“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2017-ci il tarixli sərəncamının icrası ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən birlik, birləşmə və hərbi hissələrdə tədbirlər həyata keçirilir. Tərtər şəhərində keçirilən təntənəli yolasalma mərasiminin iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani tədbir iştirakçılarına Müdafiə Nazirliyi rəhbərliyinin təbrikini çatdırıb. Qeyd olunub ki, hazırda respublikanın bütün şəhər və rayonlarının çağırış məntəqələrində Vətən oğullarımız böyük həvəslə hərbi xidmətə yollanırlar. Daha ətraflı »
-
19YanXəbərlər YOLASALINMA MƏRASİMİ üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
19YanXəbərlər Rayonun inzibati ərazi dairələrində hesabatlar davam edir üçün şərhlər bağlıdır
LAQEYDLİK TƏNQİD OLUNDU
Cari ilin yanvar ayının əvvəlindən başlayaraq Tərtər RİHB-nin şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilir. Yığıncaqlarda görülmüş işlər tənqid və özünütənqid şəraitində təhlil olunur, qarşıda duran vəzifələr müəyyənləşdirilir. Tədbirlərdə kənd sakinləri ilə yanaşı şura üzvləri, rayon icra hakimiyyəti aparatının nümayəndələri iştirak edirlər. Söylənilən hər bir fikir, təklif və tövsiyə diqqətlə dinlənilir və nəzarətə götürülür.
Qaradağlı kənd İƏD üzrə icra nümayəndəliyində ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
Tədbiri giriş sözü ilə açan kənd icra nümayəndəsi Razil Məmmədov hesabat məruzəsi ilə çıxış etdi. Qeyd olundu ki, nümayəndəlik iki kəndi–Qaradağlı və Təzəkənd kəndlərini əhatə edir. Ərazisi 1484 hektardır. Burada həmçinin 33 məcburi köçkün və qaçqın ailəsi məskunlaşmışdır ki, onlar da 127 nəfər soydaşımızı özündə birləşdirir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
19YanDigər İlə yekun vurulur üçün şərhlər bağlıdır
İŞİMİZİ MÜASİR TƏLƏBLƏR SƏVİYYƏSİNDƏ QURMAĞA ÇALIŞIRIQ
Yola saldığımız ötən ildə müəssisəmiz iş planına əsasən rayonda fəaliyyət göstərən idarə, müəsisə və təşkilatların sənədlərinin rayon dövlət arxivinə təhvil verilməsi üçün ardıcıl tədbirlər həyata keçirib. Görülən tədbirlər nəticəsində bir neçə müəssisə və təşkilatın fəaliyyəti nəticəsində toplanmış sənədlər arxivimizə qəbul edilmiş və lazımi qaydada işlənmişdir. Sənədlərin daimi və uzunmüddətli siyahıları Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialında Ekspert Yoxlama Komissiyasında təsdiq olunmuşdur.
Mamırlı, Dəmirçilər, Evoğlu, Sarıcalı, Hacıqərvənd, Qapanlı, Buruc, Azadqaraqoyunlu, Qaradağlı, Ələsgərli İƏD-lərin, İsmayılbəyli, Sarov, Dəmirçilər bələdiyyələrinin, su-kanal idarəsinin və rayon icra hakimiyyətinin 2012-ci ilə aid sənəd materialları işlənilib qaydaya salınmışdır. Bütün bunlardan başqa, bir neçə idarə, müəssisə və təşkilatın sənədləri bu ildən arxivimizə təhvil veriləcək. Daha ətraflı »Teqlər: Digər
-
19YanXəbərlər ÖTƏN İL YADDAQALAN OLDU üçün şərhlər bağlıdır
Rayonumuzun ərazisində 12 sahə baytarlıq məntəqəsi fəaliyyət göstərir. Ötən ilin 12 ayı ərzində 10538 baş iribuynuzlu heyvanlardan və 1770 baş qoçlardan qan nümunəsi alınaraq baytarlıq laboratoriyasında yoxlanılmışdır.
