Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,835
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Sen
    Xəbərlər Soyulan və Hacallı kəndindən olan şəhid ailələri və qazilərlə görüş keçirilib üçün şərhlər bağlıdır

    “Konstitusiya və Suverenlik İli” və 27 sentyabr-Anım Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətnin başçısı Müstəqim Məmmədov Soyulan kəndində Vətən Müharibəsi şəhidi Əjdər Sabirlinin atası Xanlar Sarıyev, üçüncü dərəcə müharibə əlilləri Həsən Ağalarov və Ədalət Dadaşovla görüşüb.
    Görüşdə YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rayon şöbəsinin rəisi Pərviz Hüseynov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi Tərtər Elektrik Şəbəkəsinin rəisi Vilayət Qafarov, Tərtər Regional Qaz İstismarı İdarəsinin Tərtər Xidmət Sahəsi üzrə rəis müavini Bilal Musayev, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq  Agentliyinin Tərtər Rayon Xidmət şöbəsinin rəisi Ağamoğlan İsmayılov, İƏD üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər.
    Görüşdə rayon rəhbəri tərəfindən şəhid ailələri və qazilər diqqətlə dinlənilib, onların qaldırdıqları məsələlərin tez bir zamanda həll olunması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.
    Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib-lər.

     

  • 18Sen
    Digər KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ – 2025 üçün şərhlər bağlıdır

    Suveren və müstəqil Azərbaycan qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir

    Konstitusiya dövlətin ali qanunudur. Ali hüquqi qüvvəyə malikdir. Dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını təsbit edir. Vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Bu Konstitusiya, Azərbaycan dövlətinin hüquqi və siyasi əsaslarını müəyyən edən, hüquq və azadlıqları təmin edən mühüm sənəddir. Həmçinin, suverenlik məsələsi Azərbaycan üçün böyük önəm daşıyır. Ölkənin müstəqilliyi və ərazi bütövlüyü Konstitusiya ilə təmin edilən prinsiplərdən biridir.
    Dövlətin suverenliyi həm daxili, həm də beynəlxalq aləmdə Azərbaycanın öz siyasətini sərbəst şəkildə müəyyən etməsi və həyata keçirməsi ilə əlaqəlidir. Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır. Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Daha ətraflı »

  • 18Sen
    Digər Tərtərdə şəhid, qazi və aztəminatlı ailələrdən olan 200 nəfər ibtidai sinif şagirdinə məktəbli ləvazimatları və çantalar hədiyyə olunub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulluğu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə şəhid, qazi və aztəminatlı ailələrdən olan 200 nəfər ibtidai sinif şagirdinə məktəbli ləvazimatları və çantalar hədiyyə olunub.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı proqram koordinatoru Hayrettin Özçelik iştirak edib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məktəbliləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, onlara gələcək təhsillərində uğurlar diləyib. Türkiyənin həmişə Azərbaycanla birlikdə olduğunu, bir millət iki dövlət arasında səmimi və qarşılıqlı dostluq münasibətləri yaşandığını bildirib. Dövlətimizin bütün sahələrdə qardaş ölkənin daim yaxın dəstəyini hiss etdiyini vurğulayaraq, bu münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
    Sonra Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Ba-kı proqram koordinatoru Hayrettin Özçelik çıxış edərək məktəbliləri təbrik edib, onlara uğurlar arzulayıblar. Bildiriblər ki, Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətləri hər ötən gün daha da güclənir. Hazırda ölkələrimizin qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir. Daha ətraflı »

  • 18Sen
    Xəbərlər Şəhid Məftun Əhmədzadə və Cavanşir küçələrində təmir-tikinti işləri aparılır üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları Azərbaycanın inkişafına böyük təkan verib. Regionlarda həyata keçirilən sürətli və davamlı inkişaf strategiyası sosial problemlərin həllində özünü aydın surətdə göstərir. Həyata keçirilən uğurlu, məqsədyönlü siyasət nəticəsində respublikamızın bütün bölgələrində olduğu kimi Tərtər rayonunda da quruculuq, abadlıq işləri sürətlə davam etdirilir, şəhərin küçələri memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur.
    2025-ci ildə əsaslı təmiri nəzərdə tutulan Tərtər şəhərinin şəhidlərin adını daşıyan 9 küçəsində son tamamlama işləri aparılır, digər 3 küçədə isə səkilərin salınma-sı işləri nəzərdə tutulub ki, hazırda Cavanşir küçəsində işlər davam etdirilir.
    Tərtər Rayon İcra Haki-miyyətinin başçısı Müstəqim Məmmədov şəhid Məftun Əhmədzadə və Cavanşir küçələrində aparılan təmir-tikinti işləri ilə yerində tanış olub, aidiyyəti şəxslərə öz tövsiyə və tapşırıqlarını verib.
    Qeyd edək ki, təmir aparılan küçədə istinad divarları hörülüb hündürləşdirilir, qəzalı vəziyyətdə olan divarlar sökülüb yenisi ilə əvəz olunur, divarlar aqlay və bəzək daşları ilə üzlənir.  Səkilərdəki köhnə bardyorlar sökülərək yenisi ilə əvəz olunur, səkilər asfalt örtüyü qoyulması üçün hazır vəziyyətə gətirilir, kommunikasiya, işıq, telefon xətləri səliqəyə salınır, ağaclar budanır, təmizlik işləri aparılır.
    Bu günlərdə rayon rəhbəri təmir işləri aparılan küçədə sakinlərlə görüşərək, onları narahat edən məsələləri yerində dinləyib, sakinləri əmin edib ki, şəhərdə abad-lıq-quruculuq işlərinin uğurla davam etdirilməsi üçün bütün lazımi imkanlardan istifadə ediləcək.

