Keçmiş Sovet İttifaqı rəhbərlərinin və onun Azərbaycandakı itaətkar nümayəndələrinin əli ilə xalqımıza qarşı törədilmiş Qanlı Yanvar faicəsindən 33 il vaxt keçir. Qanlı Yanvar faicəsi XX əsr tarixinə və bəşəriyyətə qarşı ən amansız cinayətlərdən biri kimi tarixə düşmüşdür. O qanlı gecədə mənfur rejimi hər vəchlə qoruyub saxlamağa çalışan qırmızı imperiya dəhşətli hərb maşınını işə salaraq, öz mill azadlığı və istiqlaliyyəti, doğma torpağının müdafiəsi uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə açıq hərbi təcavüzə başladı. Bu faciə Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi.Xalqımız həmin gün üstünə şığıyan Sovet hərbisinin qara guruhuna qarşı sinəsini irəli verdi, öz istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.
Əslində 20 Yanvara aparan yolun 1988-c ildən başlandığı aşkar görünür. Keçmiş imperiya rəhbərliyinin-şəxsən əlləri xalqımızın qanına batmış Mixail Qarbaçovun bilavasitə xeyir-duası ilə Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddialları nəticə etibarı ilə xalqımızın milli müstəqillik və istiqlaliyyət uğurnda mübarizəsinə əlavə impulslar verdi. Xalqımız ölkəmizn ərazi bütövlüyünü qoruyub saxlamaq üçün 1988-ci ildə iradəsini ortaya qoydu. Güclü meydan hərəkatı başladı.
20 Yanvar faciəsi ərəfəsində və ondan sonrakı mərhələdə Azərbaycan tamamilə informasiya blokadasına alınmışdı. Respublikamızın xaricə çıxışı yalnız “Azadlıq” radiosu vasitəsilə təmin edilirdi. Bu da çox məhdud idi. Odur ki, Azərbaycanın üzləşdiyi problemləri, faciələri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, real vəziyyətlə bağlı dolğun təsəvvürlər yaratmaq mümkün deyildi. 20 Yanvar hadisələrindən sonra hakimiyyətdə olan imperiyapərəst qüvvələr, eləcə də faciənin üzərində hakimiyyətə gəlmək istəyən qüvvələr, əslində, bu prosesdə iştirak etmədilər.
Bütün ömrü boyu xalqın yanında olan ümummilli liderimiz Heydər Əliyev isə belə ağır vəziyyətdə ailəsi ilə birgə yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və sərt bəyanatla çıxış etdi. Xalqımıza qarşı repressiyaya əl atmış Kremlin bir addımlığında kifayət qədər aydın, cəsarətli mövqe ortaya qoyan ümummilli liderimiz Azərbaycanının üzləşdiyi informasiya blokadasının aradan qaldırılması, real həqiqətlərin Dünya ictimaiyyətina çatdırılması üçün tarixi addım atdı. Ümummilli liderimizin bu addımı həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda böyük rezonans doğurdu. Bu qətiyyətli mövqe dərin sarsıntı içində olan xalqa mənəvi dəstək oldu. Bununla da Heydər Əliyev hər zaman xalqla, onun problemləri ilə birgə olduğunu, dərdinə şərik çıxdığını sübuta yetirdi. Bundan narahat olan qüvvələr sonradan ulu öndərimizin Azərbaycana dönmək istəyinin qarşısını almaq üçün ciddi-cəhdlə fəaliyyətə başladılar. Lakin yaradılan maneələrə baxmayaraq, Heydər Əliyev Naxçıvana gəldi və fəal siyasətlə məşğul olmağa başladı. Daha ətraflı »
Yeni ismarıclar