Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Yan

    скачанные файлы (1)Mehriban və bağışlayan Allahın adı ilə!
    Heç bir kəsə sirr deyil ki, bütün dövrlərdə və bütün quruluşlarda cəmiyyətdə gənclərin rolu ən əsas yerlərdən birini tutmuşdur. Sonuncu və bəşəri din olan İslam dinimizdə də əsas üstünlük gənclərə verilir. İslam tarixində oxuyuruq ki, sevimli Peyğəmbərimiz Hz. Muhəmməd (s) vacib toplantılarda gəncləri də danışdırar və onların qiymətli fikirlərini qəbul edər, tələsik qərarları isə qəbul etməzdi.
    Azərbaycan adlı kiçik dövlətimiz lap qədim zamanlardan həm dost və həm də düşmənlərinin daim diqqət mərkəzində olmuşdur. Təsadüfi deyil ki, gözəl Vətənimiz İpək yolunun əsas hissələrindən birini təşkil edir. Buna görə də bu günün cavanları olan vətəndaşlar daim elm dalınca getməli, cəhalətdən, nadanlıqdan qətiyyətlə uzaq durmalıdırlar. Altıncı imam Cəfər Sadiq (ə) (700-775) buyurur: “Mən istəyirəm ki, siz müsəlman gəncləri hər vaxt iki halda görəm; ya elm öyrənən, ya da elm öyrədən. Əgər bu iki haldan uzaq olsanız, deməli sürətlə tənəzzülə doğru gedirsiniz”. Bu gün dinimizin biz cavan nəslə buyruqlarını dərk etmək və ona sahib çıxmağımız ötən dövrlərə nisbətən daha çox vacibdir! Çünki bu gün vətənimizi gözü götürməyən, dövlətimizdəki stabilliyi həzm edə bilməyən bədxahlarımız hər vəchlə, xaincəsinə təbliğat və təşviqat işləri görməyə can atırlar. Bütün sahələrdə əlaqədar təşkilatların ayıq-sayıqlığı nəticəsində onların bu səyləri həmi-şə boşa çıxarılmışdır. Belə olan surətdə düşmənin ilk ağlına gələn vasitə, əksəriyyəti gənclərdən ibarət olan dindarlardır. Əlbəttə, savadlı, xalqını, Vətənini sevən gəncləri vasitə etmək qeyri-mümkündür. Lakin, çox təəssüf ki, bəzən savadsız, dini bilgisi az olan cavanlar belə çirkin işlərdə alət olur. Buna misal olaraq xarici dövlətlərdə, müxtəlif dini radikal qüvvələrin tərkibində, terrorçu təhrikçilərlə ciyin-ciyinə döyüşən aldadılmış gənclərimizi göstərə bilərik. Öz dinindən, dinin göstərişlərindən xəbərdar olan cavan terrorçu ola bilməz! Dinimizin bizə ilk əmri Vətəni sevməkdir, Vətənini sevən gənc öz torpağını qoruyar və lazımi vaxtda şəhadət şərabını içər. Özgə torpaqlarda, oranın vətəndaşlarını qətlə yetirməz və özü də faciəvi surətdə öldürülməz.
    Valideyni sevmək dinimizin ən ilk əmrlərindəndir. Ata-anasını sevən imanlı gənc, elmli cavan onları incitməz və “cihada” qoşulub onların ürəyinə dağ cəkməz! Dinimizin buyruğu belədir: “Allahı və Allahın yaratdqlarını sev. Vətəninə gözəl bir vətəndaş ol. Valideynlərinə, ailə üzvlərinə qüsursuz hörmət et. Ən əsası, savadlı ol, savadlı ol ki, kimlərinsə əlində alət olmayasan.”
    Allah Vətənimizi qorusun, cavanlarımızı qorusun. Amin!

    Sadiq CƏFƏROV,
    Tərtər Cümə Məscidinin axundu və Dini İcmanın sədri

    Müəllif: Redaktor, 10:26

    Teqlər:

İsmarıclar bağlıdır.