Prezident İlham Əliyev cari ilin 5 aprel tarixində Tacikistan Respublikasına dövlət səfəri zamanı mətbuata bəyanat verib.
Dövlət başçısı bildirib ki, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi.
Həm Prezident Rəhmon, həm də Ulu Öndər Heydər Əliyev, – hərəsi öz ölkəsində, – qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular.
Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə hər kəs anlayır ki, sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı.
Prezident İlham Əliyev deyib ki, xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Bizim bugünkü uğurlu inkişafımız göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər. Daha ətraflı »


2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçilərkən andiçmə mərasimindəki çıxışında cənab İlham Əliyev deyib: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.”
1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə Əliyeva öz həyatını səhiyyə elminin inkişafına həsr etmişdir. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir.
Böyük Allahın adıyla vətənimdə Bahar bayramı və Ramazan ayının qovuşduğu müqəddəs gündə–martın 23-də Tərtər Rayon İcra Hakimiyyətindən Svetlana Əzizova mənə zəng edib bildirdi ki, Tərtər rayon İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda keçiriləcək elmi-praktik konfransa dəvətlisiniz.
İcra başçısının səmimi, sadə davranışı diqqətimdən yayınmadı.
Ulu Öndər Heydər Əliyev haqqında fikir söyləmək olduqca məsuliyyətlidir və məsuliyyətli olduğu qədər də böyük şərəfdir. 40 illik əmək fəaliyyətim dövründə rast gəldiklərim əsasında deyərdim ki, Heydər Əliyev Ulu Tanrının bizə bəxş etdiyi ecazkar bir möcüzədir. Mən Heydər Əliyevin həyat və fəaliyyətini bütövlükdə dünyanın ən böyük şah əsərinə bənzədirəm. O şah əsər ki, onun mərkəzində dünənimizin, bu-günümüzün və sabahımızın qarantı olan, özünün təbirincə desək, “Nə qədər Azərbaycan var, mən də varam” deyən Heydər Əliyev durur.
Heydər Əliyev təkcə siyasi xadim deyil, həm də bir xalqın kimliyinin və mədəniyyətinin formalaşmasında dilin əhəmiyyətini dərk edən vizyon rəhbəri idi. O, fəaliyyəti boyu Azərbaycan dilinin istifadəsinin təşkili və ölkənin dil müxtəlifliyinin qorunması istiqamətində yorulmadan çalışmışdır.
Bu fikirlə yolumuzu Qaradağlı kəndindən saldıq. 30 ildən sonra mənfur erməniyə öz həddini göstərən Azərbaycan Ordusunun qəhrəman oğullarından biri–şəhid Hüseynov Aslan Malik oğlunun ocağına ikinci dəfə üz tutdum. İkinci dəfə İradə ana ilə Malik atanın oğul yolu gözləyən qapısını döydüm, şəhidimizin həyat yoldaşı Gülstan xanım və övladları Aysu və Kənanla üz-üzə, göz-gözə dayandım. Bu ikinci görüşümdə bəzi dəyişikliklərin şahidi oldum. Aslanın şəhid olmasından 2 il yarım keçməsinə baxmayaraq, ata-anada sanki bir az səbir duydum və buna daxilən sevindim. Sözsüz ki, bu səbrin arxasında Aslanın qoyub getdiyi yarımçıq arzulu həyat yoldaşı – evin gəlini Gülstan və qəhrəman oğulun yadigarları, gözləri dolusu atalı arzularını həyata keçirə bilmədiyi övladları –nəvələri Aysu və Kənandır. Ata-anaya verdiyim sualın cavabı da bu fikirlərimi təsdiqlədi.
Qəzetimizin 12 aprel 2017-ci il tarixli sayında mərhum əməkdaşımız Əvəz Nəsirovun “Kaş yuxularım çin ola!” sərlövhəli məqaləsi dərc olunub. Burada Sarıdaş kəndindən olan Xublar nənənin Kəlbəcərlə bağlı kövrələ-kövrələ danışdığı xatirələrindən bəhs edilir: “Sarıdaşın tarixi çox qədimdir, bu kənddə yaşayan insanların hamısı uzunömürlüdürlər. Xublar nənə deyir ki, bir də eşitdik ki, ermənilər Kəlbəcərə giriblər. 9 nəfər ailə üzvlərimizlə hər şeyimizi qoyub Murov dağına piyada gəldik. Murov yolunda maşın, insan əlindən yerimək olmurdu…”
Ana müqqəddəs varlıqdır. Onun ətri dəyən, əli dəyən hər şey gözəldir. Bizə həyat bəxş edib onu gözəlləşdirən anadır. Ana sevgisi kainat qədər sonsuz, həyat qədər şirindir. Dünyada ana qucağından isti bir yer, ana laylasından həzin bir səs yoxdur.
Bakı Dövlət Universitetinin (BDU) və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Yeni ismarıclar