Bundan başqa, qarayara xəstəliyinə qarşı 26699 baş iribuynuzlu heyvanda, 73768 baş xırdabuynuzlularda və 933 baş atda profilaktika məqsədilə lazımi tədbirlər görülmüşdür. Dabaq xəstəliyinə qarşı 35956 baş iribuynuzlu heyvanda və 36529 baş xırdabuynuzluda peyvənd işi həyata keçirilmişdir. Vərəm xəstəliyinə qarşı 5961 baş iribuynuzlu heyvanda yoxlama tədbiri həyata keçirilmişdir. Bu yönümdə həyətlərdəki sahibli itlərdə quduzluq xəstəliyinə qarşı lazımi yoxlama tədbirləri görülmüşdür.
3364 baş iribuynuzlu və 3996 baş xırdabuynuzlu heyvanlarda sarılığa qarşı lazımi tədbirlər aparılmışdır. Brüselyoz və çiçək xəstəliklərinin qarşısını almaq üçün peyvəndlər edilmişdir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
19YanXəbərlər “ŞƏHADƏT” SƏNƏDLİ FİLMİ NÜMAYİŞ ETDİRİLİB üçün şərhlər bağlıdır
Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Tərtər rayon Seydimli kənd tam orta məktəbində Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinidini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Seydimli kənd tam orta məktəbinin direktoru Nurəddin İbrahimov və yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə Elvin Umudov açaraq “Şəhadət” filminin dini radikalizmə qarşı maarifləndirmə və gənclərin vətənpərvərlik ruhunda formalaşmasındakı əhəmiyyətindən danışıb. Daha ətraflı »Teqlər: Xəbərlər
-
19YanSosial MƏQSƏDİMİZ İNSANLARA KÖMƏK ETMƏKDİR üçün şərhlər bağlıdır
Ötən il bizim mərkəzə 1406 nəfər işaxtaran vətəndaş müraciət etmişdir ki, bunlardan da 390 nəfəri rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda peşə və ixtisaslarına uyğun daimi işlə təmin olunmuşlar.
İşlə təmin olunan 20 nəfərini sosial müdafiəyə daha çox ehtiyacı olan, yəni KVOTA yerləri təyin olunmuş vətəndaşlar, 92 nəfərini 29 yaşadək gənclər, 19 nəfərini qaçqın və məcburi köçkünlər, 67 nəfərini qadınlar təşkil edir.
2017-ci il ərizində mərkəzdə işaxtaran kimi qeydiyyatda olan 65 nəfərə işsizlik statusu və 72 nəfərə işsizlik müavinəti təyin olunmuşdur. Rayon ərazisində yerləşən 99 müəssisədən toplanılmış statistik hesabatlarda olan vakant yerlər hər ayın sonunda DMX-nin internet sayıtında yerləşdirilir.
Ötən il mərkəzə 42 ərizə və teleqram daxil olmuşdur. Daxil olan ərizələrə vaxtında baxılmış, icrası qanuna müvafiq surətdə yerinə yetirilmişdir. Daha ətraflı »Teqlər: Sosial
-
19YanDigər POLKOVNİK ŞİKAR ŞİKAROV üçün şərhlər bağlıdır
Gözəl insan, qayğıkeş zabit Şikar Şükür oğlu Şikarov 1953-cü ilin payızında, Bakıda zəhmətkeş bir ailədə dünyaya göz açıb. 1961-ci ildə 164 saylı orta məktəbə gedib, 1971-ci ildə 46 saylı orta məktəbi bitirmişdi. Atası onu hüquqşünas kimi görmək istəyirdi. Lakin Şikar hərbiyə olan marağını gizlətmədi. Elə həmin il Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə qəbul olundu. 1975-ci ildə məktəbi fərq-lənmə diplomu ilə bitirərək təyinatla Primorsk vilayətindəki hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başladı.
Şikar Şikarovun yüksək biliyə, savada malik olması komandanlığın nəzərindən yayınmırdı. Onu Moskvada Frunze adına Hərbi Akademiyaya göndərirlər. 1989-cu ildə akedemiyanı müvəffəqiyyətlə bitirərək polkovnik-leytenant rütbəsi ilə Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrin birinə qərargah rəisi təyin edilir.
Şikar Şikarov 1990-cı il 20 Yanvar hadisələrindən sonra Azərbaycana qayıtmağa qərar verir. Daha ətraflı »Teqlər: Digər
-
19Yanİdman GƏNC İDMANÇILARIN NAİLİYYƏTLƏRİ üçün şərhlər bağlıdır
Ölkəmizdə idman böyük uğurla inkişaf etməkdədir. İdmanın bir çox növlərində boksçularımız, karateçilərimiz, güləşçilərimiz öz fiziki hazırlıqları ilə ölkəmizə uğurlar qazandırmışlar. Azərbaycan bu gün bir idman ölkəsinə çevrilib. Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, gənc nəslin formalaşmasında və cəmiyyətin inkişafında idmanın böyük rolu vardır.
