Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları Tərtər rayonunda karxana fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüşüb.
Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, KOBİA-nın, Tərtər Rayon İcra Hakimiyyətinin, Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının nümayəndələrinin iştirak etdiyi tədbirdə karxana sahiblərinin problemləri fəaliyyət göstərdikləri ərazilərə baxış keçirilməklə yerində dinlənilib. Görüşdə karxana sahiblərinə və bu sektorda fəaliyyətə maraq göstərən şəxslərə karxana fəaliyyətinin hüquqi əsasları, faydalı qazıntı yataqlarının istismar qaydaları, sahibkarlar üçün alternativ yataqların müəyyən edilməsi barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.