Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan konsertdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədiri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Heydər Əliyev adına parkda açıq yay klubunda təşkil olunmuş konsertdə Bakı şəhərindən dəvət olunmuş tanınmış müğənni, Muğam Mərkəzinin solisti Jalə Quluyevanın ifaları və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyi tərəfindən hazırlanan konsert proqramı tədbir iştirakçıları tərəfindən maraqla izlənilib.


May ayının 10-da respublikamızın hər yerində olduğu kimi xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Tərtər rayonunda da qeyd edildi. Minlərlə tərtərli Mərkəzi Meydanda Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtiramını, ümumxalq məhəbbətini nümayiş etdiriblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Buruc kənd sakini, uzun illər Buruc kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışmış və rayonun təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən 79 yaşlı Səkinə Məmmədovanı ziyarət edib.
Tərtər şəhər qəbiristanlığında keçirilən dəfn mərasimində rayon icra hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Tərtər rayonunda mühüm sosial layihə icra edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin və Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə 06.05.2026-cı il tarixində Tərtər şəhərində 16 işəgötürənin iştirakı ilə işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti “Əmək yarmarkası” keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması və Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib.
Tərtər rayonunda “Şəhərsalma və Arxitektura İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyev və memarlıqda milli üslub” mövzusunda tədbir keçirilib.
Möhtərəm Prezidentimiz İlham Əliyevin 2026-cı il mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri çərçivəsində verdiyi bəyanat, iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini və gələcək inkişaf vektorlarını müəyyən edən fundamental bir sənəd xarakteri daşıyır. Bu bəyanat sadəcə diplomatik bir nitq deyil, həm də Cənubi Qafqaz və Avropa arasında qurulan yeni iqtisadi və siyasi körpünün memarlığını əks etdirir.
Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin 2026-cı il mayın 4-də Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlər iki ölkə arasındakı münasibətlərin strateji zirvəsini və gələcək inkişaf modelini aydın şəkildə nümayiş etdirir.
Yeni ismarıclar