  • 18Sen
    Digər Şəhid ataları deyirlər… üçün şərhlər bağlıdır

    Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bir neçə idarə və müəssisə rəhbəri ilə birlikdə bizim Qaradağlı kəndində şəhid valideynləri və qazilərlə görüş keçirdi. Qələbəmizdən ötən 5 il ərzində biz doğmalaşmışıq. Ona görə ki, şəhid ailələrinə səmimi yanaşılır, qaldırılan problemlərə operativ reaksiya verilir. Şəhidlərimizin yadigarlarına qayğı göstərilir.
    Bununla belə, şəhid vallideynlərinin, övladlarının gözü daim yoldadır. Təsəllimiz budur ki, qəhrəman oğullarımız əbədiyaşarlıq qazandılar ki, Azərbaycanın bütün övladları dinc səma altında böyüsünlər, bir daha atəş səsləri eşitməsinlər.

    Aslan Hüseynovun atası
    Malik Hüseynov

    Qarşıdan 27 sentyabr – Anım Günü gəlir. Bu günlər biz şəhid valideynləri üçün olduqca ağır, eyni zamanda qürurvericidir. Qəlbimizdəki dərdi, kədəri heç nə əridə bilməz, ancaq qayğı hiss edəndə, diqqət görəndə əmin oluruq ki, indi bizim övladlarımız yalnız öz ailəmizin deyil, Vətənin, xalqın oğullarıdır.
    Dəmirçilər və Cəmilli kəndindən olan şəhid ailələri və qazilərlə keçirdiyi görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da bu fikirləri səsləndirdi. Görüşdə bizim ailə ilə yanaşı, Müzəffər Əliyevin həyat yoldaşı Gültəkin Əliyeva, Şahin İbrahimovun anası Könül İbrahimova, Anar İsaxlının atası Rəsul İsaxov, birinci dərəcəli Vətən müharibəsi əlilləri Rasim İsaxov və İlham Aslanov iştirak etdilər. Rayonun idarə və mü-əssisə rəhbərləri də görüşə gəldikləri üçün, qaldırdığımız hər bir məsələ dərhal nəzarətə götürüldü və qısa müddətdə həll olunması təmin edildi.
    Doğma Azərbaycanımız şəhid və qazilərimizin qəhrəmanlığı sayəsində ərazi bütövlüyünü və suverenliyini bərpa edib və günü-gündən güclənir.
    Biz 44 günlük Vətən müharibəsi günlərində də, bu gün də müzəffər Ali Baş Komandanımızın ətrafında “dəmir yumruq” kimi birləşərək, onu dəstəkləyirik. Azərbaycanın uğurları artdıqca, qürurumuz da artır.

    Şamil İsmayıllının atası
    Kamil İsmayılov

     

  • 18Sen
    Xəbərlər Qaldırılan məsələ həllini tapıb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının Evoğlu kəndində şəhid ailələrilə görüşü zamanı şəhid atası İfrail Hacıyev müraciət edərək əkin sahələrinin suvarılmasında istifadə edilən suvarma arxının təmizlənməsini xahiş edib.
    Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən qeyd olunan suvarma arxında təmizlənmə işləri aparılıb.
    Şəhid atası müraciətinin tez bir zamanda həll olunduğuna görə bütün kənd sakinləri adından təşəkkürünü bildirib.

