxtilə özünün və yoldaşlarının bacara bilmədiklərini Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu gənclər edəcək və erməni işğalına son qoyulacaq.
    Ailənin böyüyü Murad 4 il idi ki, müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirdi. Elmin isə müharibəyə könüllü getmişdi. Şəmsi kişi deyir ki, müharibədə müvəqqəti atəşkəs olduğu günlərdə kiçik oğlu ilə Elminin yanına getmişdi: “Ağdam istiqamətindəydi. Əhval-ruhiyyəsi də çox yaxşıydı. Zarafat elədim. Dedim, gəlsənə mən qalıb sənin yerinə döyüşüm, sən isə qayıt evimizə. Bu sözləri zarafatca desəm də, o, ürəyimdəki nigarançılığı hiss etdi. Axı Murad da döyüşdəydi. Dedi, ata, sən nə danışırsan, biz sənə söz vermişdik ki, bu torpaqların alınmasında iştirak edəcəyik. Hər dəfə kəndlərimizi geri qaytardıqca, səni gözlərim önünə gətirir və sevinirəm ki, bundan sonra sən də rahat yaşayacaqsan. Oğlum haqlı idi. 30 ilə yaxın bir müddətdə mən televizora baxıb rayonlarımızın işğalı tarixlərini, bu yerlərin dağıdılması haqqında xəbərləri eşidəndə, sanki özümü günahkar hesab edirdim. İndi başımız ucadır. Bu ucalığı şəhidlərimiz öz qanları ilə bizə bəxş etdilər”. Daha ətraflı »

  • 29Apr
    Hərbi vətənpərvərlik İlahi bağlılıq üçün şərhlər bağlıdır

    Şəhid valideynləri… Mənə elə gəlir ki, onların arasındakı münasibətlərə ilahi bağlılıq da demək olar. Çünki ən yaxın qohumlar arasında bu qədər doğmalıq mümkün deyil. Onlar eyni düşünür, eyni ağrı-acı yaşayır, eyni qürur hissi keçirirlər.
    Bu yaxınlarda şəhid valideynləri arasında belə bir görüşün şahidi oldum. Dəmirçilər kəndindən şəhidimiz Şamil İsmayıllının valideynləri məcburi köçkün, kəlbəcərli şəhidimiz Elşən Məmmədovun valideynlərinin qonağıydılar.
    Hər iki gənc bir yerdə döyüşüb, eyni vaxtda şəhidlik zirvəsinə ucalıblar. Onların üçüncü dostu da olub. Evoğlu kəndinin şəhidi Fuad Məhərrəmli.
    Görüş Elşənin atası Dağıstan kişinin rayonumuzda məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbədəki evindəydi.
    Əlbəttə, söhbət yalnız şəhidlərdən gedirdi. Ana və ataların xatirələri bir-birini əvəz edir, hər bir kəlmələrində sonsuz kədərlə yanaşı qürur hissi duyulurdu. Bu gənclər Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlər zamanı tank əleyhinə mina partlaması nəticəsində həlak olublar. Hər biri haqqında ayrı-ayrılıqda qəzetimiz üçün material hazırlayacağıq. Bu yazıda isə toxunmaq istədiyim məqam unuda bilmədiyim o ilahi bağlılıqdır.

    Svetlana Bilalqızı

  • 29Apr
    Xəbərlər I Qarabağ müharibəsi şəhidinin xatirəsi anılıb üçün şərhlər bağlıdır

    Yaşasaydı, 65 yaşı tamam olacaqdı

    Birinci Qarabağ müharibəsi şəhidi İnqilab Ağayevin 65 illik yubileyi mü-nasibəti ilə təhsil aldığı şəhər 2 nömrəli məktəb-liseydə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, veteranlar, məktəbin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Öncə tədbir iştirakçıları Tərtər şəhər qəbristanlığında şəhidin məzarını ziyarət edib, önünə tər gül dəstələri düzüblər. Şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
    Sonra tədbir şəhidin təhsil aldığı şəhər 2 nömrəli məktəb-liseydə adı verilən 7 B sinifində davam etdirilib.
    Mərasimdə çıxış edənlər şəhid İnqilab Ağayevin 1-ci Qarabağ müharibəsində göstərdiyi tarixi qəhrəmanlıqdan, onun keçdiyi şərəfli döyüş yolundan söz açıblar. Bildiriblər ki, şəhid, baş leytenant Ağayev İnqilab Mahmud oğlu 1957-ci il aprel ayının 18-də Tərtər şəhərində anadan olmuşdur.
    Əvvəlcə şəhər 2 saylı orta məktəbində, sonra isə 96 saylı Texniki Peşə Məktəbində təhsil almış, çilingər – mexanik peşəsinə yiyələnmişdir. 1977-ci ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra uzun müddət Bərdədə tikinti təşkilatında işləmişdir. Daha ətraflı »