Rayonumuzun idmançıları da öz qələbələri ilə həm ölkəmizə, həm cəbhə bölgəsi olan Tərtərimizə şan-şöhrət gətirirlər. İdmanın boks növü üzrə əldə olunan nailiyyətlər ürəkaçandır. Yeni-yetmə və gənclərimizdən Məhərrəm Məhərrəmzadə (52 kq) Bakı şəhərində keçirilən gənclər arasında respublika birinciliyində 3-cü yeri tutmuş, Elşən Cəbizadə (54 kq) yeniyetmələr arasında Azərbaycan çempionu, Naxçıvanda keçirilmiş Heydər Əliyev Turnirinin qalibi olmuş, Qazaxıstanda Heydər Əliyev turnirində 3-cü yerin qalibi, Bolqarıstanda keçirilən Avropa çempionatının iştirakçısı olmuşdur. Daha ətraflı »Teqlər: İdman
-
19YanMilli-mənəvi dəyərlər GƏNCLƏR ARASINDA DİNİ MAARİFLƏNDİRMƏNİN ROLU üçün şərhlər bağlıdır
Mehriban və bağışlayan Allahın adı ilə!
Heç bir kəsə sirr deyil ki, bütün dövrlərdə və bütün quruluşlarda cəmiyyətdə gənclərin rolu ən əsas yerlərdən birini tutmuşdur. Sonuncu və bəşəri din olan İslam dinimizdə də əsas üstünlük gənclərə verilir. İslam tarixində oxuyuruq ki, sevimli Peyğəmbərimiz Hz. Muhəmməd (s) vacib toplantılarda gəncləri də danışdırar və onların qiymətli fikirlərini qəbul edər, tələsik qərarları isə qəbul etməzdi.
Azərbaycan adlı kiçik dövlətimiz lap qədim zamanlardan həm dost və həm də düşmənlərinin daim diqqət mərkəzində olmuşdur. Təsadüfi deyil ki, gözəl Vətənimiz İpək yolunun əsas hissələrindən birini təşkil edir. Buna görə də bu günün cavanları olan vətəndaşlar daim elm dalınca getməli, cəhalətdən, nadanlıqdan qətiyyətlə uzaq durmalıdırlar. Altıncı imam Cəfər Sadiq (ə) (700-775) buyurur: “Mən istəyirəm ki, siz müsəlman gəncləri hər vaxt iki halda görəm; ya elm öyrənən, ya da elm öyrədən. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
19YanKənd təsərrüfatı KƏND TƏSƏRRÜFATI üçün şərhlər bağlıdır
QIŞLAMA ÜÇÜN NORMAL ŞƏRAİT YARADILIB
Bu yazı çapa hazırlanan dövrdə rayonumuzun təsərrüfatlarında 27 min 139 baş iri mal saxlanılır. Onların 11 min 929 başı ana inəklərdir. Bundan başqa təsərrüfatlarda 70 min 558 baş qoyun, keçi bəslənilir.
Bu sahədə çalışan qabaqcıl fermerlərdən biri Eldəniz Əliyevin başçılıq etdiyi “Tufan” MMC-də 67 baş iribuynuzlu mal-qara, 1591 baş qoyun-keçi bəslənir. Fermer Murad Paşayevin təsərrüfatında isə 418 baş qoyun bəslənilir. Belə iri heyvandarlıq kompleksindən biri də Bəyimsarov kəndində fermer Habil İsmayılovun rəhbərlik etdiyi təsərrüfatdır. Kompleksdə 300 baş Hol-landiya cinsli mal-qara var.
Burada bəslənən malların 150 başı sağılandır. Malların çoxaldılması həm süni mayalanma, həm də təbii üsulla həyata keçirilir. Hər gün təsərrüfatdan Bərdə Süd Emalı Zavoduna 2,5-3 ton süd göndərilir. Burada soyuducu anbar da var.
Adları yuxarıda qeyd olunan fermerlərin mal-qara bəsləmək üçün müasir tipli kompleksləri var. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
Yeni ismarıclar