    “Yeni Tərtər”

  • 18Sen
    Qazilərimiz XOŞBƏXT OL, ƏZİZ QƏHRƏMANIMIZ! üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadənin elçilik və nişan mərasimində iştirak edib. Hər iki gənci təbrik edərək onlara gələcək həyatda uğurlar diləyib, xoşbəxtlik və firavanlıq arzulayıb, valideynlərinə gözaydınlığı verib. Sonra gənclərə xatirə hədiyyəsi təqdim edib.
    Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə 18 fevral 2001-ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. N saylı hərbi hissədə tankçı kimi xidmət edib. Tər-xis olunmağına 3-4 gün qalmış Vətən müharibəsi başlayıb. Tankçı kimi Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Cəbrayılın Hacılı kəndi uğrunda gedən döyüşlərdə oktyabrın 11-də tankları vurulur və ağır yaralanır.
    Azər Abdullazadə döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Vətən Müharibəsi Qəhrəmanı adı, “Cəbrayılın azad edilməsinə görə”, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
    Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə onlara göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

  • 18Sen
    Təhsil YENİ DƏRS İLİ BAŞLANDI! üçün şərhlər bağlıdır

    UĞURLU OLSUN!

     

     

     

     

     

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və şəhid ailələri ilə birlikdə “Bilik Günü” münasibəti ilə Tərtər şəhər 2 nömrəli məktəb-liseydə, 1, 5, 6 nömrəli və Bəyimsarov kənd tam orta məktəblərində olub.
    Yeni dərs ilinin başlanması münasibətilə ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirlərdə çıxış edən rayon rəhbəri yeni tədris ilinin başlanması münasibəti ilə təhsil işçilərini və şagirdləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
    Təhsil sahəsində görülən işlərdən və əldə olunan uğurlardan danışan rayon rəhbəri bildirib ki, ölkə rəhbərinin sərəncamı ilə rayonumuzda 432 şagird yerlik Xoruzlu kənd tam orta məktəbi,  Heydər Əliyev Fondu tərəfindən 320 şagird yerlik Azad Qaraqoyunlu kənd və Təhsil Nazirliyi tərəfindən 360 şagird yerlik şəhər 5 nömrəli tam orta məktəbləri üçün yeni binalar tikilib məktəblilərin istifadəsinə verilib.
    Cari ildə  Təhsil Nazirliyi tərəfindən Bəyimsarov kənd tam orta məktəbi, Kəngərli kənd körpələr evi-uşaq bağcası əsaslı, şəhər 1 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəblərinin binaları cari təmir olunub. Hazırda Bəyimsarov, Qazyan və Hüsənli  kənd körpələr evi-uşaq bağçalarında əsaslı təmir işləri aparılır.
    Respublika üzrə XI sinif buraxılış imtahanlarında 23 nəfər şagird maksimum nəticə göstərərək 300 bal toplayıb ki, onlardan da biri Sarov kənd tam orta məktəbin məzunu Çinarə Quliyevadır. Şəhər 5 nömrəli  tam orta məktəbin məzunu Sevinc Əlizadə isə orta təhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə “Xüsusi nümunəvi attestat” və qızıl medala layiq görülüb. Hər iki məzun Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinə daxil olub. Daha ətraflı »

  • 18Sen
    Digər 19-20 sentyabr 2023-cü il tarixində qazanılmış növbəti parlaq Qələbə nəticəsində ölkəmizin suverenliyi tam bərpa edilmişdir üçün şərhlər bağlıdır

    İmzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi.

    Halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.

    İkinci Qarabağ müharibəsindən dərhal sonra ölkəmiz haqlı narahatlığını ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək deyirdik ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır.

    2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olundu. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdir. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş vermişdir. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur.

    2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır.

    Aparılmış qısamüddətli lokal xarakterli antiterror əməliyyatı nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır. Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika yerləşdirilmişdir. Radioelektron mübarizə vasitələri yerləşdirilmişdir. İki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir. Daha ətraflı »

  • 18Sen
    Digər 20 Sentyabr Dövlət Suverenliyi Günüdür üçün şərhlər bağlıdır

    Azərbaycan xalqı yeni inkişaf tarixinə qədəm qoyub – suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır

    “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.”

    Özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək hər xalqa nəsib olmur. Buna sahib olmaq xalqın ictimai-siyasi həyatında ən böyük nailiyyətidir. Tarix boyunca qarşılaşdığı iqtisadi, siyasi, hərbi çətinliklərə, işğala baxmayaraq, xalqımızın müstəqillik, dövlətçilik arzusu və mübarizəsi əsrlər boyu davam edib, heç bir qüvvə onun bu əzmini sındıra bilməyib.

    Suverenlik dövlətin əsas xüsusiyyəti hesab edilmiş və dövlətin üstün və qeyri-məhdud səlahiyyətə malik olduğu güman edilmişdir.

    Suveren dövlət – beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Həmçinin, suveren dövlət başqa bir dövlətdən nə asılı, nə də tabe olmamalıdır. Daha ətraflı »