Təşəkəkür
Uşaqlar da razıdırlar, valideynlər də
Prezident seçkiləri zamanı hər bir vətəndaşın prezidenti olacağını vəd edən dövlətimizin başçısı İlham Əliyev verdiyi sözə əməl edərək, ölkənin bütün vətəndaşlarının qayğı və diqqətlə əhatə olunmasına çalışır. Bu gün iri şəhərlərlə yanaşı, bölgələrimiz sürətlə inkişaf edir, insanların, xüsusən böyüməkdə olan nəslin rahat yaşaması üçün bir-birindən möhtəşəm layihələr həyata keçirilir.
Biz bunu rayonumuzun timsalında da aydın görürük. Xüsusilə Tərtər İdman Olimpiya Kompleksinin ti-kilməsi və fəaliyyətə başlaması hər bir rayon sakinini ürəkdən sevindirir.
Bu isti yay günlərində biz babalar nəvələrimizin əllərindən tutub buradakı üzgüçülük hovuzuna gətirəndə, qəlbimizdən sonsuz təşəkkür hissləri keçir. Uşaqlar burada üzgüçülüklə yanaşı, idmanın digər növləri ilə də məşğul ola bilirlər. Şərait çox gözəldir, işlər yaxşı qurulub. Bütün bunlar övladlarımızın fiziki inkişafına, sağlam böyüməsinə müsbət təsir göstərir.
Onu da qeyd etmək istəyirik ki, Olimpiya Kompleksində şəhid ailələrinə və qazilərə böyük hörmətlə yanaşılır və güzəştlər edilir.
Övladlarını idman məşğələlərinə gətirən valideynlərin, baba və nənələrin dincəlməsi üçün də burada lazımi şərait var.
Tərtərlilərə, o cümlədən burada yaşayan şəhid ailələrinə, qazilərə göstərilən qayğıya, nəvələrimizin xoşbəxt böyüməsinə görə möhtərəm Prezidentimiz İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk.
Ramiz Ələkbərov,
Cəmil Hacıyev,
Şəhid ataları