  • 29Apr
    Xəbərlər Ümumrayon iməciliyi üçün şərhlər bağlıdır

    Tərtər rayonunda abadlıq işləri mütəmadi olaraq davam etdirilir. Bunun üçün iməciliklər keçirilir, abadlıq və təmizlik işləri görülür.
    Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən növbəti iməcilikdə rayonun idarə, müəssisə, təşkilatlarının kollektivləri, Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları, rayon sakinləri fəal iştirak ediblər.
    Səhər saatlarından başlayan iməcilikdə yol kənarları alaq otlarından təmizlənib, mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, təbii gübrələr verilib, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülüb. Park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib. Ərazi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları Kommunal Təsərrüfatı İdarəsinin xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
    Eyni zamanda Tərtər-Bərdə avtomobil yolunun kənarında yeni ağaclar əkilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aparılan abadlıq və təmizlik işləri ilə tanış olub, sakinlərlə birlikdə ağacəkmə aksiyasında iştirak edib və müvafiq tövsiyələrini verib. Daha ətraflı »

  • 29Apr
    Xəbərlər Karxana sahibləri ilə görüş üçün şərhlər bağlıdır

    Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları Tərtər rayonunda karxana fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüşüb.
    Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, KOBİA-nın, Tərtər Rayon İcra Hakimiyyətinin, Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının nümayəndələrinin iştirak etdiyi tədbirdə karxana sahiblərinin problemləri fəaliyyət göstərdikləri ərazilərə baxış keçirilməklə yerində dinlənilib. Görüşdə karxana sahiblərinə və bu sektorda fəaliyyətə maraq göstərən şəxslərə karxana fəaliyyətinin hüquqi əsasları, faydalı qazıntı yataqlarının istismar qaydaları, sahibkarlar üçün alternativ yataqların müəyyən edilməsi barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

     

  • 29Apr
    Digər Maraqlı talelər üçün şərhlər bağlıdır

    EL ŞAİRİ SURXAY DƏQİQ

    Səfərov Surxay Umud oğlu 1922-c- ildə Tərtər rayonunun Evoğlu kəndində anadan olmuşdur. 1941-ci ildə Evoğlu kənd orta məktəbinin X sinfini bitirmiş, ehtiyac olduğuna görə rayonun müxtəlif kəndlərində müəllimlik etmişdir. Atası Səfərov Umud 1937-ci il repressiya qurbanlarından biri olmuşdur (1956-cı ildə bəraət almışdır). Odur ki, Surxay hərbi xidmətə çağırılmamış, müharibəyə göndərilməmişdir. Gənc yaşlarından yaradıcılığa başlamış, şeirləri müəllimlərinin və kənd əhalisinin diqqətini cəlb etmişdir.
    Səməd Vurğunun yaradıcılığı onun üçün əsl ilham mənbəyi olmuşdur. Dəfələrlə Səməd Vurğunla görüşmək ona qismət olmuşdur. Surxayın yaradıcılığına diqqət və qayğı ilə yanaşan şair ona “Dəqiq” təxəllüsünü vermişdir.Yazılarının birində Surxay müəllim Vurğunu ustadı hesab edərək belə

     

     

    Qəlbim döyündükcə coşacağam mən,
    Kükrəyib dəniz tək daşacağam mən,
    Hələ min-min nəğmə qoşacağam mən,
    Çünki Vurğun kimi söz ustadım var.

    Şairin ölümündən kədərlənən Dəqiq “Deyə bilmirəm” şeirini yazmışdır. Eyni zamanda Səməd Vurğunun həyat və yaradıcılığını əks etdirən “Vurğun” mənzum dramını yaratmışdır. Əsərin yalnız bir hissəsi durur. Şair özü ”Yeni il şərəfinə sağlıq” şeirində həmin drama işarə edərək yazmışdır: Daha ətraflı »

  • 26Apr
    Digər Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı üçün şərhlər bağlıdır

    Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun 44 günlük Vətən Müharibəsində düşmən işğalından azad etdiyi qədim qalamızda – Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirilib.

    Qurultayda geniş nitq söyləyən Prezident İlham Əliyev deyib: “Qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir”.

    Müzəffər Ali Baş Komandan gənclərimizin Vətən Müharibəsindəki xidmətlərini yüksək qiymətləndirərək bildirib ki, tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.

    Qeyd olunub ki, Ulu Öndərin davamçıları V qurultayı Şuşada keçirir. Mədəniyyətimizin paytaxtı olan Şuşa öz doğmalarını günəşli hava ilə qarşılayır və bu onu göstərir ki, bu, bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir.

    Azərbaycan Respublikasının Prezidenti deyib ki, Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı. Həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq.

    Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Daha ətraflı »