Təşəkəkür
Uşaqlar da razıdırlar, valideynlər də
Prezident seçkiləri zamanı hər bir vətəndaşın prezidenti olacağını vəd edən dövlətimizin başçısı İlham Əliyev verdiyi sözə əməl edərək, ölkənin bütün vətəndaşlarının qayğı və diqqətlə əhatə olunmasına çalışır. Bu gün iri şəhərlərlə yanaşı, bölgələrimiz sürətlə inkişaf edir, insanların, xüsusən böyüməkdə olan nəslin rahat yaşaması üçün bir-birindən möhtəşəm layihələr həyata keçirilir.
Biz bunu rayonumuzun timsalında da aydın görürük. Xüsusilə Tərtər İdman Olimpiya Kompleksinin ti-kilməsi və fəaliyyətə başlaması hər bir rayon sakinini ürəkdən sevindirir.
Bu isti yay günlərində biz babalar nəvələrimizin əllərindən tutub buradakı üzgüçülük hovuzuna gətirəndə, qəlbimizdən sonsuz təşəkkür hissləri keçir. Uşaqlar burada üzgüçülüklə yanaşı, idmanın digər növləri ilə də məşğul ola bilirlər. Şərait çox gözəldir, işlər yaxşı qurulub. Bütün bunlar övladlarımızın fiziki inkişafına, sağlam böyüməsinə müsbət təsir göstərir.
Onu da qeyd etmək istəyirik ki, Olimpiya Kompleksində şəhid ailələrinə və qazilərə böyük hörmətlə yanaşılır və güzəştlər edilir.
Övladlarını idman məşğələlərinə gətirən valideynlərin, baba və nənələrin dincəlməsi üçün də burada lazımi şərait var.
Tərtərlilərə, o cümlədən burada yaşayan şəhid ailələrinə, qazilərə göstərilən qayğıya, nəvələrimizin xoşbəxt böyüməsinə görə möhtərəm Prezidentimiz İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk.
Ramiz Ələkbərov,
Cəmil Hacıyev,
Şəhid ataları


Tərtər həm təbii relyefinə, həm də son illər burada aparılan abadlıq, quruculuq işlərinə görə Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Lakin gözəlliyi yaratmaq rayonumuzun rəhbər işçilərinin və bu sahədə çalışan insanların vəzifəsidirsə, bunu qoruyub saxlamaq, xüsusən də təmizliyə, adi qaydalara əməl etmək biz sakinlərin sadəcə olaraq vətəndaşlıq borcudur.
Xeyli vaxtdır ki, küçəmizdə əsaslı təmir işlərinə başlanılıb. Belə ki, burada istinad divarları hörülüb, hündürləşdirilir, qəzalı vəziyyətdə olan divarlar sökülüb yenisi ilə əvəz olunur, aqlay və bəzək daşları ilə üzlənir.Bununla yanaşı kommunikasiya, işıq, telefon xətləri səliqəyə salınır, ağaclar budanır, təmizlik işləri aparılır.
Rəmziyyə Məmmədova rayo-numuzun ziyalı qadınlarından biridir. Uzun müddət Tərtərdə müxtəlif vəzifələrdə çalışıb, indi isə təqaüddədir. Həyat təcrübəsini nəvələrinə həvəslə öyrədir. Bunlardan biri də uşaqlara oxu mədəniyyətinin aşılanmasıdır.
Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. Dövlət başçısı görüşdə çıxış edib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin üzvləri İkinci Qarabağ müharibəsi şəhidi, Tərtər rayon Köçərli kənd sakini Abbaslı Elnur Yaşar oğlunun məzarını ziyarət edib, məzarın üzərinə gül dəstələri qoyub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 22 iyul Milli Mətbuat gününün 147-ci ildönümü və jurnalistika günü münasibətilə “Yeni Tərtər” rayon qəzetinin kollektivini və bölgədə fəaliyyət göstərən mətbuat işçilərini qəbul edib. Tədbirdə “Azərbaycan” qəzetinin bölgə müxbiri Lazım Quliyev, Bizim.mediyyanın bölgə müxbiri Elgün Gəncimsoy və digərləri iştirak ediblər.
Yeni ismarıclar