Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29İyl

    “Bəlkə də gözəl olardı”

    Səhər tezdən bu xəbəri oxumasaydım, “bəlkə də gözəl olardı” Orta məktəbi yenicə bitirmiş Laçın adlı bir qız yenicə qədəm qoymaq istədiyi gəncliyin asta-nasında intihar edib. Səbəb qəbul imtahanlarında az bal toplaması, valideynlərinin onun üstünə gəlməsi, təpkisi. Məktubunda atam işə gedəndə “mənə işdən gələnə qədər get özünü as, öldür”, – dedi yazıb. O da ailəsinə son məktubunu yazıb və intihar edib. Laçının məktubundan onun heç də savadsız olmadığı aydın görünür, Laçının yazdığı məktub övladlarına təpki göstərən bütün valideynlərə bir dərsdir. Qızcığaz bəlkə həyəcanlı olub, bəlkə… aşağı bal toplayıb. Bunun üçün övladın öz canına qıymasına təpki göstərməkmi lazımdır?
    Son vaxtlar artan intihar hadisələri valideynlər üçün bir həyəcan təbili deyilmi? Toy günü özünü asan gənc qız. Araşdırma zamanı məlum olub ki, qız nişanlısının onunla kobud rəftar etdiyini deyib, anası “artıq sənin toyundur, ayıbdır” – deyib, övladının arxasında durmadığı üçün o da çıxış yolunu intiharda görüb.
    Laçının məktubu məni o qədər kövrəltdi ki, söz tapa bilmirəm. Nə vaxta qədər laçınlarımız bizim təkəbbürümüzün, anlaqsızlığımızın qurbanı olacaq?
    Məgər hamı ali təhsilli olma-lıdır, bəlkə Laçın başqa bir peşə seçib, özünü burada tapacaqdı. Amma…
    Onun məktubundan. “… Bu imtahan dünyanın sonu deyil və ya mənim həyatımda son şansım deyil. Təəssüf ki, bunu ailəm başa düşmür.
    … Uğur qazanan övladı hamı sevir. Siz mənim uğursuzluğumu da sevməli idiniz. Bacarma-dınız. Arxamca tökülən göz yaşlarının mənası yoxdur… Mən daha yoxam. Əlvida. Bəlkə də gözəl olardı.”
    Sən özünə qəsd etməsən gözəl olardı, qızım, gələcəyin qabaqda idi.
    Valideynlər, min əziyyətlə böyütdüyünüz övladlarınıza anlaq göstərin, bütün hallarda onların arxasında olun ki, onlar da Sizdən güc almağı öyrənsinlər. Artıq Laçını geri qaytarmaq mümkünsüzdür, ancaq bu yolda olan laçınlarımızı valideyn qayğısı, anlağı intihardan saxlaya bilər.

    Svetlana Əzizova

    Müəllif: Redaktor, 08:58

İsmarıclar bağlıdır.