Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29İyl

    İnternet – günümüzün ən populyar və hətta aktual nəsnəsi. Həyatımızın içərilərinə qədər sızmış və ya özümüzün izn verdiyimiz müasir texnologiyanın məhsulu. Etiraf edək ki, çox az zamanda sürətlə bütün dünyanı əhatə edən bu müasir yenilik özü ilə maraqlı faktları da gətirir. İndi nəsillərin dünyagörüş və davranış savaşı sanki beyinlərdə deyil, internetdə gedir. Kim ondan necə istifadə edirsə, internet onun üçün eyni qüvvəyə – mənfi və ya müsbət gücə çevrilir.
    İnternet – bu qlobal, geniş “tora” bir birilə optik, elektron, vayfay və digər vasitələr ilə qlobal və ya lokal şəkildə bağlanmış şəxsi, biznes, hökumət, təhsil və s. şəbəkələr daxildir. Bildiyimiz kimi, internet bəzilərimizin, xüsusən də gənclərin həyatının ayrılmaz bir parçasına dönüb. Ətrafa nəzər salsaq azyaşlı uşaqlar belə telefon, kompüter və s. baxımlısı olduğuna şahid olarıq. Heç şübhəsiz ki, internetin bizə faydası zərərindən daha çoxdur. Ancaq, bu o demək deyildir ki, internetin bizə ziyanı da azdır. Əgər biz internetdən düzgün istifadə etməyi bacarsaq, günümüzü çox məhsuldar edə bilərik. Lakin adətən insanlar internetdən pis yönümlü, neqativ məlumatlarla, nifrət və xaos effekti verən informasiyalarla əhatə olunmuş şəkildə istifadə edirlər. Əlbəttə, artıq internet çağdaş dünyada həyatımızın bir parçasına çevrilib. Çünki yüksək texnologiyaların inkişaf tendensiyası o qədər sürətlə gedir ki, internetin həyatımızın önəmli hissəsinə çevrilməsi günbəgün daha da asanlaşır. İnternet insan həyatında çox böyük təsirə malikdir. Həyatımızın bir parçasına çevrilən internetin faydalı və ziyanlı tərəflərinə nəzər salaq:
    İnternet nəhəng bir kitabxanadır: Ağıla gələn hər mövzuda araşdırma apara bilər, qaynaqlar, kitablar, məqalələr tapa bilərsiniz.
    İnternet bir media vasitəsidir: Qəzetlər, jurnallar, yazarlar, internet xəbər saytları, son dəqiqə xəbərləri əlinizin altındadır. Hətta internet vasitəsilə radio dinləyə, TV də izləyə bilərsiniz.
    İnternet virtual bir bankdır: İnternet vasitəsilə hər növ nağdılaşdırma əməliyyatları apara bilərsiniz.
    Uzaq ölkələrdə yaşayan qohumlarla üz-üzə əlaqə yaratmaq olur və s.
    Bunlar internetin faydaları, necə deyərlər, bizimlə dost olan məqamlarıdır. Amma həyatda əbədi davam edən xeyir-şər mübarizəsi internetdən də yan keçməyib axı. İndi isə onun heç də xoş olmayan digər tərəflərinə baxaq:
    İnternet insanın sağlamlığına mənfi təsir edir. Çünki internetdən asılı olan insanlar çox vaxt depressiyadan əziyyət çəkirlər.
    İnternetdə insanın etiqadına zidd olan xoşagəlməz məlumatlar, şəkillər, videoçarxlar mövcuddur.
    İnternet insanları bədii qiraətdən də uzaqlaşdırır.
    Azyaşlı uşaqlar internetlə xoşagəlməz oyunlar oy-nayır və onlarda mənfi xüsusiyyətlər əmələ gəlir.
    Gəlin, internetdən dəyərincə istifadə etməyi baca-raq. Nə az, nə çox. Belə-liklə, dünyanı bu sosial şəbəkədən dərk etməklə yanaşı , həm də sağlamlığımzı da qorumuş olarıq.

    Sevda Nəsir,
    Naxçıvan Dövlət Universiteti Jurnalistika ixtisası üzrə 3-cü kurs tələbəsi

    Müəllif: Redaktor, 08:41

İsmarıclar bağlıdır.