Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Apr

    Məktəbimizdə Vətən Müharibəsi şəhidlərinin xatirəsi həmişə əziz tutulur, ehtiramla yad edilir. Onların həyat yolunun və döyüş fəaliyyətinin daha yaxından öyrənilməsi məqsədi ilə artıq bir neçə sinfə şəhidlərimizin adları verilib. Belə ki, siniflərdən biri məktəbimizin məzunu Qubad Hacıyevin, biri isə əslən Qubadlı rayonundan olan Fərrux Həşimovun adını daşıyır. Bu yaxınlarda isə 4 “v” sinfinə Aprel şəhidi Nicat İskəndərovun adı verilib.
    Bu münasibətlə keçirilən tədbirdə şəhidlərin valideynləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Nicat İskəndərovun anası Maya xanım məktəbin müəllim və şagird kollektivinə minnətdarlığını bildirib. O deyib ki, ölkəmizdə şəhid ailələrinə, qazilərimizə daim böyük diqqət və qayğı göstərilir. Rayonumuzda da şəhidlərimizin hər birinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ardıcıl işlər görülür. Bu səbəbdən də şəhid ailələri heç zaman özlərini tək hiss etmirlər. Əgər əvvəllər bizim övladlarımız yalnız bir ailənin oğlu idisə, indi xalqın övladlarıdır. Biz bunu hər addımda görür və övladlarımızla qürur duyuruq. Arzu edirik ki, bu sinfin və ümumiyyətlə Yer üzünün bütün uşaqları sülh və əmin-amanlıq şəraitində böyüsünlər, yaxşı oxusunlar, həyatda qazandıqları uğurları ilə valideynlərini sevindirsinlər.
    Məktəbin direktoru İntiqam Nuriyev, 4 “v” sinfinin müəllimi Aliyə Balakişiyeva və başqaları çıxış edərək şəhidin qısa, lakin mənalı həyat yolu barədə danışıblar.
    Şagirdlərin ifasında şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

    Ziyafət Rüstəmova,
    şəhər 1 saylı tam orta məktəbin direktor
    müavini

    Müəllif: Redaktor, 09:35

İsmarıclar bağlıdır.